Aİİ-nin kafedra müdiri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova 27-28 sentyabr 2018-ci il tarixlərində Türkiyənin Cumhuriyyət Universitetinin təşkilatçılığı ilə keçirilən “Ahilikte iş ve ticaret ahlakı” adlı beynəlxalq simpoziumda iştirak edib.
Simpoziumda 8 ölkədən 40-a yaxın məruzəçi Türk-İslam tarixində sosial, dini və iqtisadi cəhətdən mühüm rolu olmuş “Üxüvvət təşkilatı”nda iş və ticarət əxlaqına dair fərqli mövzularla çıxış edib. 
Dosent E.Əzizova simpoziumda “Üxüvvət peyğəmbərliyin mirasıdır: Mənşəyin müqəddəsliyi çərçivəsində üxüvvət təşkilatının nəbəvi referansları” mövzusunda çıxış edib. E.Əzizova Azərbaycan türklərindən olan Şeyx Nəsrəddin Mahmud Xoyi tərəfindən Anadoluda təşkilatlandırılan üxüvvətin nizamnaməsi sayılan “Fütüvvətnamə” əsərlərində qeyd olunan iş prinsipləri haqqında məlumat verib. Məruzədə mövzuya dair İslam peyğəmbərinə istinadların qarşılıqlı təhlili, həmçinin, İslam iqtisadiyyatı tarixinin mühüm mənbələrindən olan “Kəsb” ədəbiyyatı çərçivəsində islam düşüncəsində peşə və sənətlərin ictimai və iqtisadi mövqeyi dəyərləndirilib. Dosent E.Əzizova moderatoru olduğu panelin sonunda simpoziumun elmi heyətinin üzvlərinə sertifikatlarını təqdim edib. 
Məlumat üçün bildirək ki, E.Əzizova respublikada və xaricdə 20-yə yaxın elmi konfransda məruzələrlə çıxış edib. 2011 və 2018-ci illərdə İstanbulda İSAM nəşriyyatında “Hz. Peyğəmbər döneminde çalışma hayatı ve meslekler” adlı əsəri nəşr olunub. 2009-cu ildə doktorantura üzrə elmi işi İstanbulda ən yaxşı “Hədis və siyər doktorantura dissertasiyası” mükafatına layiq görülüb. Respublika və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-a yaxın məqalənin müəllifidir.

Görüntünün olası içeriği: 2 kişi, oturma odası ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, iç mekan