SON XƏBƏR

Kriminal avtoritetlərdən Nurməhəmmədova dəstək – VİDEO+FOTO

Çeçen əsilli kriminal avtoritetlər rusiyalı çempion Həbib Nurməhəmmədova dəstək olublar.

Turkustan.info GoldNews.az-a istinadən xəbər verir ki, UFC çempionu titulunu itirməsi təhlükəsi ilə qarşı-qarşıya olan idmançıya məşhur kriminal avtoritetlərdən dəstək gəlib. Onlar öz şəxsi instagram hesablarında idmançıyla bütün ölkənin, Qafqazın qürur duyduğunu bildiriblər. Nurməhəmmədova dəstək olanlardan biri də məşhur kriminal avtoritet Şeyx Həmzət Qastamirov olub.

Qeyd edək ki, Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər. Bunu UFC-nin prezidenti Deyn Uayt dilə gətirib.

Onun sözlərinə görə, Həbib cərimə və ya diskvalifikasiya oluna bilər: “Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz”.

Bundan başqa, araşdırmanın sonuna qədər Həbib Nurməhəmmədova döyüş üçün nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

paylaş