Gün: Oktyabr 1, 2018

Qatara çırpılan avtobusun sürücüsü narkoman çıxdı

Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub. Turkustan.info-nun Avtosfer.az-a istinadən verdiyi məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, […]

Saxta veteranlar və əlillər, sinə dolu medallar – “Veteranlara güzəştlərin verilməsi yığışdırılmalıdır”

Son dönəmlər saxta veteranlar, əlillər və ictimai təşkilatın pulla satdığı medallar keçmiş döyüşçülər arasında haqlı narazılığa səbəb olub. Tədbirlərdə sinəsi medalla dolu şəxsləri görəndə adamın gözü önünə II Dünya Müharibə iştirakçıları gəlir. II Dünya Müharibəsi iştirakçıları döyüşərək, qələbə əldə edərək bu medallara layiq görülüblər. Bəs Azərbaycanda döyüş görməmiş, saxta veteranlıq […]

Qızını erməniyə ərə verən diaspor sədri separatçılarla BİRLƏŞDİ

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov Moskvada yenidən fəallaşıb. Diaspor.az-ın əldə etdiyi məlumata görə, A.Kərimov yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışır. Amma buna baxmayaraq, onun bu cəhdləri də Moskvada yaşayan azərbaycanlılar arasında etirazla qarşılanıb. Belə ki, diaspor sədrinin son günlər erməni […]

“Facebook” istifadəçilərinin hesabı təhlükədə -Vəziyyətdən necə çıxmalı? – VİDEO

Hakerlər 50 milyona yaxın “facebook” istifadəçisinin hesabına daxil olaraq onların bütün şəxsi məlumatlarına baxa və tam istifadəçi kimi ondan yararlana bilib. Turkustan.info bildirir ki, problem Azərbaycandakı istifadəçilərin də başına gəlib. Mütəxəssislər yaranan problemin təhlükəsizlik sistemində olan başqasının gözü ilə gör funksiyası ilə bağlı olduğunu deyirlər. Öz araşdırmasını aparan “facebook” dərhal […]

Bu şəxslərə ev veriləcək

160 gəmiçi yeni mənzillə təmin olunacaq. Turkustan.info xəbər verir ki, bu fikri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev “Gəmiçilik-160” adlı təsviri incəsənət sərgisinin açılış mərasimində səsləndirib. Onun sözlərinə görə, Azərbaycan gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində bir sıra layihələr və tədbirlər həyata keçirilir ki, bunlardan biri də 160 gəmiçinin […]

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. Nazirlikdən verilən məlumata görə, ikinci mərhələ oktyabrın 13-də S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. […]

Qarabağda daha bir erməni hərbçi öldü

İşğal altında olan Qarabağda erməni əsgər ölüb. Turkustan.info xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb. Bu gün saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində 1997-ci il təvəllüdlü erməni əsgər Qevorq Suren Haroyan naməlum səbəblərdən ağır yaralanıb. Məlumata görə, yaralı əsgər hərbi hospitala köçürülüb […]

Azərbaycanda siqaretə görə yeni cərimələrin məbləği məlum oldu

Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub. Oxu.Az xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.  Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir. Yeni – 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif […]

İsveçdəki azərbaycanlılar arasında ilk dəfə şahmat yarışı təşkil olundu – Foto

İsveç Kralığının Yöteburq şəhərində “Batı Yötaland Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür və İdman Dərnəyinin təşkilatçılığı ilə 29 sentyabr 2018-ci il tarixində Şşahmat turniri keçirilib. Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Qeyd edək ki, İsveçdəki azərbaycanlılar arasında ilk dəfə belə bir şahmat yarış təşkil olunub. […]

Putin Paşinyana verdiyi vədə əməl etmədi

Erməni baş nazir MDB iclası keçirilən günlərdə razılaşdıqlarını iddia edir Rusiya prezidenti Vladimir Putinin Emrənistana səfər müddəti bəlli deyil. Turkustan.info-nun məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan bildirib. O söyləyib ki, əldə edilən ilkin razılığa görə rus liderin səfəri bu ilin sonuna kimi pılanlaşdırılmışdı. “Düşünürəm ki, Vladimir Putin özləmizə gələn […]

Azay Quliyev Bişkekə gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və deputat Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd […]

Aqil Abbas sərt danışdı: ““Daha Şuşa lazım deyil də…”

“Deyirlər ki, kino çəkilmir. Əvvəla kinoya pul buraxılır. Adətən görmüşük ki, pul qazanılan şeydən vergi verirlər. Tutaq ki, Azərbaycanda kinonun çəkilməsi üçün 1 milyon 500 min manat pul ayrılır. Amma o pul gəlib çatmamış Vergilər Nazirliyi onun 300 min manatını tutur. Pul qazanmışam ki, sənə də verim?” Turkustan.info-nun məlumatına görə, […]

Niderland Jurnalistlər Birliyi soydaşımızdan nə yazıb?

Niderland Jurnalistlər Birliyinin (Onfile) saytında Niderlandda yaşayan soydaşımız, jurnalist, Niderland Jurnalistlər Bilriyinin üzvü,  Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov haqqında məlumat yerləşdırılıb.   Yenilənmiş saytın bazar günü təqdimatı olub. Bu barədə məlumatı disapor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.   Onun sözlərinə görə soydaşımız haqqında məlumatda onun bir jurnalist kimi […]

Beynəlxalq Ahıllar Gününə həsr olunan tədbir keçirilib

Oktyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə […]

I vitse-spiker deputatlara irad tutdu: “Səs verin də!”

Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov deputatlara irad tutub. Turkustan.info-nun məlumatına görə, iclasın gündəliyinə daxil olan “Standartlaşdırma haqqında” qanun layihəsinə 84 deputat səs verib. Ziyafət Əsgərov isə buna görə deputatlara irad tutub. O bildirib ki, iclasda 100-ə yaxın deputat iştirak edir. “Ancaq səsvermədə isə 84 deputat iştirak edib. Səs […]

Binədəki dəhşətli qəzanın səbəbi AÇIQLANDI – Avtobus qatar yoluna çıxıb

Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb. Turkustan.info bildirir ki, bu barədə BakuPost-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib. Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: “Həmin […]

Məcburi köçkünlər zəbt etdiyi mənzillərdən çıxarılır? – “Qaçqınkom” və MM-dən cavab

Qarabağ müharibəsi zamanı mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilən insanların əmlakları özlərinə qaytarıla bilər. Turkustan.info bildirir ki, BakuPost-a daxil olan məlumata görə, bunun uçun artıq müəyyən addımlar atılıb. Hadisənin təffərrüatına keçməzdən öncə qeyd edək ki, 1990-cı illərin əvvəllərində erməni işğalı səbəbindən yurdlarından köçkün düşmüş şəxslər Azərbaycanda müxtəlif boş məkanlarda – […]

Erməni girovluğundakı soydaşımızın oğlu haray çəkir

Kürdoğlu Əsgərov: “Beynəlxalq Qırmızı Xaç Komitəsindən əlimizi çoxdan üzmüşük”  Bu gün Bakıda, erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib. Turkustan.info xəbər verir ki, tədbirdə Dilqəm Əsgərovun ailə üzvləri, ictimai fəallar, media nümayəndələri, tanınmış ziyalılar və QHT rəhbərləri iştirak ediblər. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İlhamə Tapdıq […]

Qənirə Paşayeva imkansız tələbələrin müdafiəsinə QALXDI

Millət vəkili Q.Paşayeva MM-də dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışıb və  “Təhsil kreditlər haqqında” qanun layihəsinin qəbuluna çağırıb. Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali […]

Bakıda dəhşətli qəza, qatar avtobusu vurdu – Ölən və yaralılar var – Foto

Bakıda sərnişin avtobusu qatarla toqquşub. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.  Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.  Qəza nəticəsində yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, bir nəfər […]

Əliyevlə Paşinyan arasındakı razılaşmanın SİRRİ: Ərdoğanın PLANI İŞƏ DÜŞÜR VƏ… – Tarasov AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin yaradılması haqqında razılığa gəldilər. Turkustan.info xəbər verir ki, bu razılaşma münaqişənin həlli olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast gəlinən məqamdır. Ermənipərəst […]

Məşhur Azərbaycan çayı süfrələrdən yoxa çıxır: Öz çayımızı satıb, xaricdən çay alırıq?- MÜƏMMA

Bu ilin birinci yarısında Azərbaycan xaricdən 6126,7 ton yaşıl və qara çay alıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 13% çoxdur. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda qeyd olunur ki, çayın təxminən 10% -i pərakəndə satış üçün paketlərlə gəlib, qalanı (5534 ton) isə emal fabriklərindən alınıb. Çay idxalı həcmi […]

Oktay Əsədov Azay Quliyevin təklifi ilə bağlı MM Aparatına tapşırıq verdi

Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu “Peşə birlikləri haqqında” və “Sosial sifariş haqqında” qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib: “Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. […]

Rus-erməni vahid ordusunun təlimi başladı

Ermənistanın Baqramyan poliqonunda Rusiya-Ermənistan vahid ordu qruplaşmasının təlimi start götürüb. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev deyib. Onun sözlərinə görə, təlimdə motoatıcı birliklər, artilleriya, tank, kəşfiyyat, mühəndis və rabitə birlikləri ordu aviasiyasının dəstəyi ilə şərti düşmənin məhvi və bloklanmasını həyata keçirəcəklər. […]

Əliheydər Zülfüqarova yüksək vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı qurumun sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, Əliheydər Zülfüqarov artıq bir aydır bu vəzifəni icra […]

Bu məsələ Araz Əlizadəni “incidir” – MM-də qalmaqal

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar – Qüdrət Həsənquliyevlə Araz Əlizadə arasında mübahisə yaşanıb. Turkustan.info xəbər verir ki, millət vəkili Araz Əlizadə iclasda çıxışı zamanı Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:  “Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə “Ermənistanın arxasında başqa dövlətlər […]

Əliyev-Paşinyan görüşünün yeni kadrları – Video

Vladimir Solovyevin təqdimatı ilə “Rossiya 1” televiziyasında yayımlanan “Moskva. Kreml. Putin” proqramında MDB dövlət başçılarının Düşənbədə keçirilən sammitinin eksklüziv kadrları yayımlanıb. Turkustan.info xəbər verir ki, reportajda sammitin gərgin keçməsiylə bağlı kadrlara yer verilib. Reportajla bağlı ən maraqlı məqam isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün yeni […]

Vahid Əhmədov: “Əks təqdirdə insanlar əmanətlərini banklardan çəkə bilərlər”

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında çıxış edərkən vaxtilə Əmanətlərin sığortalanması haqqında qanunun qəbul olunduğunu xatırlatdı. “Çox təəssüflər olsun ki, hazırda bank sistemində vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də xahiş edirəm ki, əmanətlərin sığortalanmasını nəzərdə tutan qanunun müddəti uzadılsın. Bu gün 8,4 milyard manata yaxın əmanətlərin 50 […]

Əflatun Amaşaov onlayn media ilə bağlı təklif verdi

“İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”. Turkustan.info-nun məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında deyib.   Ə. Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu, […]

Qüdrət Həsənquliyevdən təhlükəli AÇIQLAMA

“Biz işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlamalıyıq”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər: “Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin […]

Deputat Konstitusiya Məhkəməsini dollar kreditlərinə görə sərt TƏNQİD ETDİ

“Biz tətildə olan zaman Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı çox ciddi bir qərar qəbul edib. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən […]

Fazil Mustafa işdən çıxarılan məmurların müdafiəsinə qalxdı

“Hesab edirəm ki, Azərbaycanda “Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Bildiyimiz kimi, Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub”.  Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib […]

Bu gün siqaret çəkilməsi ilə bağlı rəsmən cərimə müəyyən ediləcək

“Amma maraqlı olan həm də odur ki, buna effektiv nəzarət mükün olacaqmı?” “Milli Məclis bu gün taksidə də siqaret çəkməyə görə rəsmən cərimə müəyyən edir. Taksidə siqaret çəkən sürücü və ya sərnişin 40-50 manat cərimə olunacaq”. Turkustan.info xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz “Facebook” səhifəsində yazıb. O, qeyd […]

Yüksək vəzifədə işləmək istəyənlər üçün növbəti İMTAHAN

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 28 oktyabr 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Turkustan.info bildirir ki, DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak […]

Dispanserdəki yanğında həbs olunan həkim vəfat edib

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin Mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib. Turkustan.info xəbər verir ki, A. Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A. Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı […]

Bu ölkənin baş naziri Rusiyaya müraciət etdi: “Qoşunları ərazimizdən çıxarın”

“Biz Rusiya Federasiyasını bu qanunsuz və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır, öz silahlı qüvvələrinin ölkədən çıxarılmasına sözsüz əməl etməyə dəvət edirik”.  Turkustan.info xəbər verir ki, bunu Moldova baş naziri Pavel Filip BMT-nin 73-cü sessiyasında çıxışı zamanı deyib. Baş nazirin çıxışının mətnini mətbuat xidməti yayıb. Baş nazir Rusiyanın  ATƏT-in 1999-cu il İstanbul sammitində […]

Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası olub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Turkustan.info bildirir ki, Bilik Fondunun Mətbuat xidmətindən verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Bilik Fondunun Himayəçilik Şurasının üzvləri – Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri […]

Azərbaycanlılar kiçik dövlətin büdcəsi qədər uduş qazana bilərlər

Ortaya qoyulan pul artır! ABŞ-da “Mega Millions” lotereyasında cekpot 367 milyon dollar təşkil edir.  Azərbaycanlılar nəhəng lotereyada ABŞ sakinləri ilə bərabər iştirak edirlər. ABŞ-ın “Mega Millions” lotereyasında 367 milyon dollar dəyərində nəhəng cekpot oynanılır. Tiraj oktyabrın 2-də baş tutacaq və burada yaşadığı yerdən asılı olmayaraq, hər kəs iştirak edə bilər.  Dünyanın […]

Üçüncü sinif dərsliyində “təhlükəli” şeir: “Otuz altı, altı…” – VİDEO

Məktəblərdə tədris olunan 3-cü sinif dərsliyinə salınan şeir sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, xüsusən, valideynlərin narazılığına səbəb olub. Turkustan.info “Xəzər” TV-yə istinadən məlumatına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər.  Dərsliyin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur.  Sözügedən şerin adı isə “Otuz altı, altı” adlanır. Şeiri […]

Meriyada kompüterlər yoxa çıxdı – Eldar Əzizov göstəriş verdi

Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılır. Buna səbəb meriadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun […]

UKRAYNA ETİRAF ETDİ – “Qondarma respublikanın liderini biz öldürmüşük!” – VİDEO

Dünən Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko səhər saatlarında sui-qəsd nəticəsində öldürülüb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada 2014-ci ildə başlayan daxili döyüşlərdən sonra Rusiya tərəfdarlarının tək tərəfli olaraq müstəqilliyini elan etdiyi Donetsk Xalq Respublikasının 42 yaşındakı lideri Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb. […]

Prezident İsmət Qayıbovun oğlunu təltif edib

Prezident İlham Əliyev iki gün öncə – sentyabrın 28-də Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Prokurorluğun bir sıra əməkdaşlarını […]

Milli Məclis bu gün payız sessiyasına başlayır – GÜNDƏLİK

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək. Turkustan.info xəbər verir ki. iclasda 62 məsələyə baxılacaq.  Gündəliyə aşağıdakı məsələlər daxil edilib. 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).   2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda […]

Sumqayıtda “SÖZ –2018” poeziya bayramı

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Poeziya evində  “Söz – 2018” Poeziya bayramı keçirilib.   AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ideya müəllifi istedadlı şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş şəkildə qeyd edildiyini vurğulayıb. Bu ənənənin davam etməsini sözün qüdrətinin tənətənəsi kimi dəyərləndirib. […]

“Dağlıq Qarabağ probleminin bir həll yolu var” – Sarkisyan

Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəyə hesablanmış müzakirələrdən keçir. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanın “Starvision” kanalına verdiyi müsahibədə deyib. Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ problemi iki ölkə arasındakı gərginliyi artıra və genişmiqyaslı müharibəyə səbəb ola bilər. “Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycan üçün […]

18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlısı oldu – FOTO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Miss & Mister Planet 2018” müsabiqəsinin qalibi bəlli olub. Turkustan.info xəbər verir ki, müsabiqədə kişilər arasında birinciliyi Azərbaycan Dövlət İqtisad Universitetin 18 yaşlı tələbəsi, model Emil Qasımov əldə edib. Qadınlardan isə Ukraynanı təmsil edən Elena Firut birinci olub. Qeyd edək ki, Azərbaycanı yarışmada təmsil edən 23 yaşlı […]

Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib

Ceyhun Məmmədov: “Dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır” Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib. Tədbirdə Beynəlxalq Tərcüməçilər günü, dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı […]

Bakıda girov götürüldüyü deyilən şəxs hələ də tapılmayb

Bir neçə gün əvvəl Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib. Turkustan.info bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib. Qadın şikayət ərizəsində qeyd edib ki, ayın […]