“Lotu Quli” İstanbulda saxlanıldı – FOTO

Azərbaycanlı məşhur kriminal avtoritet, “Lotu Quli” qələbli “qanuni oğru” Nadir Səlifov Türkiyədə saxlanılıb.

Turkustan.info   “Hurriyet”ə istinadən xəbər verir ki, N.Səlifov İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində tutulub. 

Avtoritet İstanbul Polis İdarəsinə gətiriləcək sorğu-sual edilir. Onun hansı səbəbdən saxlanıldığı bilinmir.

Qeyd edək ki, “Lotu Quli” Azərbaycanda həbsdən çıxdıqdan sonra İstanbula yerləşib.