İtaliyanların “Şahmat dahisi” adlandırdığı, məşhur erməni şahmatçısını məğlub edən azərbaycanlı kimdir? – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq və Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycanlı şahmatçı Mirağa Ağayev haqqında məqalə yaradılıb.

Turkustan.info bildirir ki, Mirağa Ağayev 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak edib. Axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrossmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan olub. 4-5 saat davam edən oyunda erməni rəqibini məğlub edən Mirağa Ağayev rəqibinin reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşməsinə nail olmuş, özü isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxıb.

https://az.wikipedia.org/wiki/Mira%C4%9Fa_A%C4%9Fayev