“Erkən Evlilik Təhsil” layihəsinin ilkin mərhələsi başa çatıb

“Education HUB”-ın təşkilatçılığı ilə “İnkişaf zamanı” təhsil proqramı çərçivəsində Gəncə Şəhər Gənclər evinin, Azərbaycan Dövlət Aqrar Universiteti THİK-in təşkilati dəstəyi , “Erkən Nikaha Yox Deyək” layihəsinin əməkdaşlığı ilə Gəncə şəhər Gənclər Evində “Erkən Evlilik və Təhsil” layihəsinin ilk tədbiri keçirilib.
Tədbirdə erkən evliliyin pisxoloji zərərləri, qanunda yeri və teatr, o cümlədən sosial problemlərin həllində incəsənətin rolu barədə danışılıb. Sonda bu mövzuda qısa səhnəcik göstərilib, erkən evliliklə mübarizə aparmağınyolları barədə müzakirə keçirilib.
Qeyd edək ki, “Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.
Layihənin müəllifləri Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Pedaqoji Universitetinin tələbələri İsa İbrahimli, Rüstəm Məmmədov və İntiqam Mərdanlıdır. Onlar layihənin bundan sonra da davamlı olacağını və müxtəlif bölgələrdə müzakirələrin keçiriləcəyini vurğulayıblar.