Müşfiqsiz Müşfiq günləri – FOTO+VİDEO

İlk dəfə idi Rəşid Behbudov adına mahnı teatrının texniki işçilərin əyləşdiyi foyeyə qalxırdım. Qarşıda gedən adam çox əsəbi idi. Mən də onun bu dəqiqə ürəyi əsəbdən dayanacaq deyə qorxurdum. Düzünü desəm mən də əsəbi idim. Mənim əsəbi olmağımın səsəbi onu qoruya bilməməyim idi. Pillələr bitdi biz foyeyə qalxan kimi, “Bacı, səncə düzələcəkmi?”- dedi Müşfiq. Onun mülayim sifəti mənə bayaq qarşımda addımlayan bu adam üçün niyə bu qədər narahat olduğumun səbəbini açıqlayırdı.  Yaddaş kartını konpüterə daxil etdim və bir iki hərəkətlə bayaqdan açılmayan videonu açdım. Cabir Novruz haqqında mahnının klipi idi, – yaddaş kartında ilişib qalan və Müşfiqi infakt dərəcəsinə gətirib çıxaran.

 
– Müşfiq, nə olar özünü əla al, – dedim. – Bax gördün ki, açıldı.
 
– Bacı, sən burda qal, – dedi mənə, – yoxsa mənim ürəyim dözməyəcək.
 
Müşfiqin sözün yerə sala bilmədim: -Baş üstə! – deyib dayandım orda.
 
Sonralar da tədbirlərimizdə hər dəfə Müşfiq həyacanlanırdı. Tədbir keçirirdik, nə lazım olsa deyirdik “Müşfiq tapacaq”. Qəribə baxışla baxıb “Baş üstə!”- deyirdi qardaşım. Müşfiq nə Cavanşir əmiyə, nə də mənə “yox” demirdi. Nə lazimdisa həll edirdi. Bir gün mən səhnədə tədbiri aparası oldum. Həmin tədbir təşkil olunan zalda texnki heyyət olmasına baxmayaraq hamıdan xahis etdim ki, inciməsinlər, onları bu dəfə qardaşım Müşfiq Cabiroğlu əvəz edəcək. İki saatlıq tədbiri bacı qardaş idarə etdik. Mən səhnədə Müşfiq isə texniki heyyətin yerində. Sonralar özünə zarafatla “İşıqçı Müşfiq” deyirdi. Bu günlərdə yenə də Rəşid Behbudov adına Mahnı Teatrının texniki işçilərinin əyləşdiyi foyeyə qalxırdım. Daha doğrusu qalxası oldum. Çünki Qafar Əsgərzadə məndən bütün gecəni yayımlamağımı istəmişdi, bu mənim işim idi.  Həm də böyük Mikayıl Müşfiqmizin 110 illik yubleyinin təşkilatçılarından biri də “Cabir Novruz” Mədəniyyət Fondu idi. İlk dəfə idi ki, Müşfiqsiz Müşfiq günü qeyd olunurdu. Sözün əsil mənasında Müşfiqimizin – Müşfiq Cabiroğlunun yeri görünürdü. Müşfiq yolunda hər birimiz canımızı fəda etməyə hazırıq. Bu tədbirdə əsas əziyyəti olan əməkdar jurnalistimiz, fəxrimiz Qafar Əsgərzadəyə də bütün Müşfiq sevdalıları  adından bir daha minnətdarlığımı bildirirəm. Bütün tədbir boyu mənə gələn məktublarda Müşfiq Cabiroğlundan danışan izaləyicilərimizə, tədbir iştirakçılarının fondumuzun prezidenti Cavanşir Qurbanovun təklifi ilə qardaşımın ruhunu bir dəqiqəlik sükütla anmasına görə isə iki qat minnətdaram.  Çünki, məni orda Müşfiqsiz qoymadılar. Sanki bu dəfə mənə “Sən foyedəsən, darıxma, bacı, mən də yanındayam!” – deyirdi.
Amma sözün düzünü deyim ki, hərdən Müşfiqi uşaqlıq edib narahat edirəm. Xırdalan qəbirsanlığının qarşısından keçəndə maşını saxlayıb Müşfiq deyə haylayıram. Bəlkə də düz etmirəm. Amma hər attığım addımda etiyacım olur ona. Müşfiq varlığında varlığını gözə soxmayan, yoxluğunda gözdən yaş axıdan adamdı. Bu gün isə Müşfiqimin ilk onsuz özəl gününü ruhuna dualar oxuyaraq qeyd etdik. Bir daha Müşfiqsiz Müşfiq günü yaşadıq. Doğum günün mübarək, qardaş!…
 
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü
Günay Novruz