İsveçdəki azərbaycanlılar arasında ilk dəfə şahmat yarışı təşkil olundu – Foto

İsveç Kralığının Yöteburq şəhərində “Batı Yötaland Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür və İdman Dərnəyinin təşkilatçılığı ilə 29 sentyabr 2018-ci il tarixində Şşahmat turniri keçirilib.

Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Qeyd edək ki, İsveçdəki azərbaycanlılar arasında ilk dəfə belə bir şahmat yarış təşkil olunub. Yarışda İtaliyada yaşayan həmyerlimiz beynəlxalq şahmat ustası Mirağa Ağayev turnirin fəxri qonağı olub və şahmat seansı keçirib. Yarışlar 2 bölmə üzrə-uşaq və böyüklər arasında davam edib. Sonda qaliblər hədiyyə və diplomlarla tətif ediliblər. Yarışmada “Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilmiş Turan Əliyev çıxış edərək iştirakçıları təbrik edib.

Xatırladaq ki, “Batı Yötaland Azərbaycan Evi” nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür və İdman Dərnəyi 3 ildir Azərbaycan Cümhuriyyətinin il dönümü ilə əlaqədar may ayının 27 -si İsveç üzrə futbol yarışması keçirir. 3 ildir ki, kuboku İsveçin “Linşöping” komandası qazanır. İsveçdə 6 Azərbaycan futbol komandası vardır. 2014- cü ildə kişilərdən ibarət Azərbaycan nərd yarışması keçirir.

Gələn ay İsveç üzrə qadınlardan ibarət nərd yarışması keçirmək nəzərdə tutulur.