Bakıda dəhşətli qəza, qatar avtobusu vurdu – Ölən və yaralılar var – Foto

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

 Qəza nəticəsində yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, bir nəfər isə ölüb.