Türk mediası Azərbaycan TANKından yazdı – Foto

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədovun və yüngül çəkidə Mütləq Döyüş Çempionatında (UFC) döyüşən dağıstanlı Həbib Nurməhəmmədovun eyni gündə inamlı qələbə qazanması Türkiyə mətbuatının da diqqətində olub.

Turkustan.info xəbər verir ki, qardaş ölkənin “Haberiniz”, “Memleket” “İgdirim76”, “Kafkassam”, “Baretdergisi”, “Cuha”, “Kha” kimi saytları hər iki idmançının qələbəsindən yazıb.

Qeyd edilib ki, MMA – qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən “Tank” ləqəbli kikboksçu Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb və Azərbaycan idmanında daha bir uğura imza atıb.

Mətbuat, eyni zamanda, İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında baş tutan döyüşə yer verib: “Həbib Nurməhəmmədov və Xəyal Əhmədovun eyni gündə qələbə qazanması tərəfdarların sevincinə səbəb olub. Beləcə, tərəfdarlar bir gündə iki gözəl xəbər alıblar”, – mətbuatda dərc olunan xəbərlərdə belə qeyd edilib.  /Axar.az/