Mesut Özil geyimini “Qarabağ”lı fanatlara atdı – FOTO

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycan çempionu “Qarabağ” İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. 

Turkustan.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyun 3:0 hesabı ilə “Arsenal”ın xeyrinə yekunlaşıb.

65-ci dəqiqədə oyuna girən Türk əsilli almaniyalı oyunçu Mesut Özil “Qarabağ”ın fanatlarına maraqlı jest edib. Oyunun sonunda Özil geyimini çıxararaq “Qarabağ” fanatlarına tərəf atıb.  Bununla da o, soydaş fanatlarla həmrəyliyini ifadə edib. 

Foto Anadolu Agentliyi