Vay, kameraya düşdüm: Saray qəsəbəsində oğrunun həyətə girmə anı – VİDEO

Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

Turkustan.info xəbər verir ki, hadisənin Abşeron rayonunun Saray qəsəbəsində qeydə alındığı bildirilir.

Əvvəlcə küçədə var-gəl edən oğru bir qədər sonra hasardan aşaraq həyətə daxil olur. Həyətdə müəyyən qədər vurnuxduqdan sonra isə evə yaxınlaşır. Amma burada qəfildən kameranı görür və üzünü əli ilə örtəməyə çalışır. Daha sonra isə evin başqa tərəfindən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.

/Modern.az/