Azay Quliyev seçiciləri üçün qəbul keçirib – FOTOLAR

Bu gün Milli Məclisin deputatı Azay Quliyev seçicilərini qəbul edib.
Turkustan.info xəbər verir ki, deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, əmlak, hüquq məsələləri və digər mövzuları əhatə edib.

Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır.
Deputat deyib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.
Xatırladaq ki, bir Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün online qeydiyyat sistemi fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq daha da asan formada deputatlarının qəbuluna yazıla bilərlər.