İrandan İsrailə müharibə elanı: “Onları dənizə tökəcəyik”

İran İnqilab Keşişçiləri Korpusunun 2-ci komandanı Hüseyn Selami İsrail baş naziri Benyamin Netanyahunun “Livan və Suriyada İranın varlığına qarşı hər şeyi edəcəyik” sözlərinə sərt reaksiya verib.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, iranlı general Netanyahuya Aralıq dənizində üzməyi öyrənmələrini tövsiyə edib.

“Çünki onları dənizə tökəcəyik”, – deyə o bildirib.

H.Selami qeyd edib ki, İsrail İran üçün təhlükə deyil: “Hizbullah onları yox etmək üçün yetərincə gücə sahibdir”, – deyə o bildirib.