Mehman Şükürov mədəniyyət işçiləri ilə görüşdü – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov Suşa rayon mədəniyyət işçiləri ilə görüşüb.
Xeberle.com-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyində baş tutan görüşdə Şuşa rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Yeni tədris ilinin başlanması münasibətilə təşkil olunan görüşdə idarə rəisi çıxış edərək musiqi məktəblərinin kollektivlərini təbrik edib. Mehman Şükürov  musiqi məktəbləri, eləcə də, tabe müəssisələrin problemləri ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
Daha sonra idarə rəisi dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində (Şuşa) olub,  Şuşa rayonundan daşınan eksponatlarla tanış olub.  Muzeyin əməkdaşları ilə görüşən Mehman Şükürov onlara öz  tapşırıq və tövsiyələrini verib.

Mehman Şükürov mədəniyyət işçiləri ilə görüşdü - FOTOLAR