Gün: Oktyabr 9, 2018

Nazir prezidentdən kömək istədi

“Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub”.  Turkustan.info xəbər verir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin […]

Şampinyon göbələyinin sağlamlığa inanılmaz faydası

Pensilvaniya Universiteti (ABŞ) alimləri şampinyon göbələyinin inanılmaz faydasını aşkar ediblər. Turkustan.info saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələrinə görə, şampinyonun istehlakı 2-ci tip şəkərli diabetin inkişafından qoruyur. Mütəxəssislər göbələyi diabet xəstələrinə də tövsiyə edirlər ki, bu məhsulun istehlakı qanda şəkəri normada saxlamağa kömək edir. Həmçinin alimlər sübut edir ki, şampinyon arıqlamağa kömək […]

İşsizlərin nəzərinə! – Dövlət qurumunda VAKANSİYA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakansiyalar üzrə daxili müsahibə elan edib. Turkustan.info bildirir ki, Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakansiyalar üzrə keçiriləcək: Dini qurumlarla iş üzrə şöbə, şöbə müdiri; Dini qurumlarla iş üzrə şöbə, Dini təhsil sektoru, sektor müdiri. Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas […]

Azərbaycan bu ölkədən 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi – İrəvanı ŞOKA SALACAQ ADDIM – VİDEO

Azərbaycan İtaliyadan 10 ədəd “M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib. Turkustan.info xəbər verir ki, bu haqda Rusiyanın ridus.ru portalı bildirib. “M-346” İtaliya və başqa ölkələrin Hərbi-Hava Qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki “F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə […]

Separatçı rejimin başçısı Azərbaycana gəldi

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan və Ermənistan rəhbərliyinin əldə etdiyi Düşənbə razılaşmasına zidd addımlar atmaqda və təxribat törətməkdə davam edir. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, 9 oktyabrda Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan qoşunların təmas xəttində peyda olub. Saakyan Ermənistan-Azərbaycan qoşunlarının yerləşdiyi təmas xəttinin cənub istiqamətində olub, hərbçilərlə görüşüb, […]

“Bir də görəcəklər ki, əldən çıxdı” – Prezidentdən şadlıq evlərinə SƏRT XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. “Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq göstəriş verilib, vəsait ayrılıb. Abşeron […]

Prezidentdən məcburi köçkünlərə müjdə…

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab […]

“İkinci xəbərdarlıq olmayacaq” – İlham Əliyev

“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur”. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. “Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, […]

Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür. Turkustan.info “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib.  “Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, […]

İlham Əliyev nazirləri topladı – FOTO

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Turkustan.info xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb: “Bu gün biz ilin 9 ayının yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq. Deməliyəm ki, […]

“Lotu Quli” sərbəst buraxıldı

Dünən İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb. Turkustan.info-nun Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur. Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən […]

Gəncənin şəhərsalma idarəsinin sabiq rəisinə cinayət işi açıldı

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə cinayət işi açılıb. Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq […]

İran parlamentinin tribunasından: “YAŞASIN AZƏRBAYCAN” -Video

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda 40 milyon türk üçün qəzet və televiziya kanalının təsis edilməsini tələb edib. Turkustan.info xəbər verir ki, bu barədə oktyabrın 7-də parlamentdə çıxış edən millət vəkili İran Teleradio Şirkətinin rəisi və İslami İrşad və Mədəniyyət nazirinə xitabət tələblərini irəli sürüb. […]

Gəncənin yeni başçısı şöbə müdirini VƏZİFƏSİNDƏN AZAD ETDİ

Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbrahimov Nürəddin Nizami oğlu vəzifəsindən azad edilib. Turkustan.info xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin vəzifəyə təyinat olmayıb. Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev […]

Həbibin CƏZASI AÇIQLANDI: mükafatı verilməyəcək və… – ŞOK

ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədova qazandığı mükafatı ödəməyəcək. Turkustan.info Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda UFC-nin rəhbəri Deyna Uayt bildirib. “O, bütün məbləği götürə bilməyəcək. Həbib öz çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Ehtimal ki, bu, […]

Bakıda supermarketdə qəribə olay: səbətin içindən 1300 manat…

Bakıda supermarketdə müştərinin pulları və sənədləri oğurlanıb. Turkustan.info xəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən Vəliyev Orxan Əli oğlu bildirib ki, Babək prospekti 10 ünvanındakı supermarketdə olarkən naməlum şəxs onun səbətindən oğurluq edib. Şikayətçinin sözlərinə görə, səbətin içinə qoyduğu kisədən 1300 manat, xarici pasport, şəxsiyyət vəsiqəsi və evin açarları […]

“Zapravka”larda oğurluq – Yanacağı necə və nə qədər kəsirlər?

Yanacaqdoldurma məntəqələrində (YDM) avtomobillərə vurulan yanacağın kəsilməsi ilə bağlı şikayətlərin sayı durmadan artır. Turkustan.info xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə sürücülər tərəfindən qeyd olunur ki, YDM-lərdə benzin və dizel yanacağı vurularkən azı 10% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının yanacaq deposuna 27 litr yanacaq vurulur. Hətta […]

İran televiziyasından azərbaycanlılara qarşı NÖVBƏTİ TƏHQİR – VİDEO

İran televiziyalarında Azərbaycan türklərinin aşağılanması prosesi davam etdirilir. Turkustan.info xəbər verir ki, əksər filmlərdə mənfi obrazın türk ləhcəli aktyorlar tərəfindən canlandırılması halı bu dəfə animasiyada müşahidə olunub. “Puya” kanalında yayımlanan “Mədrəsə qəhrəmanları” animasiyasındakı bir mənfi obrazın azərbaycanlıya aid olması göstərilib. Market sahibi kimi çıxış edən türk obraz keyfiyyətsiz xarici mal satır […]

Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Ağdam Polis Şöbəsinin rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək, Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə Aznyus.az-a Ağdam rayon Polis Şöbəsindən məlumat verilib. Qeyd edək ki, bundan öncə Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov idi.

İlyas İsmayılov oğlunun faciəsindən sui-istifadə edənlərə SƏSLƏNDİ: “Allah başlarına gətirsin!”

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun  Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsindən 20 günə yaxın vaxt keçir. Turkustan.info bildirir ki, Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayaraq, istintaq işinin gedişi ilə maraqlanıb. O, saytımıza açıqlamasında deyib ki, YouTube sosial şəbəkəsini məhkəməyə verməyi düşünürlər. “Vəkillə danışdım. YouTube kanalında həqiqəti əks […]

Arif Əsgərovun qohumu məhkəmədə qandallandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi keçirilib.   Turkustan.info-nun məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R. Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin, azadlıqda olan R.Hüseynovun məhkəmə zalında qandallanmasını tələb edib.  Proses oktyabrın 16-da davam etdiriləcək.  […]

Azərbaycanda valyutadəyişmə məntəqələri açılır – ÖZƏL

Yaxın günlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq. Turkustan.info bildirir ki, bu haqda Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib. “Mən elə bir az […]

“Həbib dostumdur, Ermənistana hörməti var” – Erməni güləşçi

Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdür. O, mənim dostumdur. Onun Ermənistana da hörməti var. Erməni güləşçi, sosial şəbəkələrdə “Maestro Miqran” kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb. Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Miqran Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. O, ötən ilin avqustun 30-da […]

“Lotu Quli” sabah azad ediləcək – İstanbuldan xəbər var

Xəbər verildiyi kimi, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlidov dünən İstanbulda saxlanılıb. Türkiyənin aparıcı media qurumlarının yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlayıblar. Bəzi mətbuat orqanları isə N.Səlifovun Azərbaycana ektradisiya ediləcəyini yazıblar.  Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olub ki, Azərbaycan tərəfinin belə bir tələbi yoxdur, çünki […]

ADAU-nun rektoru Aqrobiznes və idarəetmə fakültəsinin tələbələr ilə də görüşdü

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsi üzrə  də bu il tələbə qəbulunun nəticəliri sevindirici olub.   Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərində bildirilib ki,  bu barədə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültənin 1-ci kurs tələbələri ilə görüşündə məlumat verib və deyib ki, 175  tələbənin bu fakültəni […]

Nazirlikdən Qubad İbadoğlunun təklifinə iki cümləlik – Cavab

Təhsil Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun naziliyə təqdim etdiyi 3 maraqlı təklifə iki cümlə ilə cavab verib. Turkustan.info bildirir ki, nazirlikdən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik edilən bütün təkliflərə açıqdır: “Azərbaycan gənclərinin yüksək səviyyədə təhsil alması Azərbaycan dövlətinin və Təhsil Nazirliyinin əsas prioritetlərindəndir. Bu məsələyə müxtəlif cür baxışların olması […]

Quli Rusiyadan bu qədər xərac alırmış: Sensasiyalı əmrlər…

Xəbər verdiyimiz kimi, dünən İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin təşkil etdiyi əməliyyat nəticəsində Lotu Quli (Nadir Səlifov) adı ilə tanınan qanuni oğru həbs edilib. Türkiyə mətbuatının yazdığına görə, qanuni oğru Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanır. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması, […]

Fazil Məmmədov Azərbaycana qayıda bilmir – Səbəb

Türkiyədəki “Amerika Xəstəxanası”nda (“American Hastanesi”ndə) müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədov səhhəti tam normallaşmadığına görə Azərbaycana qayıda bilmir. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlərsə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər. Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb […]

Bu ölkədə sayımız azalır, yoxsa məktəblərimiz?

1989-cu ildən bu vaxta qədər Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin, eləcə də orada dərs deyən müəllimlərin və təhsil alanların sayının kəskin şəkildə azalmasının obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəbləri odur ki, 1989-cu ildən sonra azərbaycanlıların böyük bir hissəsi Gürcüstandakı durumun ağırlığından dolayı ölkədən getmək məcburiyyətində qaldı. 90-cı illərdə Gürcüstanda […]

Azərbaycanlı yazıçının romanı Türkiyədə nəşr olunub

Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir Beynəlxalq İnformasiya Agentliyinin redaktoru, yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanı Türkiyədə işıq üzü görüb. “SahilKitap” Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabı türkcəyə çevirəni və redaktoru Qönçə Aydəmirdir. Natiq Məmmədlinin “Körpüdə ümid” romanı Roman Azərbaycan dilində 2015-ci ildə […]

TürkPA ölkələrinin parlament sədrləri Antalyada topladı – FOTO

Oktyabrın 8-də Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük […]

Sürücülərə xəbərdarlıq: Bu gündən yeni cərimə tətbiq ediləcək

Yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub Bakı Nəqliyyat Agentliyi bəzi yollarda tıxacın qarşısını alması üçün yeni layihə həyata keçirir. Bəzi küçələrin kəsişməsində sarı xətlər çəkir. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sarı kəsişmə torları yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni […]

Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilmişdir

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirildi.  AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verdi. Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, […]

Bakıda kriminal avtoritetlərdən ŞOK ADDIM: iş adamından…

Bakı sakini ondan hədə-qorxu ilə pul alan şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Turkustan.info-nun əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Nadirov Əvəz Əli oğlu özlərini kriminal aləmdəki nüfuzlu şəxslərin nümayəndəsi kimi təqdim edən şəxslərin ondan külli miqdarda pul aldığını bildirib. O, şikayət ərizəsində qeyd edib ki, […]

Qızına 400 minlik toy edən sabiq idarə rəisi barəsində CİNAYƏT İŞİ BAŞLANILDI

““Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb”. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu […]

Günay, Nuray, Nihal… – Azərbaycanda cinsini dəyişənlər rəsmən ad-soyadlarını da dəyişiblər – ARAŞDIRMA

Küçədə, nəqliyyatda rastlaşdığımız o tipləri mütləq fərqli mimikalarla seyr edirik. Fərqli seyrçiliyin içində həm qəzəb, həm etiraz, həm də acımaq var. Onların özləri isə cinsiyyətlərini dəyişdiklərinə görə məmnun görünürlər. Lakin cəmiyyətin münasibətindən dolayı onlar həm də dərin  psixoloji bataqlığın içindədirlər. Azərbaycanda cinsini dəyişən insanların sayı az deyil. Bununla bağlı rəsmi […]

Sarı tor qaydalarını pozan sürücülərə cərimə kəsiləcək? – AÇIQLAMA

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib. Əgər sürücü qarşısı boş olmadığı halda sarı qutuya daxil olarsa və tıxac yaranarsa, aqibəti necə olacaq? Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a […]

Şəkinskini güllələyən Qulinin qardaşıdır? – Video

Türkiyənin İstanbul şəhərində təşkil olunan əməliyyat zamanı azərbaycanlı qanuni oğru Nadir Səlifovun həbsi ilə onun yaxın çevrəsi və rəhbərlik etdiyi dəstə diqqət mərkəzinə düşüb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Səlifovun həbsindən sonra Türkiyə mətbuatı onun qardaşı Namiq Səlifovla bağlı da diqqətçəkici məlumat paylaşıb. Türkiyə mətbuatının iddiasına görə, Nadir Səlifovun dəstəsində […]

Tıxaclara son: BNA bu yolları tora saldı – Foto

Bakı Nəqliyyat Agentliyi tıxacların qarşısını almaq məqsədilə sarı kəsişmə torunun tətbiqinə bu gündən start verib. Turkustan.info bildirir ki, agentlikdən Axar.az-a verilən məlumata görə, pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması artıq təşkil edilib. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, […]

Rusiyanın şok planı: Daha bir ölkəyə ordu yeridir

Rusiya öz hərbçilərini Liviyaya göndərmək istəyir. Turkustan.info xəbər verir ki, bu iddia ilə “San” qəzeti çıxış edib. Məlumata görə, Moskva bunun vasitəsilə Avropa Birliyinə gedən böyük qeyri-qanuni miqrasiya marşrutunu nəzarət altına almağı planlaşdırır. İddiaya görə, Moskva Liviyanı yeni Suriyaya çevirməyə və ölkənin qərbini tam olaraq öz nəzarətinə almağa çalışır. Britaniya kəşfiyyatının […]

Şəhid ailələlərinə birdəfəlik təzminat üçün müraciətlər başladı

Bu gündən etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa […]

Məşhur hakimdən Konstitusiya Məhkəməsinin dollar qərarına sərt etiraz

Konstitusiya Məhkəməsi öz rəsmi saytında manatın devalvasiyasından qabaq banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğu barədə bu günlərdə qəbul etdiyi qərarın tam mətnini açıqlayıb. Və belə məlum olur ki, vətəndaşın devalvasiyadan qabaq dollarla götürdüyü kreditin indiki məzənnə ilə ödənilməli olduğu haqda qərarı Konstitusiya Məhkəməsində heç də yekdilliklə qəbul […]

Qəbul imtahanının yeni qaydaları – CƏDVƏL

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub. DİM-dən  verilən məlumata görə, qəbul imtahanlarının modeli aşağıdakı kimidir: Buraxılış imtahanı (9 illik təhsil bazasında) I mərhələ (imtahan […]

Hərbi anbarda partlayış – 10 minə yaxın insan… – VİDEO

Ukraynanın Çerniqov yaxınlığındakı hərbi anbarda partlayış baş verib.  Turkustan.info xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.  Hadisə İçnya şəhərinin yaxınlığında, yerli vaxtla 03:00-da baş verib.  Partlayışın miqyası müəyyənləşdirilir. Vilayətin bütün ərazisi və Rusiya sərhədi boyunca məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.  20 kilometr radiusda bütün qatar və avtomobillərin hərəkəti dayandırılıb. […]

Həbib 9 yaşında ayı balası ilə güləşibmiş – VİDEO

Mütləq Döyüş Çempionatının (UFC) Las-Veqasda keçirilən 229-cu turnirində Konor Makreqor üzərində qələbə qazanan Həbib Nurməhəmmədovun maraqlı videosu üzə çıxıb. Turkustan.info Ölkə.Az-a istinadən xəbər verir ki, kiçik yaşlarından idmana başlayan Həbibin 9 yaşında olarkən ayı balası ilə güləşdiyi video onu sevənlər tərəfindən maraqla izlənib. Həmin görüntüləri təqdim edirik: