Aİİ “Zamanın idarə olunması” mövzusunda seminar keçirib

Aİİ “Zamanın idarə olunması” mövzusunda seminar keçirib

3 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Zamanın idarə olunması” mövzusunda seminar keçirib. 
Seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib. 
Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din münasibətlərindən danışıb, bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib. Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən rektor mövzunun əhəmiyyətinə toxunub. Aİİ rektoru gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla əldə edilə biləcəyini, bunun isə zamandan düzgün yararlanmaqla mümkün olduğunu deyib. Gənclik dövrünün insan həyatında həlledici mərhələ olduğunu, bu dövrdə verilmiş qərarların bütöv ömür yolunda dərin iz buraxacağını xatırladan rektor gəncləri zamanı doğru dəyərləndirməyə səsləyib.
Sonra “Zamanın idarə olunması” mövzusunda məruzə dinlənilib. Məruzəni peşəkar idarəçi, biznes məsləhətçisi, motivasiyaverici spiker, bir çox ölkələrdə təlim, konfrans və seminarların iştirakçısı olmuş Fəxri Ağayev təqdim edib. Məruzədə insana doğulduğu andan etibarən iki növ sərmayənin verildiyi, bunların sağlamlıq və zamandan ibarət olduğu qeyd edilib. İnsanın bu sərmayəni artırmaq gücündə olmadığı, lakin maksimum effektiv dərəcədə öz xeyri və məqsədləri üçün istifadə edə biləcəyi vurğulanıb, bildirilib ki, zamanı idarə etmə bacarığı insana böyük nailiyyətlər qazandırır. F.Ağayev zamanı idarə etməyin xüsusi bacarıq və ya vergi olmadığını, sadəcə texnika və alətlər dəsti olduğunu, digər lazımlı vərdişlər kimi, bunu da öyrənmək və yiyələnməklə mümkün olduğunu qeyd edib. Məruzəçi nitqini yazıçı, ictimai xadim D.A.Qraninin “İnsanın hakim olduğu ən dəyərli məqam onun həyatıdır. Ancaq bu həyata ətraflı olaraq baxsaq, demək olar ki, ən dəyərli hissə – zamandır, çünki həyat zamandan ibarət olur, o isə saat və qəqiqələrdən ibarətdir” fikirləri ilə yekunlaşdırıb.

Görüntünün olası içeriği: 2 kişi, takım elbise ve iç mekan
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar ve iç mekan
Görüntünün olası içeriği: 9 kişi, oturan insanlar