ADAU-da tyutorlarla iş tələblərə uyğun qurulub

Azərbaycan Dövlət Aqrar Universitetində tyutorlarla iş günün tələb etdiyi kimi qurulub. Dərs ili başlayandan bu günə kimi  rektor, AMEA-nın müxbir üzvü,  professor İbrahim Cəfərov  tyutorlarla bir neçə dəfə görüşüb.

Universitetin mətbuat xidmətinin xəbərinə görə bu dəfəki görüşdə əvvəlcə Tədris işləri üzrə prorektor Anar Hətəmov tyutor xidməti haqqında ətraflı məlumat verib və bu xidmətin özünü doğrultduğunu bildirib.

Rektor İbrahim Cəfərov görüşdə deyib ki, bu gün tyutor xidmətinin fəaliyyəti daha böyük səmərə verməlidir. Tyutorlar fəal olmalı, tələbələrlə sıx ünsiyyət qurmalı, onların üzləşdikləri problemlərlə ciddi maraqlanmalıdır.  Bundan sonra da daha böyük hədəflərə doğru irəliləməliyik.

Universitetin akt  zalına toplaşan fakültə dekanları  tyutorlarının bu gün gördükləri işlər və qarşıda duran vəzifələrdən danışıblar.

Sonda  tyutorların çıxışları olub, onları maraqlandıran suallar cavablandırılıb.