Bakıda maşın körpüdən tunelə aşdı – VİDEO

Oktyabrın 4-də səhər saatlarda Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisənin Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsinin kəsişməsində baş verdiyi bildirilir.

Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda yüksək sürətlə gedən avtomobilin körpüdən tunelə aşdığı qeyd olunur.

/Modern.az/