Sumqayıtda “Odla oynayanlar” – FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsi 14 saylı orta məktəbin şagirdləri ilə birgə Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə “Odla oynayanlar” adlı ekskursiya təşkil edib. 
Uşaq şöbəsinin müdiri Yeganə Hüseynovanın təşkil etdiyi ekskursiyada  Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Mirfuad Mahmudov oxuculara təhlükəsizlik qaydaları ilə bağlı təlimat haqqında geniş məlumat  verib. 
Sonra idarənin əməkdaşı Azər Babayev oxucuları müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları ilə əyani surətdə tanış edərək zəlzələ, dəm qazı təhlükəsi, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəblərindən danışıb. Həmçinin rəis müavini bu situasiyalarda yanğın təhlükəsinin qarşısının alınma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış və xilasetmə qaydaları, daxili yanğın kranlarından, odsöndürən balonlardan istifadə  metodları  ilə bağlı  ətraflı məlumat verib.
14 saylı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İlkin Alıyev  Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəhbərliyinə, Sumqayıt regional Mədəniyyət idarəsinə və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin kollektivinə belə bir layihənin gerçəkləşdirilməsinə görə minnətdarlığını bildirib və məktəblilərin yaşam tərzi üçün zəruri olan təhlükəsizlik məqamlarını bilmələrinin çox önəmli olduğunu qeyd edib.

Sumqayıtda “Odla oynayanlar”  - FOTO

Sumqayıtda “Odla oynayanlar”  - FOTO

Sumqayıtda “Odla oynayanlar”  - FOTO