Sarıkökün daha bir MÖCÜZƏVİ FAYDASI üzə çıxdı

Sızanaqlardan xilas olmaq, qara nöqtələri təmizləmək və ya üzdəki şişkinliklərdən, göz altındakı qaralmalardan xilas olmaq üçün tərkibində bilmədiyimiz kimyəvi maddələrdən istifadə edilən kremlərdən, maskalardan, dəriyə qulluq məhsullarından niyə istifadə edək?

Turkustan.info sarıkök, qatıq və limondan hazırlanan maskanı təqdim edir.

Sarıkök, son dövrdə tərkibində kurkumin (curcumin) adlı maddə sayəsində qızıl dəyərində tanınan bir məhsuldur. Çünki bu aktiv maddə sayəsində orqanizmdə yaranan iltihablanmaların daha sürətli yaxşılaşmasına dəstək olur, toksinlərin, yəni orqanizmimizə girən yad maddələrin bədəndən uzaqlaşdırılmasına da kömək edir.

Əgər dəriniz çox qurudursa, bu qarışığa bal və ya zeytun yağı da əlavə edə bilərsiniz. Hər ikisi də tərkibində olan faydalı maddələr sayəsində dərinizi ağardaraq qidalandıracaq, daha çox quruyub qıcıqlanmasının qarşısını alacaq.

Sarıkökün daha bir MÖCÜZƏVİ FAYDASI üzə çıxdı

Tərkibi:

1/2 çay qaşığı sarıkök

1/2 çay qaşığı təzə sıxılmış limon suyu

2 xörək qaşığı qatıq

1/2 çay qaşığı bal və ya zeytun yağı (zövqə görə)

Hazırlanma qaydası:

Kiçik bir qabın içinə bütün məhsulları töküb yaxşı qarışdırın. Sonra heç saxlamadan göz altı qaralmalar, şişkinliklər kimi problemli bölgələrə sürtün və 20 dəqiqə gözləyin. Daha sonra üzünüzü soyuq su ilə yaxşı yuyun. Əgər dəriniz çox qurudursa, maskaya 1/2 çay qaşığı bal və ya zeytun yağı da əlavə edin.  /Publika.az/