Gün: Oktyabr 2, 2018

Azərbaycanlıların etnik təmizlənməsinin ilk mərhələsi – Ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazda 200-dən artıq yaşayış məntəqəsində kütləvi qırğınlar törətmişlər

I yazı XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “Erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və […]

Şair Sücaətin heç yerdə çap olunmamış ŞEİRİ

Mərhum şair Sücaətin qardaşı – tanınımış jurnalist Hidayət Elvüsal anım günündə Sücaətin indiyədək heç yerdə çap olunmamış bir şeirini Facebook səhifəsində paylaşıb. Turkustan.info həmin şeiri təqdim edir: EY DOST Düşüb sorağına xoş gələcəyin Ac-susuz azadlıq gəzirik, ey dost. Yarımız vaylarda donub qalmışıq Yarımız toylarda süzürük, ey dost. Yurdumuz, yuvamız gedəndən bəri […]

Dünənki dəhşətli avtobus-qatar qəzasında ölən azyaşlı uşağın anası özünü asdı

Ötən gün Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin anasının intihar etdiyi deyilir. Turkustan.İnfo xəbər verir ki, GoldNews.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Yusif Tahir oğlu Dadaşzadənin anası bu gün özünü asıb. Məlumatda bildirlir ki, Yusif 17 ildən […]

Məhəbbət üçbucağı: Bakıda qadınla birinci yatmaq üstündə dava qətllə nəticələnib

Sabunçu rayonunda üç səfil ucuz araq içəndən sonra qadın üstündə dava ediblər və ağır cinayət törədilib Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları ölümlə nəticələnən cinayətin üstünü açıblar və qətl törətməkdə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandışı saxlayıblar. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən […]

Bu tabutun içinə girənə 300 dollar verirlər – FOTOLAR

ABŞ-da “Six Flags” adlı parkın rəhbərliyi maraqlı ideya ilə çıxış edib. Turkustan.info xəbər verir ki, park rəhbərliyi tabutun içinə girib, orada 30 saat qalan şəxslərə 300 dollar mükafat verir. Məqsəd isə insanların dözümlüyünü yoxlamaqdan ibarətdir. Bəziləri bunu işgəncə kimi qəbul etsə də, park rəhbərliyi onların tabutun içində rahat olmaları üçün öz […]

“Ağzına “maska”sını taxıb…” – Nazdan “Toppuş bacı”ya şok sözlər – VİDEO

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı gəlin namizədi Naz Mila yenidən “Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevaya söz atıb. Turkustan.info xəbər verir ki, o, xəstəliyini bəhanə gətirərək insanlardan pul yığan aktirsanı sərt şəkildə tənqid edib. Naz bildirib ki, köməksiz vəziyyətdə olan xəstə insanların sayı çoxdur. Ancaq onların heç […]

Xərçəng olmaq istəməyənlər bu qidalardan yesin -SİYAHI

Dünyada 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Araşdırmalara görə, düzgün qidalanmaqla xərçəng riskini 30 faiz aşağı salmaq mümkündür. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, məşhur dietoloq Mərvə Sehlikoğlu süd vəzi xərçəngindən qoruyan qidaların siyahısını açıqlayıb. Siyahının başında paxlalılar gəlir. Xərçəngdən qorunmaq üçün bədən normal çəkidə olmalıdır. Mərcimək, quru lobya, […]

İranda əhali təşvişdə: Dollar kəskin ucuzlaşır

İranda bir dolların 17 min tüməndən (170 min rial) 10 min tümənə düşməsi əhali arasında təşvişə səbəb olub. Turkustan.info xəbər verir ki, bunu Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İran üzrə nümayəndəsi Fatih Çayabatmaz bildirib. Onun sözlərinə görə, oktyabrın 1-də İranın Mərkəzi Bankı 10 qrup xidmət sektoruna bundan sonra […]

Erməni məhəlləsində Azərbaycan şüarı: Yəhudi lider… – Video

Qüdsdə ermənilərin yaşadığı məhəllədə Azərbaycan şüarları səsləndirilib. Turkustan.info xəbər verir ki, Azərbaycan yəhudilərinin liderlerindən sayılan Şmuel Simantov Qüdsdə erməni küçəsindən keçərkən avtobusdakıları Azərbaycan şüarları deməyə səsləyib. O, ermənilərin buraları da zəbt etdiyini deyib və hər kəsi birlikdə “Yaşasın Azərbaycan!”, “Azərbaycan-Azərbaycan” şüarları səsləndirməyə çağırıb. Qeyd edək Şmuel Simantov Azərbaycan yəhudilərinin gənc […]

İstanbulda dəhşət: Maşınla insanları belə əzdi – Video

İstanbulun Bakırköy mahalında şəxslərdən biri öz avtomobilini insanların üzərinə sürüb. Turkustan.info xəbər verir ki, olayda bir neçə nəfərin yaralandığı və maşınlara zərər dəydiyi bildirilib. Məlumata görə, qadını küçədə döyən şəxs ətrafdakı insanların etirazı ilə qarşılaşıb və nəticədə bunu qəbul etməyərək maşınla insanlara cavab vermək qərarına gəlib. Bildirilib ki, təqsirli şəxs hadisə […]

Bakıda itkin düşən 14 yaşlı qız tapıldı – VİDEO

Bakıda yoxa çıxan 14 yaşlı K. F. adlı yeniyetmə qız “Səni axtarıram” verilişində üzə çıxıb. Turkustan.info xəbər verir ki, onun başına gələn hadisələr, etirafları hər kəsi təəccübləndirib. K.F başına gələn hadisələr haqda danışaraq gözəllik salonunda günü 10 manata işlədiyini deyib. O söyləyib ki, yanında işlədiyini qadına qalmağa yeri olmadığını bildirib. […]

Ermənistanda gərginlik: Etirazçılar parlamentin girişini bağladılar

Ermənistanda etirazçılar parlament binasının girişini bağlayıblar.  Turkustan.info “”Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, buna səbəb deputatların ikinci dəfə baş nazir seçilməsi zərurəti yarandıqda, parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinə səs vermələri olub.  Baş nazir Nikol Paşinyan etirazçılarla görüşərək bildirib ki, vacib bir işi həll etdikdən sonra qayıdıb onlara qoşulacaq.  Bildirilir ki, Yerevan sakinlərinin […]

Qənirə Paşayeva Türk Dünyası konfransında aydınlara çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Balıkesir Universitetində Balıkesir Universiteti və Türk Ocaqları Balıkesir şöbəsi tərəfindən təşkil edilən “Beynəlxalq Türk Kültürü və Mədəniyyəti Konqresi”nin açılışında çıxış edib və panellərdə məruzə ilə çıxış edib. Turkustan.info xəbər verir ki, millət vəkili Q.Paşayeva çıxışlarında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmaçı və jurnalistlərinə üz tutaraq […]

“Mən Murtuz Ələsgərovu tanıyanda o…” – Əli Həsənov

“Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır”. Turkustan.info Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib. Ə.Həsənov qeyd edib […]

Dr. Mehparə Kazimova tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Ölkəmizin gənc həkimi Dr. Mehparə Kazımova Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda”AZƏRBAYCANDA HEMOFİLİYANIN YAYILMASI VƏ HEMARTROZLARIN MÜALİCƏ PRİNSİPLƏRİ” mövzusunda dissertasiya işini müdafiə etmişdir.  Dr. Mehparə Kazimova tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Bu nailiyyət tək Mehparə xanımın deyil, həmdə hemofiliyalı xəstə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində […]

Azərbaycan Əlifbası və Azərbaycan dili (Dövlət dili) Günü ilə bağlı təklif

Tanınmış türkoloq alim Güllü YoloğluAzərbaycan Əlifbası və Azərbaycan dili (Dövlət dili) Günü ilə bağlı təkliflə çıxış edib. Müstəqil.Az türkoloq xanımın təklifini olduğu kimi yayınlayır: Məlumdur ki, 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılmış Yeni Əlifba Komitəsinə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilmişdir. Azərbaycan rəsmi olaraq […]

Komitə hökumətə müraciət etdi: 4 min manatdan 20 minə qaldırılsın

Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla bağlı nəzərdə tutulan cəzada dəyişiklik edilməsini təklif edib. Turkustan.info xəbər verir ki, təklifə əsasən, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan külli miqdarda hesab edilən məbləğ artırılır. Belə ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və […]

Sumqayıtda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Ahıllar Günü münasibətilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanın incəsənət şöbəsində “Ahılların qəlbinə heç kəs dəyməsin” adlı tədbir keçirilib. İncəsənət şöbəsinin müdiri Aidə Qələmdərova  tədbiri açaraq Ahıllar günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra söz yaşlı nəslin nümayəndələrinə verilib. Onların söylədikləri əhvalatlar, şeirlər, folklor nümunələri maraqla dinlənilib.Tədbirdə  Tatarıstanın […]

Şöbə müdiri: “Mədəniyyət Nazirliyində struktur islahatları və təyinatlar yekunlaşıb”

Mədəniyyət Nazirliyində struktur islahatları və təyinatlar başa çatıb. Turkustan.info bildirir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib. O bildirib ki, Nazirlikdə struktur islahatları artıq yekunlaşıb: “Mədəniyyət Nazirliyinin yeni əsasnaməsi əsasında təzə struktur yaradılıb və təsdiq olunub. Təsdiq olunmuş struktura da kadr təyinatları həyata keçirilib. […]

Almaniya Azərbaycanlıları Şurasının əlaqələndiricisi: “Yeganə yol təşkilatlanmaq idi”

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilmiş Yaşar Musayev Modern.az-a müsahibə verib. – Yaşar müəllim, öncə sizi Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Şuranın yaradılması təşəbbüsü və ideyası kimdən gəldi? – Təşəkkür edirəm, həm təbrik, həm də mətbuatın belə operativ reaksiyası üçün. Şuranın yaradılması təşəbbüsü Almaniyada yaşayan soydaşlarımızdan, diaspor […]

Humayla Naz Mila arasında söyüşlü dava: “Səni gəmiyə aparıb, orada…” – (18+VİDEO)

Tanınmış aparıcı Humay Muxtarova ilə Türkiyədə evlilik verilişinə qatılaraq məşhurlaşan, sonradan isə çılpaq fotoları ilə özünü gündəmdə saxlayan Naz Mila (Müşgünaz) arasında söyüşlü qalmaqal yaşanıb.  Turkustan.İnfo xəbər verir ki, qalmaqala səbəb Nazın əməkdar artist Tünzalə Əliyevanın xəstəliyini bəhanə edərək pul yığmasını tənqid etməsidir. Belə ki, Humay Nazı buna görə qınayıb və […]

Nazirlik balıq ovuna görə dövlət rüsumlarını AÇIQLADI

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat […]

“Diaspor Komitəsinin dəstəyi olmasaydı, vəziyyətim lap çətin olacaqdı” – Səbuhi Məmmədli (Müsahibə)

Bu yaxınlarda Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirən, daha sonra ürəyinə stent qoyulan tanınmış jurnalist Səbuhi Məmmədlinin yenidən əməliyyata ehtiyacı var.  Həkimlərin rəyinə görə, ürək damarlarının biri 85, digəri 70 faiz tutulan jurnalist oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməlidir. Ona daha […]

“Özümü seçicilərimin xidmətçisi hesab edirəm” – Musa Qasımlı

“Hər şeydən əvvəl, ötən illər ərzində “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu”nun 5-ci maddəsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Həmin maddədə yazılır: “Deputatlıq fəaliyyətinin formaları. Deputat aşağıdakı formalarda fəaliyyət göstərir: Milli Məclisin iclaslarında iştirak edir; Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir; Milli Məclisin sədrinin, […]

Şura BMT-nin Uşaq Fonduyla Anlaşma Memorandumu imzalayıb – FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduyla (YUNİSEF) Anlaşma Memorandumu imzalayıb. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın YUNİSEF-lə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarını ətraflı müzakirə etdiklərini bildirib. F. Qurbanov imzalanan Memorandumun iki qurum arasındakı əməkdaşlığın çərçivəsini müəyyən etdiyini deyib. İcraçı direktor […]

“Qaçqınkom”a yeni Aparat rəhbəri gətirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb. Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi […]

İtaliyanların “Şahmat dahisi” adlandırdığı, məşhur erməni şahmatçısını məğlub edən azərbaycanlı kimdir? – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq və Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycanlı şahmatçı Mirağa Ağayev haqqında […]

Tanınmış müğənni Pərvizlə Türkanı yıxıb-sürüdü: “Onlar küçə müğənniləridir”

“Azərbaycan musiqisi bərbad günə qoyulub. Bədii Şura ləğv olunandan sonra hərə 1-2 manat pul verib, ağzına gələni efirlərdə oxuyur. Müvafiq qurumlar bunun qarşısını almır, çünki başları pul qazanmağa qarışıb”. Turkustan.info bildirir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Əli Mirəliyev söyləyib. Onun sözlərinə görə, bir cəmiyyətdə ki, Pərvizlə Türkan reytinq qırır, […]

Bakıda dəhşətli qəza törədən marşrut avtobusunun SAHİBİ KİMDİR? – Hər şey ÜZƏ ÇIXDI

Binə qəsəbəsində iki nəfərin ölümü, 41 nəfərin yaralanması ilə nəticələnən ağır qəzaya səbəb olan marşrut avtobusunun aid olduğu Ayşən LTD MMC sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumunundur. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir. […]

Aİİ-nin kafedra müdiri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova 27-28 sentyabr 2018-ci il tarixlərində Türkiyənin Cumhuriyyət Universitetinin təşkilatçılığı ilə keçirilən “Ahilikte iş ve ticaret ahlakı” adlı beynəlxalq simpoziumda iştirak edib. Simpoziumda 8 ölkədən 40-a yaxın məruzəçi Türk-İslam tarixində sosial, dini və iqtisadi cəhətdən mühüm rolu […]

APA-nın keçmiş işçiləri yeni sayt AÇDILAR

Bu yaxınlarda fəaliyyəti dayandırlımış “APA Holdinq”ə daxil olan “Apasport.az” saytının köhnə komandası yeni idman saytı yaradıb.  Turkustan.info-nun məlumatına görə, “Matc.az” adlanan sayta bağlanmış “Apasport.az”ın baş redaktoru İxtiyar Əsgərov rəhbərlik edir. İ.Əsgərov əməkdaşımıza deyib ki, komanda öz gücünə inanır və buna görə yeni saytla yola çıxıblar: “Əlbəttə gücümüzə əminəm və heç […]

Bu qurumda yüksək maaşa vakant vəzifələr var

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Müsahibədə təcrübəli, peşəkar hüquqşünaslar, insan resursları və informasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər. Müraciət etmək istəyən namizədlər  02.10.2018-ci il tarixindən 01.11.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna […]

ABŞ ordusunun yeni möhtəşəm silahı

Dünyada ən böyük hərbi büdcəyə malik ABŞ ordusunun istifadəsi üçün formalaşdırılan yeni avtomatın sınaqlarına başlayıb. Turkustan.info xəbər verir ki, hələlik sadəcə prototipi yaradılan “Ribbon gun” adlı silahı rəqiblərindən fərqləndirən ən diqqətçəkən cəhəti eyni anda 4 güllə birdən ata bilmək qabiliyyətidir. Testlərinə start verilən silahın uğurlu sınağından sonra 2019-cu ildə seriyalı istehsalına […]

Fazil Məmmədov vəzifəsindən istefa verdi

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb. Turkustan.info-nun məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb. Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, […]

Nazir Elnur Məmmədova yüksək vəzifə verdi

Təhsil nazirinə yeni müşavir təyin olunub. Turkustan.info-nun məlumatına görə, nazirin yeni müşaviri Elnur Məmmədovdur. E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə […]

Şok etiraf: Putini hakimiyyətə ingilis kəşfiyyatı gətirib – Video

Britaniya kəşfiyyatı Mi-6-nın keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Vladimir Putini hakimiyyətə gətirməyə yardım etdiyini etiraf edib. Turkustan.info xəbər verir ki, o, bu etirafını “Tayms”a açıqlamasında söyləyib. Dirlavın sözlərinə görə, o, Rusiya prezidentinə 2000-ci illərin əvvəllərində yardım edib. O, həmin dövrdə hələlik prezident olmayan Putinlə Baş nazir Toni Blerin görüşünü […]

Əliyevlə Paşinyanın söhbətinə RƏSMİ MOSKVADAN ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, […]

Bakıda YPX maşını qəza törətdi – Motosikleti vurdu – VİDEO

Bakıda motosikletin vurulması ilə nəticələnən yol qəzası baş verib. Turkustan.info xəbər verir ki, bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, qəza “5 mərtəbə” adlanan ərazidə, Şıxəli Qurbanov küçəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, 99 YP 464 nömrə nişanlı YPX maşını dönmə əməliyyatını düzgün yerinə yetirməyərək, motosikleti vurub. […]

Milyonçu Nazarbayevə Türk Dünyası Muzeyi tikməyi söz verdi – FOTOLAR

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə fəaliyyət göstərən böyük şirkətlərin sahiblərinə göstəriş verib. Turkustan.info xəbər verir ki, o, iş adamlarının hər birinə yeni təsis etdiyi Türküstan vilayətində böyük bir obyekt tikməyi tövsiyə edib.   Ölkə başçısı qeyd edib ki, iş adamlarının və sahibkarların  sərbəst və şəffaf fəaliyyət göstərməsi üçün Qazaxıstan dövləti onlara […]

Əli Həsənov: “Murtuz Ələsgərov xalq hərəkatının generallarından olub”

“Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub. Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi”. Turkustan.info-nun məlumatına görə, bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi […]

Azərbaycanlının avtomobilinə narkotik atan FTX əməkdaşları tutuldu

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Moskva bölməsi üzrə əməliyyatçısı Petr Koryuqin, Daxili İşlər Nazirliyinin Lyublino rayonu üzrə bölməsinin cinayət axtarış idarəsi üzrə rəisi Pavel Filatov və həmin bölmənin əməkdaşı Pavel Drozdov Azərbaycan əsilli Yusif Xalilayevin avtomobilinə narkotik maddə atmaqda ittiham olunub.  Turkustan.info “Kommersant”a istinadla xəbər verir ki, cinayət hadisəsi 2017-ci ilin yazında baş verib. Həmin vaxt paytaxtın “Sadovod” bazarında […]

Bakıda qatarla avtobusun toqquşduğu an – VİDEO

Bakıda ötən gün avtobusun qatarla toqquşması anı kameraya tuş gəlib. Turkustan.info-nun məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, qəza paytaxtın Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində 33 nəfər yaralanıb, bir nəfər isə ölüb. Faktla bağlı cinayət işi açılıb. /oxu.az/

Əli Salahov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildi

Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Salahov Əli Yolçu oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bununla bağlı olaraq Kəlbəcər rayon İcra hakimiyyətində tədbir kecirilmiş və Kəlbəcər RİH Başçısı […]

ADAU bu gün ölkədə aqronom problemini həll etməyə qadirdir

Aqrar sahənin inkişafına  dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan […]

ADAU-da tyutorlarla iş tələblərə uyğun qurulub

Azərbaycan Dövlət Aqrar Universitetində tyutorlarla iş günün tələb etdiyi kimi qurulub. Dərs ili başlayandan bu günə kimi  rektor, AMEA-nın müxbir üzvü,  professor İbrahim Cəfərov  tyutorlarla bir neçə dəfə görüşüb. Universitetin mətbuat xidmətinin xəbərinə görə bu dəfəki görüşdə əvvəlcə Tədris işləri üzrə prorektor Anar Hətəmov tyutor xidməti haqqında ətraflı məlumat verib […]

“Bütün beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə girovluqda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin rəhbəri İradə Polad deyib ki, sentyabrın 30-da Dilqəm Əsgərovun ad günü idi: “Xatırladım ki, 2014-cü ildə Dilqəm Əsgərov, Şahbaz Quliyev […]

Şuranın dəstəyilə QHT rəhbərinin Qarabağ problemiylə bağlı məqaləsi Türkiyədə nəşr olunub

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər haqqında əcnəbilər üçün təlimlərin keçirilməsi, xarici mediada müxtəlif elmi məqalələrin nəşri” layihəsinin icrasını davam etdirir. Layihə çərçivədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr hazırlanaraq Türkiyə və […]