Milli Məclisdə boş qalan 6 yerə seçki keçiriləcək – TARİX

Azərbaycan Milli Məclisində növbədənkənar seçkilər ilə bağlı yayılan məlumatların detalları məlum olub.
Turkustan.info-nun əldə etdiyi məlumata görə, ümumilikdə parlamentə yox, Milli Məclisdə boş qalan 6 yerə təkrar seçkilər baş tutacaq.

Seçkilərin dekabr ayında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2015-ci ildə keçirilən son seçkilərdən sonra Milli Məclisdə 125 deputat yerindən 6-sı boşalıb. Onlardan Astan Şahverdiyev dünyasını dəyişib, digər 5 nəfər isə dövlət strukturlarında postlara təyin olunublar.  /Open.az/