Putin Həbib Nurməhəmmədovla görüşdü

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb. 

Turkustan.info TASS-a istinadən xəbər verir ki, Putin idmançını Konor Makqreqor üzərində qələbə münasibəti ilə təbrik edib. 

Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib. 

Qeyd edək ki, A. Nurməhəmmədov Həbibin məşqçisidir.  /oxu.az/