Ziyalılar Musa Yaqubu evində ziyarət etdi – FOTO

Tanınmış alim Rafiq Əliyev, rejissor Ramiz Mirzəyev, şairlər Rüstəm Behrudi, Ramiz Rövşən və media eksperti Qulu Məhərrəmli uzun müddətdir xəstəlikdən əziyyət çəkən şair Musa Yaqubu ziyarət ediblər. Turkustan.info xəbər verir ki, bu barədə Qulu Məhərrəmli “facebook” səhifəsində məlumat yayıb.

“Bütün günü İsmayıllıda – Buynuzda olduq. Dostlarla böyük şairimiz Musa Yaquba baş çəkdik, onu təbiət qoynuna çıxartdıq, səhhətinin yerində olmasına, ruhunun diriliyinə sevindik”,- deyə Qulu Məhərrəmli bildirib.

Qeyd edək ki, M.Yaqub parkinson xəstəliyindən əziyyət çəkir.

/Modern.az/