“Sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm” – Nurməhəmmədovun atası

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, oğlunu cəzalandırmaq niyyətindədir.

Turkustan.info xəbər verir ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə Nurməhəmmədovun atası Birinci kanalın efirində deyib: “Mən öz sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə hər şey etmək olar. Lakin ondan kənarda qadınlar, uşaqlar var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır”.  /BakuPost/