Rusiyanın şok planı: Daha bir ölkəyə ordu yeridir

Rusiya öz hərbçilərini Liviyaya göndərmək istəyir.

Turkustan.info xəbər verir ki, bu iddia ilə “San” qəzeti çıxış edib. Məlumata görə, Moskva bunun vasitəsilə Avropa Birliyinə gedən böyük qeyri-qanuni miqrasiya marşrutunu nəzarət altına almağı planlaşdırır.

İddiaya görə, Moskva Liviyanı yeni Suriyaya çevirməyə və ölkənin qərbini tam olaraq öz nəzarətinə almağa çalışır.

Britaniya kəşfiyyatının bunun bağlı Baş nazir Tereza Meyi artıq xəbərdar etdiyini bildirilib.  /Axar.az/