Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim” – FOTOLAR

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Sumqayıt Regional Mədəniyyət idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ərəfəsində orta məktəb şagirdləri arasında şairin şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirmək üçün “Azərbaycan – dünyam mənim” adlı şeir müsabiqəsi keçirilib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, Tədbirin aparıcısı multimedia mütəxəssisi Səbinə Qasımova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi, publisist, Xalq şairi Məmməd Arazın həyatı və yarım əsr davam edən ədəbi yaradıcılığından bəhs edərək onun Azərbaycan poeziyasının inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
Daha sonra qiraət müsabiqəsi 12, 18, 31 və 38 saylı tam orta məktəbin şagirdlərindən olan ən fəal oxucular üçün açıq elan edilib. Müsabiqədə 18 oxucunun təqdim olunan çıxışı münsiflər heyətinin üzvləri – AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt şəhər Gənclər Kitabxanasının müdiri Sona Eminova, Sumqayıt şəhər Mərkəzi Kitabxanasının baş metodisti Natəvan Axundova tərəfindən qiymətləndirilib.
Qiraət müsabiqəsində ən yüksək balla 38 nömrəli məktəbin 4c sinif şagirdi Əminə Bağırova “Vətən desin” şeiri ilə birinci yerə, 31nömrəli məktəbin 3A sinif şagirdi Nuray Məmmədli “Azərbaycan” şeiri ilə ikinci yerə, 12 saylı məktəbin 4B sinif şagirdi Aylin Nəbiyeva “Yaşat məni” şeiri ilə üçüncü yerə layiq görülüblər. Qaliblərə müsabiqə təşkilatçılarının fəxri fərman və hədiyyələri təqdim edilib.
Mərkəzi Kitabxananın metodisti Natəvan Axundova qiraət müsabiqəsinə yekun vuraraq qalibləri təbrik edib, tədbirin yüksək səviyyədə təşkili üçün MKS adından kitabxana rəhbərliyinə və maddi dəstəyə görə isə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Kоmitəsinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Gənclər Kitabxanasının müdiri Sona Eminova Məmməd Arazı ədəbi və ictimai fəaliyyətindən danışıb.
Sonda çıxış edən Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva tədbirin hazırlanıb ərsəyə gəlməsində yaxından köməyi olan 12, 18, 31 və 38 saylı məktəblərin kitabxanaçılarına öz dərin təşəkkürünü bildirib, müsabiqədə yer tutan şagirdləri təbrik edib, yer tutmayan şagirdlərə isə yeni-yeni uğurlar arzulayaraq ruhdan düşməmələrini tövsiyə edib.

Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim”  - FOTOLAR

Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim”  - FOTOLAR

Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim”  - FOTOLAR

Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim”  - FOTOLAR