Jirinovski andiçmə mərasimində pis vəziyyətə düşdü – Video

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimir vilayətinin qubernatorunun inaqurasiyasında xoşagəlməz vəziyyətlə qarşılaşıb.

Turkustan.info xəbər verir ki, çıxış etmək üçün səhnəyə qalxmaq istəyən partiya sədri ayağı pilləkənlərə ilişərək yerə yıxılır.

Səhnəyə çıxan fotoqraf Jirinovskinin qalxmasına kömək edib.