Gün: Oktyabr 4, 2018

Miskin Abdalın yorulmaz tədqiqatçısı – Tofiq Hüseynzadə

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri filoloq, şair, jurnalist və publisist mərhum Tofiq Hüseynzadə haqqında məqalə yaradıblar. Tofiq Hüseynzadə Səfəvilər dövrünün mütəffəkiri Miskin Abdal irsini araşdıran alim olub. Bir sıra kitabların müəllifidir. Ətraflı aşağıdakı linkdə tanış olmaq olar.

Sumqayıtda dəhşət – Qadın özünü binanın damından atdı

Sumqayıtda intihar hadisəsi baş verib. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Trampla yatanda ölmək üçün dua etdim” – Pornoaktrisa

2016-cı ildə ABŞ-ın indiki prezidenti Donald Trampla cinsi əlaqədə olduğunu bildirən Stormy Daniels yeni açıqlaması ilə gündəmə gəlib. Turkustan.info xəbər verir ki, erotik film ulduzu həmin gecədən məmnun qalmadığını bildirib. 39 yaşlı pornoaktrisanın sözlərinə görə, Trampa birgə keçirdiyi gecə onun üçün kabusa dönüb: “Trampla yatanda ölmək üçün dua etdim. Həmin gecə mənim […]

İbtidai sinif kitabında biabırçılıq: “Analığı elə çılpaq uzanmışdı ki…” – FOTO

Azərbaycanda azyaşlılar üçün nəzərdə tutulan kitabda yer alan nağıl müzakirələrə səbəb olub. Turkustan.info xəbər verir ki, nağılda ögey ana ilə övladın münasibətindən söhbət açılıb. Kitabdan sitat: “Oğlan yorğanı qaldırdı ki, altına girsin. Orada nə görsə, yaxşıdır. Analığı anadan necə doğulmuşdusa, eləcə çılpaq uzanmışdı onun yatağında. Özü də elə gözəldi, elə […]

Sabah hava kəskin SOYUYACAQ, İLK QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, […]

Azərbaycanda ABŞ-ın hərbi laboratoriyası yoxdur

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ölkə ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur və “yenidənqurma haqqında söhbət gedə bilməz”. Daha öncə Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov bildirmişdi ki, Ukraynada, Azərbaycanda və Özbəkistanda Pentaqonun nəzarəti altında olan laboratoriyaların yenidən qurulması […]

Salyanda sosial şəbəkələrdə milli maraqların qorunmasının yolları müzakirə olunub

“Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Salyan şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, […]

Abel Məhərrəmova yeni vəzifə verildi

Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası ilə birgə səyyar iclası keçirilib və BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. Turkustan.info bildirir ki, BDU-dan BakuPost-a verilən məlumata görə, akademik A.Məhərrəmov universitetdə bu istiqamətdə […]

Bu avtomobillərin Bakıya girişi məhdudlaşdırılır

Ağırtonnajlı nəqliyyat vasitələrinin paytaxta girişi məhdudlaşdırılır. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. Qurum rəsmisi bildirib ki, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən […]

Şəhid atası qayğıya görə təşəkkür etdi

“”LİMAN” klinikasının rəhbərliyinə və həkimlərinə təşəkkür edirəm ki, şəhid ailələrinə, qazilərə qarşı həmişə diqqətçil olublar “. Bunu Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk facebook səhifəsində bildirib. O söyləyib ki, Sumqayıtda fəaliyyət göstərən “LİMAN” klinikasının rəhbərliyinə və həkimlərinə təşəkkür edirəm: “Cünki şəhid ailələrinə, qazilərə qarşı həmişə diqqətçil olublar. Onları diqqətdə saxlamaq […]

ADAU-nun tələbələri tariximizi muzeydə öyrənirlər

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin  birinci kurs tələbələri tariximizlə bağlı dərsi Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçib.   AXC-nin  Azərbaycan xalqının tarixində yeri və rolu adlı dərsi İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramovun və Səbinə Əlizadənin birlikdə apardığı dərs maraqlı keçib. Muzey eksponatları arasında […]

Milli Məclisdə boş qalan 6 yerə seçki keçiriləcək – TARİX

Azərbaycan Milli Məclisində növbədənkənar seçkilər ilə bağlı yayılan məlumatların detalları məlum olub. Turkustan.info-nun əldə etdiyi məlumata görə, ümumilikdə parlamentə yox, Milli Məclisdə boş qalan 6 yerə təkrar seçkilər baş tutacaq. Seçkilərin dekabr ayında keçiriləcəyi gözlənilir. Qeyd edək ki, 2015-ci ildə keçirilən son seçkilərdən sonra Milli Məclisdə 125 deputat yerindən 6-sı […]

Ordu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərə

Rusiya Prezidenti Vladimir Putinə əhalinin etibarı 2017-ci ildən bu yana 17% azalaraq, 58%-ə düşüb. Turkustan.info xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Maraqlıdır ki, sorğu iştirakçıları prezidentdən çox Rusiya ordusuna güvəndiklərini bildiriblər. Orduya güvənənlərin sayı əhalinin 66%-ni təşkil edib. Sorğu iştirakçılarının əksər hissəsi 2015-ci ildə […]

Mehman Şükürov mədəniyyət işçiləri ilə görüşdü – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov Suşa rayon mədəniyyət işçiləri ilə görüşüb. Xeberle.com-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyində baş tutan görüşdə Şuşa rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Yeni tədris ilinin başlanması münasibətilə təşkil olunan görüşdə idarə rəisi çıxış edərək musiqi məktəblərinin kollektivlərini təbrik edib. […]

Flora Xəlilzadənin 65 illik yubileyi qeyd olundu – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində əməkdar jurnalist Flora Xəlilzadənin 65 illik yubileyinə həsr olunmuş mərasim keçirilir. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kaspi qazetinin təsisçisi Sona Vəliyeva, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, ATEV sədri Tənzilə Rüstəmxanlı, QHT rəhbərləri […]

ASAN Xidmət-ə pulla işə qəbul mümkün deyil – Ülvi Mehdiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə pulla işə düzəlmək mümkün deyil. Turkustan.info Oxu.az-a istinadən bildirir ki, bunu açıqlamasında “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, “ASAN xidmət”də işlə təmin olunma dövlət qulluğuna qəbul imtahanları ilə həyata keçirilir: “Yalnız dövlət qulluğu haqqında qanunda […]

Ermənistanda üçüncü inqilab DALĞASI

Ermənistanda hökumət və parlament arasında dərinləşən gərginlik açıq siyasi böhrana çevrilib. Parlamentin buraxılması və növbədənkənar seçkilərin buraxılması ilə bağlı baş nazir Nikol Paşinyanın Ermənistan Milli Məclisindəki siyasi qüvvələrlə apardığı danışıqlar nəticə verməyib. Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasından sonra “Tsarukyan” bloku və “Daşnaksütyun” fraksiyası da növbədənkənar seçkilərin keçirilməsi təklifi […]

“Qarabağ münaqişəsinin nizamlanmaması Ermənistanın çöküşünü sürətləndirəcək” – Rusiyalı professor

“Ermənistanda proseslərin istənilən yöndə inkişafı onlar üçün əlavə problemlər yaradacaq”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ermənistanda cərəyan edən son proseslərin mümkün inkişafını dəyərləndirən Sankt-Peterburq Universitetinin professoru Niyazi Niyazov deyib. Niyazi Niyazovun sözlərinə görə, Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanın çöküşünü sürətləndirir: “Hazırda Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, […]

Xüsusi təhlükəli hidrometeoroloji hadisə barədə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkədə xüsusi təhlükəli hidrometeoroloji hadisə barədə xəbərdarlıq yayıb.  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı […]

Rusiyadan Qarabağ mövqeyi

XİN: “İndi onları ehtiyatsız bəyanatlarla zədələmək olmaz” “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meylləri alqışlayırıq. Münaqişənin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz”. Bu fikirləri brifinq zamanı Rusiyanın XİN sözçüsü Mariya Zaxarova deyib. O, Dağlıq Qarabağ probleminə dair son görüşlər və münaqişənin həllində Rusiyanın rolu barədə danışıb. XİN rəsmisi […]

QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə “Şəki Kuboku məktəblilərin intellektual birinciliyi”adli layihə uğurla icra edilib

Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Şəki şəhər Təhsil idarəsinin təşkilatı dəstəyiylə Yaradıcı Gənclər İctimai Birliyi tərəfindən “Şəki Kuboku”adlı layihə həyata keçirilib. Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Arzu Vəlibəyova iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, Respublikamızda İnttelektual […]

Azay Quliyevdən Bişkekdə Mərkəzi Asiya ölkələrinə önəmli təklif – “Parlament Assambleyası yaradılsın”

ATƏT Parlament Assambleyasının Bişkekdə keçirilən 17-ci payız sessiyası çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda təşkil edilən konfransda qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. Turkustan.info xəbər verir ki, Azay Quliyev payız sessiyasının region və bötövlükdə ATƏT-in əhatə etdiyi ərazi üçün mühüm olan məsələlərə həsr […]

Meyiti meşədə asılmış vəziyyətdə tapılan məmurla bağlı YENİ FAKT – “Deyiblər ki, borcu istəsə, aradan götürəcəklər” – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin itkin düşən əməkdaşı Ramis Azaqovun meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb. Turkustan.info xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Ramis Azaqov sonuncu dəfə Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb. Mərhum telefonla danışdıqdan sonra […]

Necati Şaşmaz çəkiləcəyi yeni serialın adını AÇIQLADI

“Kurtlar Vadisi” serialında “Polad Ələmdar” obrazı ilə məşhurlaşan Necati Şaşmaz yeni layihələr barədə açıqlama verib. Turkustan.info qafqazinfo.az-a istinadən xəbər verir ki, o, yeni seriala çəkiləcəyini bildirib: “Bir serial, bir də yaxın zamanda yeni sinema filmimiz olacaq. “Kurtlar Vadisi” olmayacaq. Yeni serialın adı “Nöbet”dir”.

DİQQƏT! Marketdə satılan bu toyuqları almayın

Dondurulmuş qidaların çoxu sağlamlıq baxımından zərərli deyil, ancaq hər qidanı da dondurulmuş olaraq almaq olmaz. Əks təqdirdə sağlamlıq baxımından ciddi problemlər meydana gələ bilər. Turkustan.info xarici KİV-ə istinadən bildirir ki, bu qidaları dondurulmuş halda almaq olmaz: Dondurulmuş qida maddəsində hər hansı dondurucu yanıq görsəniz, həmin məhsulu zibil qabına atmalısınız. Bu […]

Paşinyandan Azərbaycana ŞOK SÖZLƏR: Bakıya imkan vermərik ki…

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına mane olacaqlarını açıqlayıb. Turkustan.info xəbər verir ki, Paşinyan Ermənistanın belə bir imkanının olduğunu deyib.“Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü, yaxud müşahidəçisi olmayacaq. Azərbaycan bununla bağlı təşkilata müraciət etsə, biz buna mane olacağıq. Ermənistan heç vaxt icazə verməyəcək […]

“Əhalinin sayı qədər zibil qutusu qoymuşuq” – Siqaret məsələsinə CAVAB

Azərbaycanda qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, Məcəllənin 212-ci – “Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” maddəsinə 5-ci bənd əlavə edilib. Əlavə edilən bəndə qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün […]

Aİİ “Zamanın idarə olunması” mövzusunda seminar keçirib

Aİİ “Zamanın idarə olunması” mövzusunda seminar keçirib 3 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Zamanın idarə olunması” mövzusunda seminar keçirib.  Seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.  Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din münasibətlərindən danışıb, bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident […]

Azay Quliyev ATƏT PA-da təklif verdi: Yeni təşkilat yaradılsın

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun Bişkekdə keçirilən payız sessiyasında çıxış edib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, A.Quliyev Mərkəzi Asiyada regional əməkdaşlığın daha da genişləndirilməsi yollarına toxunub. Vitse-prezident, həmçinin parlament əməkdaşlığı sahəsində səmərəli platforma kimi Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb. Qeyd […]

Tovuzda DƏHŞƏT: 37 yaşlı kişinin üstünə benzin töküb yandırdılar

Tovuzda dəhşətli hadisə baş verib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar. Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis […]

İşdən çıxarılan məmurun idarəsində yoxlamalar başladı

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb. Turkustan.info-nun əldə etdiyi məlumata görə, hazırda Bakı Şəhər Prokurorluğunun və BŞİH-in əməkdaşları birlikdə maliyyə işləri üzrə yoxlama aparır. Qeyd edək ki, dünən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.  Xatırladaq ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir […]

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı tapşırıq verdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib. Turkustan.info bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava xəbərdarlığı ilə bağlıdır. İcra Hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür. ESTN-nin məlumatına görə, […]

Əli Həsənov digər vəzifəsindən də uzaqlaşdırıldı

Novruz Məmmədov yeni qərar qəbul edib Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi ilə bağlı qərar qəbul edib. Turkustan.info  Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, qərar Fondun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 […]

Məşhurların saraydan birbaşa türməyə gedən övladları

Onlar prezident atalarının başını hər zaman aşağı ediblər – biri orqan ticarəti ilə məşğul olub, digəri isə… Dünya mediası prezident övladlarını daim nəzarətdə saxlayır. Onların həyat tərzi, geyimləri, yol verdikləri səhvlər media nümayəndələri tərəfindən böyük həvəslə təhlil olunur. Amma bəzən bu səhv əndazəsini də aşır. Yəni kriminala qədər gedib çıxan […]

Nazir Lənkəranskinin “qardaşı”ndan belə üzr istədi – VİDEO

Çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirovun yeni görüntüləri yayılıb Turkustan.info xəbər verir ki, sözügedən görüntülər Almaniyanın paytaxtı Berlində çəkilib. Yayılan görüntülərdən göründüyü qədər ilə tanınmamış İçkeriya Respublikasının Qaçqınlar və Diasporalar üzrə naziri Rubati Misaeva “qanuni oğru” ilə söhbət edir. Bildirilir ki, görüşün təşkil edilməsində […]

Bakıda sürücülər arasında kütləvi dava – VİDEO

Bakıda avtobus sürücüləri arasında kütləvi dava baş verib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:00 radələrində, Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında baş verib. Şahidlərin verdiyi məlumata görə, dava avtobus və minik maşınının sürücüləri arasında yaranıb. Daha sonra minik maşınının iki sərnişini və avtobusda olan bir nəfər […]

İcra məmurlarının fəaliyyətinə nəzarət qaydaları SƏRTLƏŞDİRİLDİ

Nazirlər Kabineti “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib. Bundan başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən […]

Eldar Əzizov Bakı Lift İdarəsinin qalmaqallı rəisini işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib. Turkustan.info bildirir ki, Modern.az-ın bununla bağlı BŞİH-ə ünvanladığı sorğusuna cavab olaraq, Q.Şükürovun vəzifəsindən azad edildiyini rəsmən təsdiqləyiblər. BŞİH-dən qeyd ediblər ki, başçı səlahiyyətlərini icra edən Eldar Əzizov bununla bağlı  […]

Bakı ərazilərini qan tökmədən qaytara bilər – Mixaylov

Ermənistan yenə sallanır, görünür, bu ölkə aparıcı rus analitiklərin daha əvvəl xəbərdarlıq etdiyi kimi, vətəndaş müharibəsi astanasındadır. Turkustan.info xəbər verir ki, bu fikri Trend-ə tanınmış ekspert, teleaparıcı Yevgeni Mixaylov Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib. Ermənistanda parlamentin buraxılmasını əngəlləməyi nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra Nikol Paşinyan insanları küçələrə […]

Azərbaycanda yoxa çıxmış nazirlik işçisinin meyiti tapıldı – Meşədə asılmış vəziyyətdə

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb. Turkustan.info-nun məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb. Qeyd edək […]

Paşinyan: “Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq”

Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta müşahidəçi kimi də, olmayacaq – Ermənistan buna imkan verməz. Turkustan.info “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda Respublika partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib. Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması […]

“Barselona”dan növbəti qələbə, “Qalatasaray”dan acı məğlubiyyət – YENİLƏNİB

UEFA Çempionlar Liqasında ikinci turun digər oyunları keçirilib. Oxu.Az xəbər verir ki, “Barselona” səfərdə “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib. “Porto” isə öz meydanında “Qalatasaray”ı minimal hesabla məğlub edib. Atletiko Madrid – Brügge 3:1 Borussiya Dortmund – Monako 3:0 PSV – İnter 1:2 Tottenhem – Barselona 2:4 Napoli – Liverpul 1:0 […]

ADAU-nun Tələbə Gənclər Təşkilatı sərgidə iştirak edib

Gəncə şəhərində keçirilən  Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində ali məktəblərinin Tələbə-Gənclər təşkilatlarının, QHT-lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, millət […]

Müşfiqsiz Müşfiq günləri – FOTO+VİDEO

İlk dəfə idi Rəşid Behbudov adına mahnı teatrının texniki işçilərin əyləşdiyi foyeyə qalxırdım. Qarşıda gedən adam çox əsəbi idi. Mən də onun bu dəqiqə ürəyi əsəbdən dayanacaq deyə qorxurdum. Düzünü desəm mən də əsəbi idim. Mənim əsəbi olmağımın səsəbi onu qoruya bilməməyim idi. Pillələr bitdi biz foyeyə qalxan kimi, “Bacı, […]