18 yaşlı azərbaycanlı planetin ən yaraşıqlısı oldu – FOTO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Miss & Mister Planet 2018” müsabiqəsinin qalibi bəlli olub.

Turkustan.info xəbər verir ki, müsabiqədə kişilər arasında birinciliyi Azərbaycan Dövlət İqtisad Universitetin 18 yaşlı tələbəsi, model Emil Qasımov əldə edib.

Qadınlardan isə Ukraynanı təmsil edən Elena Firut birinci olub.

Qeyd edək ki, Azərbaycanı yarışmada təmsil edən 23 yaşlı Züleyxa Orucova isə ilk beşlikdə yer alıb. 

/Publika.az/