Sumqayıt Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər davam etdirilir

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dinamik inkişaf başladı.

Ötən əsrin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində uğurlarımızın da təməli böyük ölçüdə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də daima mədəniyyətimizin himayədarı olmuş, bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daha da zənginləşdirilir.
Bu gün Azərbaycan mədəniyyətinin inkişafı dövlət başçısı İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı altındadır. 
Mədəniyyətimizə diqqət və qayğıdan bəhs edərkən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğulamaq lazımdır. 
Ölkəmizdə son illər beynəlxalq musiqi festivallarının keçirilməsi, mədəniyyətimizin bir çox sahələrinin dünyada təbliği, milli musiqimizin, muğamımızın inkişafı, mədəni-tarixi abidələrimizin restavrasiyası məhz Mehriban və Leyla Əliyevaların adı ilə bağlıdır. 
Azərbaycanın hər yerində olduğu kimi Sumqayıt Regional Mədəniyyət İdarəsi də mədəniyyətimizin inkişafı, yetişməkdə olan gənclər arasında milli-mədəni təbliğatın aparılması istiqamətində bir çox işlər həyata keçirməkdədir.
Regional idarəyə aid olan şəhər və rayonlar üzrə ayrıca göstərilməklə əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı görülmüş işlər;
“20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə bağlı mədəniyyət müəssisələrində silsilə tədbilər keçirilmişdir.
Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər 7, 34, 35 saylı orta məktəbl’rinin şagirdləri, tarixçi müəllimlər, şair və bədii qiraətçilərin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı dəyirmi masa, “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı əbədi-bədii kompozisiya keçirilmişdir.
Sumqayıtın Tarixi Muzeyində “Bakı, 20 Yanvar 1990” sərgi, Dövlət Rəsm Qalereyasında “Şanlı gecə” adlı səyyar sərgi keçirilmişdir.
MKS-in kitabxana filiallarında  tədbirlər keçirilmiş, bu qanlı cinayətdən, faciə qurbanlarından bəhs edən kitab və dövrü mətbuatdan ibarət sərgilər təşkil olunmuşdur. Gənclər kitabxanasında “Tarixdə tarix tək qalan gecə”, Corat qəsəbə kitabxana filialında “Şanlı tariximizin qəhrəmanlıq səhifəsi”,  M.Ə.Rəsulzadə adına kitabxana filialda “Xalqın azadlıq səsi”, M.Ə.Sabir adına kitabxana filialında da “Qəhrəmanlıq tariximizin-20 yanvar səhifəsi”, Dövrü Mətbuat şöbəsində “Müstəqiliyə gedən yolun şərəf salnaməsi” adlı  xatirə gecəsi və anım tədbirləri, S.Vurğun adına Mərkəzi Kitabxanada “Yaddaşımıza yazılan Qara Yanvar” adlı yaddaş dərsi,  S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində  “Şəhidlər- Vətənin qələbə rəmzi adlı“ ədəbi bədii kompozisiya keçirilmişdir. 
N.Nərimanov  adına Mədəniyyət Mərkəzində “Dolu” filmi nümayiş olunmuş, Şəhər  Mədəniyyət   Evində “Şəhidliyin yolu geniş “ adlı ədəbi-bədii gecə, C. Cabbarlı  adına  mədəniyyət  evində  faciəni özündə  əks  etdirən rəsm  əsərlərindən ibarət sərgi və  “Turan” milli rəqs qrupunun ifasında “Qarabağ” kompozisiyası təqdim  olunmuş, Corat  qəsəbə mədəniyyət evinin  kollektivinin təşkilatçılığı ilə  7 saylı orta məktəbdə “Qan  yaddaşımız”  adlı tədbir, 6 saylı folklor klubda M.Ə.Sabir adına kitabxana filialla birgə “Şəhidlik adı ömür zirvəsi “adlı ədəbi kompozisiya keçirilmişdir.
AYB Sumqayıt bölməsi, Dövlət Rəsm Qalereyasında S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilmişdir.
Abşeron,Xızı, Zəngilan, Şuşa Qubadlı rayonlarının mədəniyyət müəssisələrində “20 Yanvar – Ümumxalq Hüzn Günü” qeyd edilmiş, sərgilər təşkil olunmuş, şəhidlərin xatirəsi dərin hüznlə anılmışdır
2 Fevral  Gənclər günü ilə əlaqədar  M.Ə.Sabir adına kitabxana filialında “Gənclər bizim sabahımızdır” adlı dəyirmi masa, S.Vurğun adına Mərkəzi kitabxana və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskusiya, M.Ə.Rəsulzadə adına kitabxana filialında “Bir millətin yaşaması, bir millətin təməl daşı” adlı oxucu konfransı,  M.Ə.Sabir adına kitabxana filialında 6 saylı folklor klubu ilə birgə “Müasir   Azərbaycanın inkişafı gənclərin əlindədir” adlı dəyirmi masa keçirilmişdir.
N.Nərimanov  adına Mədəniyyət Mərkəzində Şəhər Mədəniyyət Evinin və Novxanı sənətkarlıq klubunin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə  “Gəncliyimiz –gələcəyimiz” adlı konsert proqramı təşkil edlmişdir.
İdarənin təşəbbüsü ilə “Kimyaçı” mədəniyyət sarayında Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimatı keçirilmişdir.
“28 May“  Diyarşünaslıq  evinin özfəaliyyət kollektivlərinin iştirakı ilə  33 saylı  məktəbdə   “Gənclik  ömrün qızıl çağıdır” adlı konsert keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş 2-6 fevral tarixlərində keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində Prezident təqaüdçülərinin konserti və gənclərin rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlər planının icrasına  uyğun olaraq   Şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilmişdir.
Abşeron rayonunda “Gənclər günü” münasibətilə Abşeron rayon Gənclər  və İdman idarəsinin və Abşeron Rayon Mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dünyaya bəzəkdir gənclik illəri” adlı ədəbi-bədii gecə keçirilmişdir. Abşeron rayon musiqi məktəblərində və Xırdalan şəhər 11- illik musiqi məktəbində konsert təşkil olunmuşdur
“Gənclər günü”  ilə əlaqədar olaraq Xızı rayon Mədəniyyət müəssisinin gənc işçiləri ilə görüş keçirilmişdir
Qubadlı rayonunda “02 fevral – Gənclər Günü” münasibətilə Rayon Mədəniyyət evində “Amalı bir, arzusu bir gənclər” adlı konsert proqramı keçirilmişdir.
Bəşər tarixinin ən dəhşətli və qanlı faciələrindən  biri olan, nəinki azərbaycanlılara və türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəldilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən  Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə  idarənin “Tədbirlər planı”na uyğun olaraq  mədəniyyət müəssisələrində müxtəlif tədbirlər – sərgilər, disput və dəyirmi masalar keçirilmişdir. Tədbirlərdə  Xocalı dəhşətləri bir daha anılmış, erməni vandalizmi pislənmiş, xalqımızın vətən və milli dövlətçilik naminə qətiyyətli və mütəşəkkil mübarizəsindən danışılmışdır.
Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində elmi-praktiki seminar, Sumqayıtın Tarixi Muzeyində “Xocalı”, Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə əlaqədar  “Sumqayıt 28-29 fevral 1988-ci il” adlı sərgi keçirilmişdir.
Dövlət Rəsm Qalereyasında Şəhər Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə “Əsrin faciəsi” adlı tədbir və sərgi keçirilmişdir.
M. Ə. Sabir adına kitabxana filialında “Unutmayaq bu tarixi”, C. Məmmədquluzadə adına kitabxana filialda  “Xocalı soyqırımı bədii ədəbiyyatda və təsviri sənətdə”, Mərkəzi Uşaq Kitabxanasında “Əsrin böyük faciəsi”,  Gənclər kitabxanasında “Qana boyanmış şəhər”, N. Gəncəvi adına Kitabxana Klubda  “Xocalı-qan yaddaşımız”, H. Z. Tağıyev qəsəbə kitabxanasında “XX əsrin faciəsi”  və s. başlıqlar altında faciəyə həsr olunmuş kitab və dövri mətbuat materiallarından ibarət sərgilər təşkil olunmuş, xülasələr verilmişdir.
 S.Vurğun adına Mərkəzi Kitabxananın təçkilatçılığı ilə 1988-ci il Sumqayıt hadisələri və Xocalı faciəsi ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “Bəşəri faciə, unudulmaz tarix” adlı dəyirmi masa keçirilmişdir.
S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində “Xocalı faciəsinin izləri ədəbiyyatımızda” adlı tədbir keçirilmiş, yazıçı Sumqayıt Dövlət Universitetinin tarix fakultəsinin tələbələrinin və 23 saylı məktəbin şagirdlərinin iştirakı ilə yazıçı Nüşabə Məmmədlinin “Zəngulə” romanı  müzakirə olunmuşdur.
M.Ə.Rəsulzadə adına kitabxana filialında Sumqayıt Dövlət Universiteti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, YAP, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi, Sumqayıt Musiqi Kolleci,Təfəkkür liseyi, 21 nömrəli  tam orta məktəb,”Unikal” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Yarana qurban Xocalı” adlı ədəbi-bədii kompozisiya,  Mərkəzi Uşaq Kitabxanasında 38 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Xocalı fəryadı – kədər himnimiz” adlı tədbir keçirilmişdir. 
Nizami Gəncəvi adına Kitabxana Klubu və 64 saylı “Novruzgülü” uşaq bağçasının kollektivi ilə birlikdə “Xocalı sağalmayan yaramız” adlı kompozisiya  təşkil edilmişdir.
“Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin iştirakı ilə “Azərikimya” İstehsalat Birliyində “Ürəklərdə döyünən Xocalı” adlı tematik gecə, 6 saylı Folklor klubunda “Xocalı – Qan Yaddaşımız “ adlı ədəbi bədii kompozisiya, Corat qəsəbə Mədəniyyət evində “Əsrin faciəsi”, “28 May”   Diyarşünaslıq  evində “Xocalı-XX  əsrin  ən  dəhşətli  faciəsi” adlı kompozisiya, “Gənclik” klubunda tematik gecə keçirilmişdir.
Uşaq musiqi və incəsənət məktəblərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım günləri keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilmişdir.
Abşeron rayonunda Abşeron  rayon Mədəniyyət mərkəzində və  Musiqi məktəblərində, MKS-də, Tarix-Diyarşünaslıq muzeyi və Heydər Əliyev mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbirlər  keçirilmişdir.
Xızı rayon Mədəniyyət müəssisələrində «Xocalıya ədalət » adlı Milli azadlıq uğrunda mübarizəyə həsr edilmiş qəhrəmanlıq mövzusunda kompazisiyalar hazırlanmış , fotostentlər və  kitab sərgiləri təşkil edilmişdir.
Qubadlı rayonunda “26 fevral – Xocalı faciəsi” münasibətilə Mərkəzi Kitabxana və muzeydə sərgi təşkil edilmiş, mədəniyyət evinin akt zalında “Bəxti Qara Xocalı” adlı ədəbi-bədii kompozisiya keçirilmiş, musiqi məktəblərində Xocalı qurbanlarının xatirəsi anılmışdır.
Zəngilan, Suşa rayonlarının mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilmiş, Xocalı qurbanlarının xatirəsi anılmışdır.
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.
Dövlət Rəsm Qalereyasında LLBS tədris mərkəzinin , Start Education Centre və  Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş gənc rəssam və dekorativ tətbiqi sənət ustası,rəssam-dizayner Tərlan Hacıyeva və onun tələbələrinin rəsm və əl işlərindən ibarət “Addım” adlı sərgi keçirilmişdir.
Abşeron rayonunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Rayon Mədəniyyət Mərkəzinin və Rayon məktəbəqədər təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Mənim əziz anam” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Qubadlı rayonunda “8 Mart- Beynəlxalq Qadınlar Günü”  münasibətilə Rayon Mədəniyyət evinin  akt  zalında Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü “Həyatın İlməsi-Qadınlar” adlı konsert proqramı keçirilmişdir. Rayonumuzun ictimai həyatında fəal iştirakına görə,  bir sıra qadınlara rayon İcra başçısı tərəfindən fəxri fərman və hədiyyələr  təqdim  edilmiş, tədbir konsert proqramı ilə davam etdirilmişdir.
 Qubadlı rayon Uşaq musiqi məktəbi və Mahmudlu kənd Uşaq musiqi məktəbində  konsert proqramları keçirilmişdir.
Xızı rayonunda, Zəngilan, Şuşa rayonlarının mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə konsert proqramı təşkil edilmişdir.
Novruz bayramı ilə əlaqədar mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt şəhərində Şəhər mədəniyyət evi Novxanı sənətkarlıq klubu ilə birlikdə Novxanı qəsəbəsində Novruz sevincləri” adlı bayram şənliyi keçirilmişdir.
“Kimyaçı” Mədəniyyət sarayının qarşısında Novruz bayramı münasibətilə ümümşəhər tədbiri keçirilmişdir. Tədbirdə bütün mədəniyyət müəssisələri fəal iştirak etmiş, xalqımızın adət-ənənələrini əks etdirən sərgilər, dekorativ tətbiqi sənət  əsərləri nümayiş etdirilmiş, bədii özfəaliyyət kollektivləri – aşıqlar, nağaraçalanlar, zurnaçılar, rəqqaslar maraqlı musiqi nümunələri ilə çıxış etmişlər.
Şəhər rəhbərliyi tərəfindən təyin edilmiş şəhərin müxtəlif yerlərində mədəniyyət müəssisələrinin kollektivləri bayram günlərində şəhər əhalisi üçün bayram şənlikləri təşkil etmişlər.
Abşeron rayonunda Xırdalan şəhəri Heydər Əliyev adına  Mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Nur xonçalı bahar gəlir” adlı kütləvi meydan tamaşası, bayram konserti və xalq gəzintisi keçirilmişdir.
Bakı şəhəri Dənizkənarı Milli Parkda  keçirilmiş Novruz tədbirində təsviri və dekorativ-tətbiqi sənət sərgisində Abşeron rayon nümayəndəliyi rayonun sənətkarlarının  əl işlərini nümayiş etdirmişlər. 
Aşağı Güzdək qəsəbə icra nümayəndəliyi və bələdiyyəsinin dəstəyi və Abşeron rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Xonçalı Novruz gəlir” adlı  kütləvi  meydan  tamaşası göstərilmişdir
Bakı şəhəri “Fəvvarələr meydanında” keçirilən Novruz  bayramına həsr olunmuş festivalda  Abşeron rayon Mədəniyyət nümayəndəliyinin  musiqi kollektivləri və “Qaravəlli” folklor teatrı iştirak etmişlər.
Xızı rayonunda təşkil edilmiş Novruz  şənliyində rayonun milli adət-ənənələrini əks  etdirən  kənd və qəsəbələrə məxsus öz gözəlliyi ilə seçilən xonçalar, atlı igidlərin bayram yarışları təşkil edilmişdir.
Zəngilan, Şuşa və Qubadlı rayonlarının mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilmiş, bayram şənlikləri təşkil edilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssilərində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı tədbirlər keçirilmişdir.
Sumqayıt şəhərində MKS-ə daxil olan kitabxanalarda sərgilər tərtib olunmuş, tarixin bu amansız qətliamından bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş olunmuşdur. 
Sumqayıt Gənclər Evində S. Vurğun adına Mərkəzi kitabxana, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Tarixi mart həqiqətləri”, Dövri mətbuat şöbəsində  “Zamanın unutdurmadığı cinayət”, Mərkəzi Uşaq Kitabxanasında  8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “İnsanlığa sığmayan cinayət”, Gənclər kitabxanasında 1 saylı peşə liseyinin və ictimai-fəal gənclərin iştirakı ilə “Türk millətinə qarşı erməni terroru” adlı dəyirmi masa keçirilmişdir.
Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş və rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunmuşdur . 
Sumqayıtın Tarixi Muzeyində “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi keçirilmişdir.
Dövlət Rəsm Qalereyasında 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Vətəndən keçən yollar” adlı sərgi keçirilmişdir. Sərgi Azərbaycan Həqiqətləri Uğrunda Koolitsiyanın, Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət təşkilatına Dövlət Dəstəyi Şurasının,  Qarabağ Əlillər Cəmiyyətinin Sumqayıt şöbəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Sərgidə Əməkdar İncəsənət xadimi Vaqif Nəzirovun və rəssam Tofiq Əhmədovun birgə lahiyəsi olan “Vətən Şəhidləri ilə ucalır” və  İntiqam Ağayevin əsərləri nümayiş olunmuşdur. Tədbirdə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş və Aprel döyüşlərində şəhid olmuş Mayor Elnur Əliyevin həyatından bəhs edən “Şəhidlik zirvəsi” adlı qısa metrajlı sənədli film iştirakçılara təqdim edilmişdir.
Abşeron rayonu mədəniyyət mərkəzində 31 mart Azərbaycanlıların soyqırımına  həsr olunmuş “Qanlı qətliam” adlı ədəbi-bədii gecə keçirilmişdir. Gecədə Azərbaycanlıların soyqırımını əks etdirən salnamə studiyasının   istehsalı olan “Həqiqətin özü” sənədli filmi göstərildi. Abşeron rayon mədəniyyət mərkəzinin Xalq tetrınin iştirakı ilə soyqırımı əks etdirən “Qanlı qətliam” adlı kompozisiya  göstərilmişdir.
Qubadlı Rayon Mədəniyyət evində  mədəniyyət evlərinin birgə əməkdaşlığı ilə “Xalqın Qara Baharı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Kompozisiya mədəniyyət evlərinin bədii-qiraət dərnəyi üzvlərinin iştirakilə hazırlanıb nümayiş olunmuşdur.Həmçinin Mərkəzləşmiş Kitabxana Sistemində və Tarix-Diyarşünaslıq muzeyində sərgi nümayiş olunmuş, musiqi məktəblərində dəyirmi masa təşkil edilmişdir.
Zəngilan, Şuşa xə Xızı rayonlarının mədəniyyət müəssisələrində 31 Mart azərbaycanlıların soyqrımı günü ilə əlaqədar tarix-diyarşünaslıq muzeylərində sərgilər, foto-stendlər, kitabxanalarda kitab sərgiləri, oxucu konfransları, dəyirmi masalar keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 2016-cı ilin aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında 1 saylı orta məktəbin müəllim və şagirdlərinin  iştirakı ilə “Şəhidliyin ünvanı əbədiyyətdir” adlı xatirə günü keçirilmişdir.
Sumqayıt şəhər M.Ə.Rəsulzadə adına kitabxana filialda Vaqif İbrahim adına 29 və 35 saylı tam orta məktəb, Sumqayıt Dövlət Universiteti YAP Gənclər birliyi, Təfəkkür litseyi, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin birgə təşkiltçılığı ilə Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti polkovnik Vüqar Nurəddin oğlu Yusifova həsr olunmuş anım günü keçirilmişdir.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “ Ən ali müqəddəs sözdür Şəhid “ adlı  tədbir keçirilmişdir.
Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqəsində Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbin şagirdləri uğurla çıxış edərək 1ci dərəcəli diplomlara layiq görülmüşlər.
5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XVII Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF) Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi yaxından iştirak etmişdir. Sərgidə şəhərimizi Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayit Plaza Hotel təmsil etmişdir. 
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt Dövlət Rəsm Qalereyası və Abşeron rayonu Novxanı Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə “Vətənin qüdrətli şəxsiyyəti” adlı sərgi keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 2 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzi ilə birgə tədbir keçirilmiş və tədbirdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunmuşdur.
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində klub müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert keçirilmişdir.
Şəhər Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış etmiş, S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini özündə əks etdirən kitab sərgisi təşkil edilmişdir.
Bülbül adına uşaq incəsənət məktəbində “Nəsillərin əbədi sərvəti” adlı konsert, F.Əmirov adına uşaq musiqi məktəbində ədəbi-bədii kompozisiya, Sumqayıtın Tarixi Muzeyində YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi ilə birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı tədbir keçirilmişdir.
Abşeron rayon Mədəniyyət Mərkəzində Ümummilli lider H.Əliyevin  anadan olmasının 95-ci ildönümünə həsr olunmuş mühazirələr oxunmuş, elmi praktik konfranslar, dəyirmi masa, bədii kompozisiya keçirilmiş və konsertlər təşkil olunmuşdur.
Xızı rayonunda Ümummilli lider H.Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar  rayon rəhbərliyinin və ictimaiyyətin iştirakı ilə ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulmuş, daha sonra H.Əliyev Mərkəzində geniş konsert proqramı həyata keçirilmişdir.
Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində, Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində  konsert keçirilmiş, Mərkəzi Kitabxanada  və muzeydə  sərgi təşkil edilmişdir.
Şuşa rayonunda rayon Mədəniyyət mərkəzi ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş sənədli filim hazırlamış və xüsusi konsert proqramları ilə rayonlara ezam olunmuş məcburi köçkünlər qarşısında konsert proqramı ilə çıxışlar etmişlər.
Zəngilan rayonunda Ulu Öndərin 95 illik yubileyi əlaqədar əlaqədar olaraq tədbirlər keçirilmişdir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə X Ümumrespublika kitab bayramı keçirilmişdir.Tədbirdə ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar, o cümlədən müxtəlif elm sahələrini: bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən sərgilər iştirakçılara təqdim olunmuşdur.Bayram münasibətilə gün ərzində kitab sərgiləri ilə tanışlıq, ayrı-ayrı saatlarda tanınmış yazarlarla görüş, kitab təqdimatları, balaca oxucular üçün kukla teatrının tamaşası, əyləncəli viktorinalar təşkil edilmişdir.
18 may muzeylər günü münasibətilə  Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilmişdir. 
 Sumqayıtın Tarixi Muzeyində, Qubadlı, Zəngilan rayon Tarix-diyarşünaslıq muzeylərində, “Açıq qapı” günü keçirilmişdir. 
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev mərkəzində  keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.Həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına uşaq musiqi məktəbinin müəllimlərdən ibarət “Buta” qızlar ansamblı konsert proqramı ilə çıxış etmişdir.
 Sumqayıt Dövlət Rəsm Qalereyasında  Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Sumqayıt İdman və Gənclər Baş idarəsinin, S.Vurğun adına Mərkəzi Kitabxana və uşaq şöbəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin, Şəhər Mədəniyyət evinin, C.Cabbarlı adına Mədəniyyət evinin və Novxanı Sənətkarlıq Klubunun birgə təşilatçılığı ilə “Art-Festival” keçirilmişdir. Tədbirdə rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ədəbiyyatları əks etdirən kitab sərgisi nümayiş olunmuş,bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil edilmişdir. “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plener keçirilmiş və plenerdə iştirak edən gənc rəssamlar fəxri fərmanla təltif olunmuşlar.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin  100 illiyi ilə bağlı daha bir tədbir Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, S.Vurğun adına kitabxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı ziyarətçilər Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olmuş , muzeydə nümayiş olunan eksponatlar və tarixi sənədlər haqqında məlumat almışlar.daha sonra Nizami Gəncəvi məqbərəsi və muzeyində olmuş, Nizami Gəncəvinin məzarını ,Cavad xan və İmamzadə türbələrini və Xan bağında görkəmli şairə Nigar Rəfibəylinin abidəsini ziyarət etmişlər
Sumqayıtın Tarix Muzeyi C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə geniş tədbir keçirmişdir. 
Qubadlı rayon nümayəndəliyində  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi “  münasibətilə Tarix-diyarşünaslıq muzeyində   “Muzey həftəsi”  təşkil edilmişdir.
“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi “ilə əlaqədar Qubadlı Rayon Nümayəndəliyində  “Azad Vətən” adlı konsert keçirilmişdir.
Qubadlı rayon F.Hüseynov adına və Ə.Mehdiyev adına Uşaq musiqi məktəblərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”  münasibəti ilə konsert keçirilmişdir.
Mərkəzi Kitabxanada  “Azərbaycan Xalq Cumhuriyyəti-100” başlığı altında sərgi təşkil edilmişdir.
 Abşeron, Xızı, Şuşa, Zəngilan rayonlarında “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi “ əlaqədar olaraq silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
İyunun 1-də Sumqayıt şəhər “Poeziya” evində modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdir” adlı fərdi sərgisi keçirilmişdir.Sərgi şəhərimizdə ilk dəfə olaraq batika üsulu ilə işlənmiş uşaq geyimlərinin nümayişindən və 3D formatda işlənilmiş əsərlərdən ibarət olmuşdur.Tədbirdə 12 ədəd uşaq geyimləri və 20-yə yaxın 3D formatda əsərlər nümayiş olunmuşdur.
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə C.Cabbarlı adına mədəniyyət evi, N.Gəncəvi adına kitabxana klub ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların nağıl dünyası” adlı konsert proqramı təşkil edilmişdir.
Abşeron rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş şənlikdə rayonun istedadlı və bacarıqlı uşaqları iştirak etmişdir. Qabiliyyəti ilə fərqlənən bir qrup uşaq  isə rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşlar.
Xızı rayonunda “Sağlam gələcəyimiz” başlıqlı sərgi keçirilmişdir.
Qubadlı rayonunda  konsert keçirilmişdir.
Qubadlı rayon Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində I siniflərin  “ Do,Re,Mi “ bayramı keçirilmişdir.
 “1 iyun Uşaqların Beynəlxalq  Müdafiəsi Günü” ilə əlaqədar Qubadlı rayon Mərkəzi Kitabxananın “Nağıl otağında” uşaqlarla görüş keçirilmişdir.
Şuşa və Zəngilan rayonlarında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə  tədbirlər keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “İnsan Hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində “İnsan Hüququları Aylığı” ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə may ayının 18-dən iyunun 18-dək ölkəmizdə qeyd olunan “İnsan hüquqları” aylığı çərçivəsində Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində müvafiq tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif qrupları arasında hüquqi biliklərin təbliği məqsədilə S. Vurğun adına Mərkəzi kitabxana, Mərkəzi Kitabxananın Uşaq və İncəsənət şöbəsi, Gənclər kitabxanası və MKS-ə daxil olan digər kitabxanalarda “Mən və hüquqlarım”, “Hüquqi ədəbiyyat” , “Hüquqlarımızı bilirikmi?” və digər başlıqlarda sərgilər təşkil olunmuşdur. Kitabxanaya gələn oxuculara vaxtaşırı sərgilərdə nümayiş olunan hüquqi ədəbiyyatın, həmçinin hüquqa dair yeni nəşrlərin xülasəsi verilir, oxucular Azərbaycan Respublikasının elektron hüquq məlumat bazası haqqında, həmçinin Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ilə bağlı məlumatlandırılır.
“İnsan hüquqları” aylığı çərçivəsində 18.05.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda “Hüquq düşücəsi və hüquq mədəniyyəti“,Mərkəzi Uşaq Kitabxanasında “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək”,  M.Ə.Rəsulzadə adına kitabxana filialda İnsan hüquqları aylığı çərçivəsində “Uşaq və cəmiyyət” mövzusunda dəyirmi masalar keçirilmişdir. Konvensiyasıdır Yaşadığımız cəmiyyətdə uşaq hüquqlarının qorunması ali dövlət qanununda təsbit olunur və qorunur. Sonda oxucuları maraqlandıran suallar hüquq işçiləri tərəfindən cavablandırılmışdır.
MKS-ə daxil olan kitabxanalarda “İnsan hüquqları” aylığı çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir. Belə ki, iyun ayında S. Vurğun adına Mərkəzi Kitabxanada “Hüquqlarım məni qoruyur” və H. Z. Tağıyev qəsəbə kitabxanasında “Mənim hüquqlarım” mövzusunda dəyirmi masalar, Mərkəzi Uşaq Kitabxanasında “Hüquqlarımızı öyrənək və öyrədək” mövzusunda hüquq işçiləri ilə uşaqların görüşü, N. Gəncəvi adına Kitabxana Klubda “Demokratik cəmiyyətdə insan hüquqları” mövzusunda disput, M. Ə. Sabir adına kitabxana filialda “İnsan hüquqları – şəxsiyyət azadlığı” mövzusunda biblioqrafik xülasə, S. Vurğun adına Mərkəzi Kitabxananın Dövri mətbuat şöbəsində “Şəxsiyyət və onun hüquqları” adlı mətbuat xülasəsi keçirilməsi nəzərdə tutulmuşdur.
Sumqayıt şəhər “Dostluq” mədəniyyt evində Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi ilə “İnsan alveri insan hüquqları konteksində” mövzusunda görüş keçirilmişdir. Tədbirdə Birliyin Prezidenti Zenfira Mustafayeva, birliyin hüquqşünası Ruslan Mustafayev mövzu ilə bağlı Iştirakçıların suallarını cavablandırmış, və sənədli film nümayiş olunmuşdur.
Abşeron rayon MKS-də “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilmiş, kitab sərgisi təşkil edilmiş, “Hüquq nədir?” mövzusunda oxucularla söhbət aparılmış və məruzə oxunmuşdur.  Milli Hüquq Evinin direktoru, tanınmış hüquqşünas Nicat Gözəlovla görüş keçirilmiş,  iştirakçıların sualları cavablandırılmışdır. 
C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Rafiq İsmayılov adına Xızı şəhər orta məktəbində uşaq hüquqları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə gənc nəsilin və uşaqların hüquqları haqqında danışılmış, kiçik metrajlı film nümayiş etdirilmişdir. Şagirdlərin hüquqları haqqında biliklərinin artırılması istiqamətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman tərəfindən Mərkəzi Kitabxanaya göndərilmiş bukletlər çoxaldılıb paylanılmışdır.
 Xızı rayon Gənclər və İdman Baş idarəsinin dəstəyilə Mərkəzi Kitabxanada dəyirmi masa keçirilmişdir. “Hüquqlarımızı bilək, qoruyaq!” başlıqlı sərgi təşkil edilmiş, oxuculara ə insan hüquqları çərçivəsində məlumatlar verilmişdir.
Qubadlı rayon Mərkəzi Kitabxanada “İnsan Hüquqları Aylığı” adlı sərgi təşkil edilmiş, Qubadlı rayon Polis Şöbəsinin, İdman və Gənclər İdarəsinin, Qadınlar Komitəsinin, rayon Xəstəxanasının, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Sumqayıt şəhərinin Dini Qurumlar üzrə nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  Bakı şəhər N.Nərimanov rayonunda yerləşən 193 saylı tam orta məktəbin müəllim və şagirdlərinin,  oxucuların və Nərimanov rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru Rüstəm Rüstəmovun iştirakı ilə tədbir keçirilmiş, “İnsan hüquqlarının müdafiəsi” adlı kitab sərgisı təşkil edilmişdir.
Şuşa rayon nümayəndəliyində rayon mədəniyyət müəssisələrinin və Uşaq Musiqi məktəblərin direktorlarının Şuşa rayon Məhkəməsinin Hakimi A. Abdullayevlə görüşü keçirilmişdir. A. Abdullayev son konstitusiyamızda insan hüquqlarının qorunması sayəsində qəbul olunmuş maddələr barədə məlumat vermiş, müəssisə rəhbərlərinin əmək qanunçuluğuna və digər hüquqi aktlarla bağlı suallarını cavablandırmışdır.
Şuşa rayon MKS-də də “ İnsan Hüquqlararı Aylığı ” ilə əlaqədar kitab sərgisi keçirilmiş, Şuşa rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri ilə dəyirmi masa keçirilmişdir.
Şəki rayonunda məcburi köçkünlər üçün salınmış “Çələbixan” qəsəbəsində fəaliyyət göstərən Şuşa rayon Sarıbaba kənd rayonun pasport qeydiyyat şöbəsinin rəisi polis mayoru G.Mammadovla Şuşa,Xocalı ,Laçın və Ağdamdan olan məcburi köçkunlərlə görüş keçirilmişdir. 
Sumqayıt Regioanl Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində “Qurtuluşun mübarək” adlı konsert keçirilmişdir.
Abşeron rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti keçirilmişdir. 
Xızı rayonunda 15 iyun Milli Qurtuluş günü münasibətilə konsert keçirilmiş, kitabxanalarda silsilə tədbirlər keçirilmiş, Mədəniyyət Mərkəzində “Qurtuluşa doğru” adlı sənədli film nümayiş etdirilmişdir.
Qubadlı rayonunda 15 iyun-Milli Qurtuluş Günü” münasibətilə  rayon mədəniyyət evləri  və musiqi məktəblərində, Tarix-Diyarşünaslıq muzeyində və  Mərkəzi Kitabxanada dəyirmi masalar keçirilmişdir.
Şuşa rayonunda 15 İyun Milli Qurtuluş günü münasibəti ilə də rayonun mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilmiş, rayon mədəniyyət kollektivi Qəbələ rayonunda məskunlaşan Şuşa rayon məcburi köçkünlərin qarşısında musiqi proqramı ilə çıxış etmişlər.
Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar “Şəhid adının ucalığında” adlı tədbir keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olumuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilmişdir
Abşeron rayonu Pirəkəşkül “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Qubadlı rayonunda “Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun 100 illiyi ” münasibətilə F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbi və Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi dəyirmi masa keçirmişdir.
Şuşa rayonu Milli Ordumuzun 100 illiyi ilə əlaqədar “Şuşanın Dağları” ansambli  Fizuli rayonundakı  “N” saylı hərbi hissədə bayram konserti ilə əskərlər qarşısında çıxış etmişdilər.
2.   .Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən yubiley tədbirləri    haqqında məlumat
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında prezident  sərəncamına əsasən Q.Qarayev adına uşaq musiqi məktəbində və Bülbül adına uşaq incəsənət məktəbində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssilərində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı tədbirlər keçirilmişdir.
Sumqayıt şəhərində MKS-ə daxil olan kitabxanalarda sərgilər tərtib olunmuş, tarixin bu amansız qətliamından bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş olunmuşdur. 
Sumqayıt Gənclər Evində S. Vurğun adına Mərkəzi kitabxana, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Tarixi mart həqiqətləri”, Dövri mətbuat şöbəsində  “Zamanın unutdurmadığı cinayət”, Mərkəzi Uşaq Kitabxanasında  8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “İnsanlığa sığmayan cinayət”,      Gənclər kitabxanasında 1 saylı peşə liseyinin və ictimai-fəal gənclərin iştirakı ilə “Türk millətinə qarşı erməni terroru” adlı dəyirmi masa keçirilmişdir.
Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş və rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunmuşdur . 
Sumqayıtın Tarixi Muzeyində “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi keçirilmişdir.
Dövlət Rəsm Qalereyasında Azərbaycan Həqiqətləri Uğrunda Koolitsiyanın, Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət təşkilatına Dövlət Dəstəyi Şurasının,  Qarabağ Əlillər Cəmiyyətinin Sumqayıt şöbəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Vətəndən keçən yollar” adlı sərgi keçirilmişdir. Sərgidə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş və Aprel döyüşlərində şəhid olmuş Mayor Elnur Əliyevin həyatından bəhs edən “Şəhidlik zirvəsi” adlı qısa metrajlı sənədli film nümayiş olunmuşdur.
Abşeron rayonu mədəniyyət mərkəzində 31 mart Azərbaycanlıların soyqırımına  həsr olunmuş “Qanlı qətliam” adlı ədəbi-bədii gecə keçirilmişdir. Gecədə Azərbaycanlıların soyqırımını əks etdirən salnamə studiyasının   istehsalı olan “Həqiqətin özü” sənədli filmi göstərildi. Abşeron rayon mədəniyyət mərkəzinin Xalq tetrınin iştirakı ilə soyqırımı əks etdirən “Qanlı qətliam” adlı kompozisiya  göstərilmişdir.
Qubadlı Rayon Mədəniyyət evində  mədəniyyət evlərinin birgə əməkdaşlığı ilə “Xalqın Qara Baharı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Kompozisiya mədəniyyət evlərinin bədii-qiraət dərnəyi üzvlərinin iştirakilə hazırlanıb nümayiş olunmuşdur.Həmçinin Mərkəzləşmiş Kitabxana Sistemində və Tarix-Diyarşünaslıq muzeyində sərgi nümayiş olunmuş, musiqi məktəblərində dəyirmi masa təşkil edilmişdir.
Zəngilan, Şuşa xə Xızı rayonlarının mədəniyyət müəssisələrində 31 Mart azərbaycanlıların soyqrımı günü ilə əlaqədar tarix-diyarşünaslıq muzeylərində sərgilər, foto-stendlər, kitabxanalarda kitab sərgiləri, oxucu konfransları, dəyirmi masalar keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Sumqayıt şəhər Heydər Əliyev mərkəzində  keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.Həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına uşaq musiqi məktəbinin müəllimlərdən ibarət “Buta” qızlar ansamblı konsert proqramı ilə çıxış etmişdir.
Sumqayıt Dövlət Rəsm Qalereyasında  Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Sumqayıt İdman və Gənclər Baş idarəsinin, S.Vurğun adına Mərkəzi Kitabxana və uşaq şöbəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin, Şəhər Mədəniyyət evinin, C.Cabbarlı adına Mədəniyyət evinin və Novxanı Sənətkarlıq Klubunun birgə təşilatçılığı ilə “Art-Festival” keçirilmişdir. Tədbirdə rəsm əsərləri, dekorativ tətbiqi işləri və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ədəbiyyatları əks etdirən kitab sərgisi nümayiş olunmuş, solistlərin ifasında mahnılar, tamaşalar göstərilmiş, rəqs qruplarının ifasında milli rəqslərimiz nümayiş olunmuşdur.Festivalda Novxanı sənətkarlıq klubunun rəssamlıq dərnəyinin üzvləri və “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plenerdə iştirak edən gənc rəssamlar fəxri fərmanla təltif olunmuşlar.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin  100 illiyi ilə bağlı daha bir tədbir Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində keçirilmişdir.
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, S.Vurğun adına kitabxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı ziyarətçilər Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olmuş , muzeydə nümayiş olunan eksponatlar və tarixi sənədlər haqqında məlumat almışlar.daha sonra Nizami Gəncəvi məqbərəsi və muzeyində olmuş, Nizami Gəncəvinin məzarını ,Cavad xan və İmamzadə türbələrini və Xan bağında görkəmli şairə Nigar Rəfibəylinin abidəsini ziyarət etmişlər.
 Sumqayıtın Tarix Muzeyi C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə geniş tədbir keçirmişdir. 
Qubadlı rayon nümayəndəliyində  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi “  münasibətilə Tarix-diyarşünaslıq muzeyində   “Muzey həftəsi”  təşkil edilmişdir.“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi “ilə əlaqədar Qubadlı Rayon Nümayəndəliyində  “Azad Vətən” adlı konsert keçirilmişdir.
Qubadlı rayon F.Hüseynov adına Uşaq musiqi məktəbində və Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”  münasibəti ilə konsert keçirilmişdir.
Mərkəzi Kitabxanada“Azərbaycan Xalq Cumhuriyyəti-100” başlığı altında sərgi təşkil etmişdir.
 Abşeron, Xızı, Şuşa, Zəngilan rayonlarında “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi “ əlaqədar olaraq silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Milli ordusunun 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirilib     
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olumuş “Şəhid adının ucalığında” adlı anım tədbiri keçirilmişdir
Abşeron rayonu Pirəkəşkül “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Qubadlı rayonunda F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində və Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində dəyirmi masa keçirilmişdir.
“Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ” ilə əlaqədar Qubadlı  rayon mədəniyyət evində“N” saylı hərbi hissədə “Ordum varsa, yurdum var” adlı konsert təşkil edilmişdir.
Şuşa rayonu “Şuşanın Dağları” ansambli  Fizuli rayonundakı  “N” saylı hərbi hissədə bayram konserti ilə əskərlər qarşısında çıxış etmişlər.
Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Xızı rayonunda Bakı şəhərindən gələn    Müşfiqsevər ziyalıların iştirakı ilə Xızı rayon Heydər Əliyev Mərkəzində  tədbir və konsert  proqramı keçirilmişdir.
Yazıçı İsa Muğannan anadan olmasının 90 illiyi, şairə Nigar Rəfibəylinin anadan olmasının 105 illiyi ilə əlaqədar olaraq sərgilər və MKS-də oxucu konfransları  təşkil edilmişdir.
Görkəmli bəstəkar Elza İbrahimovanın anadan olmasının 80 illik yubleyi ilə əlaqədar olaraq konfrans keçirilmişdir. Konfransda bəstəkarın həyat və yaradıcılığına nəzər salınmış, musiqiləri dinlənilmişdir. Aşıq Şəmşirin anadan olmasının 125 illik yubleyi ilə əlaqədar olaraq dəyirmi masa və sərgilər hazırlanmışdır.
Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda keçirilən bayram tədbirində Sumqayıt şəhəri, Şuşa və Abşeron rayonlarının kollektivləri iştirak etmişdir.
 Bakı Ekspo Mərkəzində 5-7 aprel tarixlərində keçirilən XVII Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF) Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi yaxından iştirak etmişdir. Sərgidə şəhərimizi Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayit Plaza Hotel təmsil etmişdir. 
 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirilmişdir. Sumqayıt Regional Mədəniyyət idarəsinin əhatə etdiyi rayonların incəsənət və tətbiqi sənət ustaları iştirak etmişdir.
Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş “Bizim milli dəyərlər ənənədən gələcəyə” adlı tədbirdə Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin“Sumqayıt” rəqs ansamblı iştirak etmişdir.
23-26 may tarixlərində Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin müəllim və şagird kollektivi Gürcüstanın Tibilisi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.
Ukraynanın Sumi şəhərində keçirilmiş beynəlxalq müsabiqədə “Dostluq” mədəniyyət evinin “Səmt” estrada kollektivi iştirak etmişdir.
Hərbi vətənpərvərlik və mədəni hamilik işi sahəsində görülmüş işlər
Mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri 2018-ci ildə Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının icrası ilə əlaqədar hərbi komissarlığın çağırış məntəqəsində tərtib edilmiş qrafikə əsasən mədəni xidmət işini təşkil etmişlər. Özfəaliyyət kollektivləri əlamətdar tarixi günlər və milli bayramlarla əlaqədar hərbi hissələrdə ədəbi-bədii kompozisiyalar təşkil etmiş, konsert proqramları ilə çıxış etmişlər
 Novruz bayramı, “28 May Respublika günü”, 15 İyun Qurtuluş günü, 26 iyun Silahlı Qüvvələr günü, Ramazan bayramı münasibətilə Şəhər Mədəniyyət Evinin, C.Cabbarlı adına, “Dostluq”, “28 May” və Corat qəsəbə mədəniyyət evlərinin, “Gənclik” və 4 saylı klubun bədii özfəaliyyət kollektivləri hərbi hissələrdə və hərbi hospitalda hərbiçilər qarşısında maraqlı əyləncəli konsert proqramları ilə çıxış etmişlər.
 Xızı rayonu “Novruz” bayramı münasibətilə uşaq musiqi məktəbinin kollektivinin, mədəniyyət mərkəzi və muzeyin iştirakı ilə  N saylı hərbi hissələrdə də konsertlər  təşkil edilmişdir
Abşeron rayonu  Pirəkəşkül və Güzdək ərazisindəki “N” saylı hərbi hissələrdə tədbirlər tərtib edilmiş tədbirlər planına əsasən həyata keçirmişdir.
Zəngilan rayonu «Qaçqınların və məcburi köçkünlərin  şəraitinin  yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına» müvafiq olaraq Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların yola salma mərasiminə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Hərbi xidməti başa vurub geri qayıtmış zəngilanlı gənclərlə görüş təşkil olunmuşdur. Şəmkir rayonu  və  Şuşa rayonu “N”saylı hərbi hissələrdə konsertlər təşkil etmişdir.    /azfakt.com/