ADAU-nun Ümumi əkincilik, genetika və seleksiya kafedrası əmək bazarının tələblərinə cavab verən kadrlalar hazırlaya bilər

Müsahibim Azərbaycan Dövlət Aqrar Universitetin Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Ümumi əkinşilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənovadır.

Aynur xanım bəlkə söhbətimizə qədimdən gələn əkinçilk mədəniyyətindən başlayaq.  Azərbaycanın mühüm imic əlaməti olan əkinçilik nə deməkdir?

Əkinçilik və onun tarixinə müxtəlif nöqteyi-nəzərlərdən baxmaq mümkündür. İqtisadi nöqteyi-nəzərdən əkinçilik torpaqdan əmək predmeti və əmək vasitəsi kimi istifadə formasıdır. Siyasi nöqteyi-nəzərdən o torpaq-mülkiyyət münasibətlərinin və torpaq üzərində mülkiyyət formalarının inkişaf tarixi, aqronomik nöqteyi-nəzərdən isə torpaqdan istifadənin qayda və üsullarının məcmusudur. Əkinçiliyin tarixi isə əkinçilik sistemlərinin bir-birini ardıcıl əvəz etməsi müddətini əhatə edir.

Alimlərimizin apardığı tədqiqatlar, xüsusən arxeoloqlarımızın və etnoqraflarımızın axtarışları Azərbaycanın ilk yaşayış məskənlərindən, azərbaycanlıların isə zəngin əkinçilik mədəniyyətinə malik olan ən qədim xalqlardan biri olduğunu sübut etmişdir. Bu ərazinin sakinləri qədim dövürlərdən başlayaraq əkinçilik, bağçılıq, üzümçülük və bostançılıqla məşğul olmuş, bu sahədə zəngin təsərrüfat mədəniyyəti yaratmışdır. Xalqımızın əkinçilik mədəniyyəti və onun mühüm sahəsini təşkil edən şum alətlərinin öyrənilməsinə olan maraq təsadüfi deyil. Qədim əkinçilik mədəniyyəti ənənələrinə malik olan Azərbaycanda müxtəlif şəraitli və müxtəlif quruluşlu torpaqların şumlanması və əkinə hazırlanması məqsədlə bir neçə şum alətindən istifadə edilmişdir. Bu alətlər içərisində təqribən VIII-IX əsirlərdən etibarən Azərbaycanda  uzun müddət istifadə edilən ağac kotanlar xususi yer tutur. Aparılmış tədqiqatlar kotanın Qafqaz mənşəli şum aləti olduğunu təsdiq edir.

XIX əsrin ortalarında Azərbaycanda kotanla yerin şumlanması prosesinin şahidi olmuş alman alim- səyyahı A. Petsold yazır ki, mən Qarabağda bu kotana 12 cüt qoşqu qoşulduğunu öz gözlərimlə görmüşəm. Beləliklə, deyə bilərəm ki, əkinçilik insanların  ilk məişət quruculuğu dövüründən başlayaraq uzun müddətli tarixi inkişafı nəticəsində meydana gələn ən qədim istehsal fəaliyyət növüdür.

Belə deyirlər ki, əkinçilik mədəniyyəti rəngarəngliyinin qorunması şərait və məkandan asılı olaraq fərqlidir. Bu əslində nə deməkdir?

Hər bir xalqın əkinçilik mədəniyyətinin zənginliyi əsasən onun istehsal alətləri ilə, bu alətlərin formalarının çoxluğu ilə ölçülür. Məsələyə bu baxımdan yanaşsaq azərbaycanlıların həqiqətən rəngarəng əkinçilik alətləri yaratdığının şahidi oluruq. Quruluşuna və becərmə xususiyyətinə görə bir-birindən fərqlənən xış, mala, diyircəkli kotan, qara kotan və s. adlar ilə məlum olan neçə-neçə şum aləti yaradılmış və əsrlər boyu onlardan yerli yerində istifadə edilmişdir.

Zənnimcə xalqın yaratdığı hər bir maddi mədəniyyət nümunəsinə qayğı ilə yanaşmaq onların yerlərdə qorunmasına və muzey fondlarına verilməsinə nail olmaq hamımızın borcudur.

Hardasa 15 il əvvəl Azərbaycan alimləri kəşf etdi ki, ölkəmizdə əkinçilik mədəniyyəti 3 min illik tarixə malikdir. Yəni biz qədim mədəniyyətə sahibik. Arxeoloji qazıntılar nəticəsində buğdanın daşlaşmış nümunəsini tapdılar və müəyyən etdilər ki, əkinçilik mədəniyyətimiz qədimdir.

Akademik N.İ. Vavilovun müəyyənləşdirdiyi kimi, Azərbaycanın da daxil olduğu Qafqaz  dünyada ən qədim  əkinçilik  ocaqlarından biridir. Ancaq qədim əkinçilik  mədəniyyəti ənənələrinə malik olan Azərbaycanda dənli bitkilərin seleksiyasının tarixi 1907-ci ildə Zəyəm  stansiyasının  yaxınlığında Sarıtəpə təcrübə sahəsinin  təşkil olunmasından sonra  başlamışdır. Bu dövrdə buğda bitkisinin 5 növü müəyyən edilmişdir. Azərbaycan əkinçiləri yerli şəraitə, müxtəlif xəstəliklərə, quraqlığa davamlı olan Sarıbuğda, Zərdəbuğda, Qırmızı buğda, Gürgənə, Kələdəndum, Qarabağ buğdası kimi buğda sortları yetişdirmişdilər ki,  bunların bir çoxu uzun əsrlər boyu xalq seleksiyası nəticəsində  yaradılmışdır. Azərbaycanın tarixən həm də qiymətli çəltiyi, düyüşü ilə məhşur olmuşdur. Belə ki, 1669- cu ilin  sentyabrında Şabranda olmuş holland səyyahı  Yan Streys burada ən əla ağ  düyü növü  yetişdirildiyini qeyd etmişdir. Fon Plotto isə Zəyzit düyüşündən söz açaraq, onun dünya bazarında hətta məhşur alman düyüsü ilə rəqabət apardığını  etiraf etmişdir. O dövrdə Azərbaycanda Sədri, Şəril, Əkülə, Şabran, Qırmızıqılçıq və daha neçə-neçə çəltik növü əkilib becərilmişdir. Onu da qeyd edim ki, xalqımızın mənəvi mədəniyyətinin mühüm sahəsi olan, xalq əkinçilik təqvimi haqqında XIX əsrin tarixi etnoqrafik ədəbiyyatında az da olsa  məlumatlar var.

Siz Aqrar universitetdə aparıcı kafedralardan birinə-ümumi əkinçilik, genetika və seleksiya kafedrasına rəhbərlik edirsiniz. Kafedranın fəaliyyəti və görülən işlərdən danışın zəhmət olmasa.

Ümumi əkinçilik kafedrası 1921-ci ildə Bakı Poltexnik inistutunun Kənd Təssərüfatı fakultəsinin nəzdində yaradılmış,1929-cu ildən həmin fakultənin bazasında yaradılan Azərbaycanın Kənd Təssərüfatı İnistutunun sturukturunda həmin ad altında fəaliyyətini davam etdirmiş, 2009-cu ildən isə ümumi əkinçilik,genetika və seleksiya kafedrası kimi fəaliyyət göstərir.

Kafedra respublikada yüksək ixtisaslı aqronomların hazırlanmasına xidmət edir. Hazırda kafedrada əkinçilik,  meliorativ və suvarma əkinçiliyi, ekoloji əkinçilik, bitkiçilik məhsullarının istehsal texnologiyası, genetika, seleksiya, toxumçuluq və s. fənlər tədris olunur.

Öz  profilinə uyğun olaraq kafedraya məxsus təcrübə sahələrində elmi-tədqiqat işləri aparılır ki, bu da tələbələri elmi-tədqiqat təcrübələrinin, çöl işlərinin və sahəvi laborotoriya məşğələlərinin daha əyani keçirilməsi üçün əlverişli şərait yaradıb.

Bununla yanaşı rektorun müvafiq əmri ilə ADAU-da “Aqrar Məsləhət xidməti” fəaliyyət göstərir və bizim əməkdaşlar da bölgələrə gedir, fermerlərin problemləri ilə yerindəcə tanış olur və onlara lazımi məsləhətlər verirlər.

Kafedranın əməkdaşlarının xarici ölkələrin qabaqcıl universitetlərinə səfəri FAO,USAİD,UNDP,British counsil, World Bank və s. kimi beynəlxalq təşkilatlarda təşkil olunan təlim və seminarlarda iştirakı bilik və bacarıqlarının artırılmasına təkan verir. Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının əməkdaşları xarici ölkələrin qabaqcıl təcrübələrini əldə etməklə, bu bilikləri müəllimlərə, tələbələrə və fermerlərə ötürür və yeni texnologiyalar haqqında məlumatların yayılmasına kömək edirlər. Qeyd olunan tədbirlər sırasında kafedranın əməkdaşları FAO-nun “Orqanik kənd təsərrüfatı inspektoru” mövzusunda təlimdəYaponyanın JİCA təşkilatının”  “Qida təhlükəsizliyi və onun idarə edilməsi” mövzusunda seminarda ÇXR-da keçirilən  “Əkinçilikdə suya qənaət edici texnologiyalar” mövzusunda praktik kursda və s. bu kimi bilik, bacarıqların artırılması proqramlarında iştirak etmişdir. Kafedramızda qeyd olunan ənənə bu günədək davam edir. Belə ki, əməkdaşımız təlim və inkişaf üzrə Aqro mərkəzin dəstəyi ilə ABŞ-ın Texas Kənd Təsərüfatı Universitetində təcrübə mübadiləsi proqramında  iştirak etmək üçün dəvət almışdır.

Bundan başqa Biritish Counsuil-un maliyyə dəstəyi ilə kafedra əməkdaşları qrant layhələri hesabına dərsliklərin yazılması, redaktəsi, onlara rəy verilməsi xidmətlərini göstərir. Dünyanın nüfuzlu inpact factorlu jurnallarında elmi məqalələri dərc olunur.

Kafedramız bu istiqamətdə yeni-yeni naliyyətlər əldə etmək üçün, hər bir əməkdaşın əldə etdyi bilik və bacarıqların ötürülməsi məqsədilə praktik seminarlar təşkil etməyi və  müəllimlərimizin yeni aqrotexnologiyalara inteqrasiyası istiqamətində fəaliyyətlərini davam etdirməyi qarşıya məqsəd kimi qoymuşdur.

Dəmyə və suvarma əkinçiliyi deyilən iki növ var. Bunları bir birindən fərqləndirən cəhətlər hansılardır və hansı növ əkinçilik faydalı hesab olunur?

Dəmyə şəraitində tədbiq edilən əkinçilik sistemləri suvarılan və artıq nəmlənmiş ərazilərdə istifadə olunan əkinçilik sistemlərindən fərqlənir. Bu fərqlənmə növbəli əkinlərin qurulmasında, gübrələnmə sisteminin tətbiqində, torpaq becərmə sistemində, bitkilərin mühafizəsində və s. özünü göstərir.

İllik atmosfer çöküntülərinin miqdarı 600-900 mm,havanın nisbi nəmliyi isə 70-80% olan bölgələrdə dəmyə əkinçiliyi tədbiq oluna bilər.

Dəmyə şəraitində tətbiq edilən növbəli əkinlərdə elə bitkilərdən istifadə olunur ki, vegetasiya müddətində düşən atmosfer çöküntüləri onların nəmliyə olan təlabatlarını ödəsin. Bunun üçün isə həmdə suya az təlabat göstərən ərzaq, texniki və yem bitkiləri seçilməlidir.

Dəmyə şəraitində torpağın becərilmə üsulları düzgün seçildikdə və məhsulldarlığın artırılması üçün müəyyən edilmiş digər aqrotexniki tədbirlərlə əlaqələndirilmiş halda istifadə edildikdə onun səmərəliyi daha da artır. Dəmyə şəraitində bitki muhafizəsi sistemi ekoloji təhlükəsiz və iqtisadi səmərəli olması ilə xarakterizə olunur.

Dəmyə şəraitində becərilən bitkilər zərərli orqanizimlərlə az sirayətləndiyinə və tarlalar alaqlardan təmiz olduğuna görə toxumçuluq sistemində təmizləmə, kolibrləşdirmə və dərmanlama tədbirləri az məsarif xərcləri tələb olunur.

Suvarma şəraitində torpağın əkin qatının quruluşu, kimyəvi və bioloji proseslərin istiqaməti və buna uyğun olaraq torpağın münbitliyinin aqrofiziki aqrokimyəvi və bioloji göstəriciləri, dəmyə şəraitinin torpaqlarından fərqli xususiyyətlərə malikdir. Suvarma zamanı torpaqda kipləşmə getdiyinə görə ümumi və qeyri-kapilyar məsamələr azalır, atmosferlə torpaq arasında qaz mübadiləsi pozulur və mikrobioloji proseslər zəyifləyir.

Suvarılan ərazilərdə torpağın becərilmə üsulu, müddəti və intensivliyi dəmyə şəraitində tədbiq olunduğu qaydada istifadə oluna bilməz.

Suvarma şəraitində torpağın əsas, səpinqabağı və vegetasiya becərmələrinin qaydaları və üsulları ərazinin torpaq-iqlim şəraitindən və suvarma rejimindən, becərilən bitkilərin bioloji xüsusuiyyətlərindən və s. asılı olaraq müəyyən edilir.

Əkinin aparılma qaydasından məlumat verin. Elmi yanaşmalar nə deyir və torpaq necə əkilməlidir?

Əkinin aparılma qaydası haqqında onu deyə bilərəm ki, ilk növbədə hər bir bolgənin  torpaq-iqlim şəraiti, bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmalı, intensiv becərilmə texnologiyaları tədbiq edilməlidir ki, məhsul istehsalı artırılsın. Intensiv texnologiya torpaq, su və mal-material ehtiyatlarıdan səmərəli istifadəni, əmək tutumunu aşağı salmağı, torpaq münbitliyini yüksəltməyi və ətraf mühiti  çirklənmədən qorumağı təmin edir. Əkinçilikdə əsas istehsal vasitəsi torpaqdır. Azərbaycan adam başına ən az əkin sahəsi (0,18 ha) düşən ölkələrdəndir və bu sahədən  alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, əsas ərzaq məhsulları ilə təmin etmək  lazımdır. Hər bir torpaq istifadəçisinin torpağa öz fərdi münasibətilə yanaşı, onların əksəriyyətinin müvafiq bilik, vərdiş və bacarıqlara malik olmaması, torpaqların deqradasiyasına və münbitliyin azalmasına səbəb olmuşdur. 618 min hektar kənd təsərrüfatına yararlı  torpağımız isə erməni işğalı altındadır. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyinnən torpaq ehtiyatlarından səmərəli istifadə etməklə yerli məhsulların istehsalın artırılması vacibdir.

 Bəs növbəli əkin nə deməkdir? Kənd təssərüfatında onun əhəmiyyəti varmı?

Müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna müvafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin deyilir. Aparılan çoxsaylı tədqiqatların nəticəsi göstəir ki, bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən fərqlənən bitkilərin növbələşdirilmiş qaydada becərilməsi ərazinin mövcud sahələrindən daha səmərəli istifadə etməklə bərabər torpağın effektiv münbitliyinin yüksəldilməsini və vahid əkin sahəsindən az vəsait sərf etməklə daha çox məhsul istehsal edilməsini təmin edir. Növbəli əkinlər yüksək fitosanitar əhəmiyyətə malik olmaqla məhsulun alaqlar xəstəlik və zərərvericilər tərəfindən itirilməsinin qarşısını alır. Ekoloji təmiz məhsul istehsalında da növbəli əkinlərin əhəmiyyəti byükdür.  Qeyd etmək istəyirəm ki, Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı üçün əlverişli şərait yaradır.  Ölkəmizdə mütərəqqi texnologiya əsasında istehsal edilən əksər bitkiçilik məhsulları beynəlxalq səviyyədə müqayisəli üstünlüyə malikdir.

Ancaq onu deyim ki, kiçik torpaq sahələrində növbəli əkin dövriyəsinin qurulması bir sıra təsərrüfat və iqtisadi çətinliklər yaradır. Fikirimcə kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəsissələri yaratmaqla məhsuldarlığı və rəqabət qabiliyyətli məhsul istehsalını artırmaq zəruridir.

Genetika və seleksiya barədə də fikirləriniz maraqlı olardı. Deyin, ümumi əkinçiliyin genetika və seleksiya bağlılığı varmı və bunlar müasir əkinçilikdə necə səmərə verir.

Genetika seleksiya elminin nəzəri əsaslarını təşkil edir. Seleksiya işinin düzgün aparılması genetika elminin müəyyən etdiyi dəyişkənliyin və irsiyyətin ümumi qanunlarına və seleksiyaçını maraqlandıran konkret əlamətlərin nəslə keçəsini mexanizminə əsaslanır. Hal hazırda seleksiyada genetik metodlar-heterozis, təçrübəli mütagenez, gen mühəndisliyi geniş araşdırılır. Əkinçilikdədə məhsul istehsalı bitkilərin bioloji xüsusiyyətlərindən və biologiyanın qanunlarından düzgün  istifadə olunmasına əsaslanır. Bir sözlə, əkinçilik genetika, seleksiya və toxumçuluq bir-biri ilə çox sıx bağlıdır. Müasir əkinçilikdə bu elmlərin tədqiqat metodlarından, üsullarından, nəticələrindən  kompleks şəkildə istifadə olunması müsbət nəticə verir. Müfəvəqiyyət əldə etmək üçün  tətqiqatçı istədiyi obyekti hər tərəfli səciyyələndirən məlumatlara malik olmalıdır.

Kafedranın maddi – texniki bazası, tədris təcrübə sahələri haqqında nə deyərdininz?

Ümumi əkinçilik, genetika və seleksiya  kafedrasının nəzdində “ Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyası fəaliyyət göstərir. Bundan başqa toxumçuluq və əkinçilik laboratoriyaları, F. Məmmədov, İ. Mustafayev adına mühazirə auditoriyaları, sahədə dərs demək üçün  proyektor və komyuterlə təmin olunan auditoriya mövcudur ki, bu da tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradır.

“ Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasında aparılan elmi tədqiqat işlərini məqsədi taxıl və paxlalı bitkilərin perspektiv sortlarının dən məhsuldarlığını müəyyənləşdirmək ən yaxşı sortların kolleksiyalarını toplamaq, mövcud formaları qoruyub saxlamaq və onlardan başlanğıc material kimi istifadə etməklə yeni məhsuldar formalar yaratmaqdır. Yeri gəlmişkən,  qeyd edim ki, laboratotiya əməkdaşları tərəfindən yaradılan “ADAU-80”, ”Gəncə”, “Məhsuldar “ qarğıdalı sortları, “Qismət” tritikale sortu rayonlaşdırılmış və patent verilərək dövlət reysterinə salınıb. Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunmuş  “Qırmızı buğda1”, “Nurcahan”, “Qələbə” buğda sortlarının toxum fondunun yaradılması istiqamətində də işlər aparılır.

Məlumdur ki, Aqrar sahənin inkişafına  dövlət səviyyəsində diqqət göstərilir. Bu sahədə inamları doğrultmaq üçün bazar rəqabətli kadrlara ehtiyac var. Bununla bağlı hansı yeniliklər var və kafedranın işini necə qurursunuz?

Aqrar sektorun inkişafında uğurların əldə olunması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının daha da yaxşılaşdırılması, bu sahəni ali təhslli mütəxəsislərlə təmin olunması, eləcə də aqrar sahənin elmi təminatının yaxşılaşdırılması dövlətin aqrar siyasətində başlıca yer tutur.

Bu baxımdan deyə bilərəm ki, ölkədə aqrar mütəxəsis hazırlayan yeganə universitet olan Azərbaycanın Dövlət Aqrar Universitetinin maddi-texniki bazası dövlətimizin dəstəyi ilə dünya standartlarına uyğun yenilənib. Bu məqsədlə çoxsaylı tədris-təcrübə sahələri, istixanalar, bitki klinikası, quşçuluq mərkəzi, baytarlıq klinikası, heyvandarlıq kompleksi və s. yaradılmışdır. Maddi-texniki bazanın yaxşılaşdırılması tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə səbəb olub ki, bu da güclü kadr potensialının yaradılması deməkdir. Universitetimizin rektoru, professor, AMEA-nın müxbir üzvü, İbrahim Cəfərovun ADAU-da apardığı əsaslı islahatlar, yaratdığı şəffaf mühit, universitetin cəmiyyətdə olduqca müsbət imicini formalaşdırıb. Elə bu səbəbdəndir ki, universitetimizə tələbə qəbulunun sayı ildən ilə artır. Təkcə “aqronomluq”  fakultəsində  910 tələbə təhsil alır.  Yaradılan  şərait onu deməyə əsas  verir  ki,  yaxın illərdə  bizim xaricdən aqronom dəvət  etməyə ehtiyacımız olmayacaq, bu işlərin öhdəsindən öz mütəxəsislərimiz laiqincə  gələcək. Kafedranın təcrübəli məllimləri tələbələrlə birlikdə təsərrüfatlarda olurlar. Calışırıq ki, tələbələr əkin prosesində və ümumiyyətlə toxumun səpinindən məhsulun yığılmasınadək gedən işləri əyani olaraq izləsinlər, öyrəndikləri bilik və bacarıqları istehsalata tətbiq etməyi bacarsınlar. Hazırda Universitetin beynalxalq əlaqələri güclənib, dünyanın 20-dən çox ölkəsinin 60- dan çox universiteti ilə əməkdaşlıq çərçivəsində tələbə müəllim mübadiləsi həyata keçirilir. Polşa, Türkiyə, Afrikanın Lesoto krallığından tələbələrimiz var.  Bu il ADAU-da Davamli İnkişaf Hədəfləri adlı birinci beynalxalq yay məktəbinə start verilmişdir ki, burdada  dünyanın 11 ölkəsindən 24 tələbə iştirak etmişdir. Tələbə məmunluq sorğusuna görə bu layihə uğurlu alınmışdır. Bundan başqa dünyanın reytinqli universitetlərinin professorları universitetimizə dəvət olunur, həm tədris, həm də elmi – tədqiqat işlərinin aparılmasında iştirak edirlər.

Məqsədimiz qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir.

Müsahibə üçün sağ olun.

 Qalib Rəhimli,

ADAU-nun mətbuat xidmətinin rəhbəri.