Batumidə etiraz aksiyası başladı

Gürcüstanın Batumi şəhərində etiraz aksiyaları keçirilir.

Turkustan.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Qara dəniz sahilində hündürmərtəbəli binaların tikintisinə etiraz edirlər.

Onlar bildiriblər ki, bu mitinq xəbərdarlıq xarakteri daşıyır. Hökumət onların tikintini dayandırmaq tələbini yerinə yetirməsə, aksiyalar daha kütləvi xarakter alacaq.   /Qafqazinfo/