ADAU-nun rektoru Aqrobiznes və idarəetmə fakültəsinin tələbələr ilə də görüşdü

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsi üzrə  də bu il tələbə qəbulunun nəticəliri sevindirici olub.  

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərində bildirilib ki,  bu barədə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültənin 1-ci kurs tələbələri ilə görüşündə məlumat verib və deyib ki, 175  tələbənin bu fakültəni seçməsi olduqca yaxşı göstəricidir. Rektor birinci kurs tələbələrini təbrik edib, onlara universitetdə yaradılan müasir şərait barədə ətraflı məlumat verib. Onu da əlavə edib ki, 22 nəfər tələbə 405-640 arası bal toplayıb.  

Görüşdə rektor dil biliklərinin öyrənilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb, bunun üşün də tam şəraitin olduğunu nəzərə çatdırıb.  Görüşdə dekan və fakültənin professor-müəllim heyəti də iştirak edib. Çıxış edən dekan Əlöysəd Əsgərov, müəllim və tələbələr yaradılan şəraitə görə minnətdarllığını bildirib, tələbələrə təhsil illərində uğurlar arzulayıb.