ADAU-nun tələbələri tariximizi muzeydə öyrənirlər

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin  birinci kurs tələbələri tariximizlə bağlı dərsi Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçib.

  AXC-nin  Azərbaycan xalqının tarixində yeri və rolu adlı dərsi İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramovun və Səbinə Əlizadənin birlikdə apardığı dərs maraqlı keçib. Muzey eksponatları arasında keçən 80 dəqiqəlik dərs tələbələrin tariximizə səyahəti kimi yadda qalıb.

Tələbələrə bildirilib ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.