Sumqayıtda “SÖZ –2018” poeziya bayramı

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Poeziya evində  “Söz – 2018” Poeziya bayramı keçirilib.

  AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ideya müəllifi istedadlı şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş şəkildə qeyd edildiyini vurğulayıb. Bu ənənənin davam etməsini sözün qüdrətinin tənətənəsi kimi dəyərləndirib.

Azərbaycan Yazşıçılar Birliyinin katibi Rəşad Məcid, Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, tanınmış Türk şairi və tərcüməçisi İmdat Avşar, ”Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri, şair-publicist Lamiyə İsazadə, şair- dramaturq Nizami Muradoğlu, Sumqayıt Dövlət Universitetinin müəlimi, professor Həsən Sadıqov, Bakı Dövlət Universitetinin müəllimi Aydın Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb  və sözün qüdrətinin nəyə qadir olduğundan danışıb,  sumqayıtlı yazarların söz bayramını təbrik ediblər. 

Şairlərdən Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Qənirə Mehdixanlı, Məmməd Namaz, Məryəm Aslanqızı, Rafiq Yusifoğlu, Rafiq Dağkəsəmənli, Ələsgər Həsənli, Süleyman Hüseynov, Rəfiqə Şəms, Zirəddin Qafarlı, İbrahim İlyaslı, Rafiq Oday, Namiq Məna, Elbrus Qayalı, Güloğlan Dünya, Asif Asiman, Nazir Rüstəm, Mədaxil Cavadlı, Ruzigar Çələbi, Nəriman Nərimanlı, Kəramət Əmirli, Sabir Yusifoğlu, Müqəddəs, Nisə Qədirova, Xəqani Əmini, Lilpar Cəmşidqızı, Qaratel Azərin, Süleyman Həziyev, Samir Hacının şer sovqatı məclisə  poetik ovqat bəxş edib.

Yazıçılaradından Almaz Sahilə, Hafiz İmamnəzərli belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.

  1. Vurğun adına Mərkəzi kitabxananın gerçəkləşdirdiyi klassiklərin və yerli yazarların kitablarından ibarət sərgi isə bayrama başqa bir rəng qatıb.

Gənc şair, Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsinin 3- cü kurs tələbəsi Saqi Alıyevin oxuduğu şer ədəbiyyatın yeni nəsildə davamının rəmzi kimi qəbul edilib.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu tədbirin araya- ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.

“Baş Sarıtel” havası ilə səhnəyə dəvət edilən şair vəyazıçılar Sumqayıt ictimaiyyəti tərəfindən coşqu və alqışlarla qarşılanıb.

Mənsurə Xələfbəyli,

AYB-nin üzvü