Gün: Oktyabr 11, 2018

“Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki,…” – Prezident əmin etdi

“Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq”. Turkustan.info xəbər verir ki, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır: “Mən bu münasibətlə […]

“Dünya” Ana və Uşaqlar İctimai Birliyi Xaçmazda növbəti tədbirini keçirdi

Turkustan.info məlumat verir ki, “Dünya” Ana və Uşaqlar İctimai Birliyi oktyabr ayının 10-da Xaçmaz rayonu Turizim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirdi. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin İictimai-Siyasi […]

“Orqan mafiyası” şousunun siqnalı: Əslində təhlükə hələ qabaqdadır

Və ya “əcnəbi seyrə balonlarla çıxır” biz isə bibər qazı ilə məktəbə gedirik…  “Hövsanda: “koneçni” deyilən ərazidə, “Limon” kafesinin yanında məktəbdən gələn beşinci sinif şagirdi qız qaçırılıb”, “Hövsanda 280 nömrəli məktəbin dördüncü sinif şagirdini oğurlayıblar, böyrəyini çıxarıblar, cəsədini gətirib məktəbin yanındakı quyuya atıblar”, “Zabitlər parkında 4 yaşlı uşağı anasının yanından […]

Qonşu ölkədə siqaretin qutusu 70 manata qalxdı

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra  ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu  siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə  təqribən 20 dollar və ya 34 azərbaycan manatı deməkdir. Turkustan.info virtualaz.org-a istinadən bildirir ki, artıq […]

Avropalı təhsil ekspertləri ADAU-da olub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edən ekspert missiyasının üzvləri-Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Macikuate Zviniene, Latviyalı ekspert Jolanta Silka, Fransanın Liyon Universitetinin professoru Didier Ronze, […]

“Bədənimdən çıxdım və özümü çox rahat hiss etim” — Kliniki ölüm keçirən qadın

Kliniki ölüm keçirən və ölümü hiss edən insanlar barədə məlumatlar toplayan “NDERF” portalında yeni məqalə dərc edilib. Turkustan.info xəbər verir ki, Holli adlı qadın naməlum xəstəlikdən xəstəxanada keçinib. O, bildirir ki, ölümdən sonra özünü çox rahat hiss edib: “Mən yavaş-yavaş bədənimdən çıxmağa başladım. Bu zaman ağrı hissi yoxa çıxdı. Bu […]

Qarabağda hücum gözlənilir, Azərbaycan ORDUSU… – Paşinyanın SON GEDİŞİNİN PƏRDƏARXASI

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu Respublikaçılar Partiyası 2019-cu ilin may ayına kimi növbədənkənar seçkilərin keçirilməsini qeyri-mümkün adlandırsa da, baş nazir Nikol Paşinyan bu istiqamətdə öz israrını davam etdirir. Paşinyan seçkiləri dekabr ayında keçirmək niyyətindədir. Turkustan.info bildirir ki, Publika.az-a müsahibəsində politoloq Elnur Soltan yaxın aylarda Ermənistanın daxili siyasətində gözlənilən dəyişikliklər, mümkün […]

Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu

Cari ilin inflyasiya səviyyəsi birrəqəmlidir. Hazırkı inflyasiya səviyyəsini dəyərləndirən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 2017-ci ildən Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib: “2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Proqnozlarımıza görə, ilin sonunadək bu göstərici daha da aşağı olacaq. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə […]

Yeni mənzillərə bu şəxslər köçürülməlidir – Dövlət Komitəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Dövlət Komitəsindən məlumat verilib. Dövlət […]

Qoca qadın özünü xurma ağacından asdı – Zaqatalada ard-arda ikinci intihar

Zaqatala rayonunda qoca qadın intihar edib. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb. Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum […]

Arda Turan xəstəxanaya hücum etdi, atəş açdı – ŞOK

İstanbuldakı gecə klublarından birində müğənni Berkay Şahini vuraraq burnunu qıran Arda Turanla bağlı yeni xəbərlər yayılıb. Turkustan.info xəbər verir ki, “Kanal D”nin “Xəbər” proqramının əməkdaşlarından olan Emrullah Erdinç hadisənin dettallarını açıqlayıb. Onun sözlərinə görə, Arda Turan Berkayın həyat yoldaşı Özləm Şahinə söz atıb. Bundan sonra tərəflər arasında küçədə dava düşüb və […]

İsrail əsgərləri fələstinli qızı güllələdi – VİDEO

İsrail əsgərləri İordan çayının qərb sahillərində fələstinli qızı güllələyərək öldürüb. Turkustan.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Videoda gənc qızın günahsız olduğunu, çantasında bıçaq və ya silahın olmadığını söyləməsi, bundan sonra isə əsgərin ona atəş açması əks olunub. Məsələ ilə bağlı İsrail tərəfi hələlik heç bir […]

MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edib. Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri – “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, […]

Ermənistandan Azərbaycana gətirilən şirniyyatla bağlı AÇIQLAMA

Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan Respublikasında istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Turkustan.info bildirir ki, Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən […]

Jurnalistlər üçün tikilən 3-cü binada mənzillərin paylanacağı VAXT – Vüqar Səfərli açıqladı – Video

“Jurnalistlər üçün tikilən üçüncü binada hazırda işlər gedir.” Bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib. O qeyd edib ki, 2020-ci ildə 255 mənzilli binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub: “Jurnalistlərin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə artıq iki bina təhvil verilib. 2013-cü ildə […]

Cərimələrin 5 dəfəyədək artırılması nəzərdə tutulub – Nazir müavini

Qərarla bağlı məlumat yaxın zamanlarda mətbuatda dərc olunacaq “Yaşıllıqlara vurulan zərərlə bağlı cərimələrin miqdarının 5 dəfəyədək  artırılması nəzərdə tutulub”. Turkustan.info-nun məlumatına görə, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib. Bildirib ki, qərarla bağlı məlumat yaxın zamanlarda mətbuatda dərc olunacaq: “Meşə yanacaq, odun mənbəyi deyil. […]

Qadın bədənində onları heyranedici göstərən ÜÇ ƏSAS MƏRKƏZ

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində – uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür. Turkustan.info Publika.az-a istinadən bu yazıda oxucuları qadının enerji və güc mərkəzləri, eləcə […]

Mətbuatda şərəf və ləyaqəti alçaltmaya görə yeni cəza tətbiq olunacaq

Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə yeni cəza tətbiq olunacaq. Turkustan.info-nun məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə (təhqir) dəyişiklik təklif edilir. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və […]

Ziya Məmmədov DANIŞDI: “İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”

“Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”. Turkustan.info xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında sabiq nəqliyyat naziri Ziya Məmmədov söyləyib. Onun sözlərinə görə, haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib:  “Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu […]

“Azercell” ilə dünyanı daha gözəl görün – FOTO

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir. Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyona yaxın insanın gözlə bağlı problemləri var. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların […]

Hava kəskin SOYUYACAQ, leysan, dolu düşəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək. Oktyabrın 12-si […]

Sumqayıtda aprel şəhidi anıldı: Yaşasaydı 25 yaşı olacaqdı… – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxannın təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25  illiyi münasibətilə tədbir keçirilib.  Turkustan.info-ya verilən məlumata görə, S.Vurğun adına Mərkəzi kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçın tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin […]

Cəbhədə azərbaycanlı minaya düşdü

Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.  Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  faktı təsdiqləyib. Bildirib ki, hazırda Azad əməliyyata alınıb: “Azad Həsənov qoyunları qadağan […]

ATV-nin efirində dava – VİDEO

Ötən gün ATV-də yayımlanan “Bizimləsən” proqramında dava düşüb. Turkustan.info xəbər verir ki, buna səbəb Kürdəmir rayon Qarıs Əyribənd kənd sakini, 1996-ci il təvəllüdlü Cabbarov Əli Vidadi oğlunun ailəsinin onun ölümündə qonşu ailənin oğlunu günahlandırması səbəb olub. Belə ki, Girdiman çayın Kürdəmir rayon ərazisindən keçən hissəsindəki körpüdən özünü asaraq intihar edən Əlinin valideynləri hesab […]

Ukraynalıları təhqir edən azərbaycanlı tələbələrin yeni videosu yayıldı: Üzr istəyirik – VİDEO

Xəbər verdiyimiz kimi, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin tanınmış bloggeri təhdid videosu yayımlanıb. Turkustan.İnfo xəbər verir ki, Youtube kanalında yerləşdirilən videoda Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər. Nəticədə bloggerlər ölümlə təhdid olunublar. Bu görüntülər Ukraynada gündəm mövzusuna çevrilib və hər […]

Təqaüdə çıxa bilməyən kişi özünü parkda yandırdı – Bakıda dəhşət

Bakı sakini özünü yandırıb. Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb. A. Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü […]

Azərbaycanda məktəbdə dəhşət yaşanır – Direktor şagirdləri… – ŞOK GÖRÜNTÜLƏR

Tovuzda müəllimin uşaqları işlətməsi barədə görüntüləri çəkən müəllim birbaşa efirdə… Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində maraqlı anlar qeydə alınıb. Uşaqları dərs zamanı çalışdıran drektorun növbəti görüntüsü əldə olunub. Turkustan.info xəbər verir ki, ötən həftə adı çəkilən drektora aid bir neçə görüntü tamaşaçılara təqdim edilib. Görüntülərdə uşaqların […]

Rusiyalı alim: “Günəş sistemindən kənarda yadplanetli sivilizasiyalar var” — FAKTLAR

Rusiyanın astronomiya institutunun direktoru Dmitriy Bisikalo bəyan edib ki, Günəş sistemindən kənarda müxtəlif yadplanetli sivilizasiyalar mövcuddur. Turkustan.info xəbər verir ki, Bisikalo qeyd edib ki, sadəcə yadplanetlilər Yer sakinləri ilə rabitə qurmaq istəmirlər. “Mən bilirəm ki, yadplanetli sivilizasiyalar mövcuddur. Bizim sivilizasiya var, deməli anoloji sivilizasiyalar da mövcuddur. Kaliforniyanın Santa-Kruz universitetinin professoru […]

QAFSAM Şuranın dəstəyi ilə Türkiyədə Qarabağa dair təlimlər keçdi – FOTOLAR

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər haqqında əcnəbilər üçün təlimlərin keçirilməsi, xarici mediada müxtəlif elmi məqalələrin nəşri” adlı layihə həyata keçirir. Bu çərçivədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Türkiyədə və Azərbaycanda […]

Paşinyan Qarabağla bağlı yenə absurd iddia səsləndirdi

Vəzifəmiz soyqırımlar və insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün səyləri ikiqat artırmaqdır. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bunu Yerevanda keçirilən Frankofoniya sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz həmçinin konfliktlərin sülh yolu ilə həlli üçün səylərimizi ikiqat artırmalıyıq. Buraya Dağlıq Qarabağ konflikti də aiddir. Danışıqlar ATƏT-in […]

Girovlardan daha məktub gəlmir – Ailələri NARAHATDIR

“İki aydan çoxdur ki, Şahbazdan məktub almırıq”. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxınları sonuncu dəfə iyulun 29-u girova məktub yazıblar: “Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng etdim ki, iki aydır qardaşıma yazdığımız məktuba cavab almırıq. Komitə […]

Deputat AŞPA-da Qarabağdakı separatçı rejimin qanunsuz fəaliyyətindən danışıb

“Azərbaycan 25 ildən artıqdır Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qalmış, ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərinin 20 faizi işğal olunub. Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur. Münaqişənin ədalətli həllinin uzanması isə bütövlükdə region üçün ciddi təhlükə mənbəyi olaraq çıxış edir. Belə […]

Kişi mollalara maşın verildi, bəs qadınlara? – Dini Komitə “səs-küylü məsələ”yə AYDINLIQ GƏTİRDİ

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub. Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub. Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik. […]

ADAU-da akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının  icrası ilə  əlaqədar təsdiq olunan tədbirlər planına əsasən 2018-ci il oktyabrın 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib. Universtetin mətbuat xidmətində bildirilib ki, tarla gününün […]

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.  Növbəti diskussiya “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, […]

AŞPA-dan şok qərar: İslamın siyasi genişlənməsi qadağan edildi

Türkiyə nümayəndə heyəti İslamın hədəf alınmasına etirazını bildirib  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada İslam dininin yayılması üçün xarici ölkələr tərəfindən maliyyələşməni qadağan edən qanun layihələri səsverməyə çıxarılıb. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, AŞPA-da Avropada İslamın xarici ölkələr tərəfindən maliyyələşdirilməsi vasitəsilə milli siyasi genişlənməsinin qarşısının alınmasına yönəlik qərar qəbul edilib. Səsvermə […]

Azərbaycanlı tələbənin ukraynalılarla 18+ videosu yayıldı – Səfirlikdən açıqlama

Ukraynada azərbaycanlı gənclərin təhdid videosu yayılıb. Youtube kanalında azərbaycanlı gənclərin Kiyevdə bloggerləri hədələməsi ilə bağlı video paylaşılıb. Belə ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər.Nəticədə bloggerlər ölümlə təhdid olunublar. Üç azərbaycanlı tələbə bloqqerin üstünə hücum çəkərək onu söyüşlə təhqir ediblər. […]

Ziya Məmmədovun zavodunda kütləvi ixtisar: İşə yalnız qohumları götürülür

Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus “Garant Holding”in törəmə müəssisəsi olan “Fortis Group” tikinti materialları istehsal edən zavodda 60-a yaxın işçi işdən çıxarılıb. Turkustan.info bildirir ki, bu barədə unikal.og-a zavodda 14 ildir gözətçi işləmiş Kamilov Kamal Nəbi oğlu bildirib. O deyib ki, 2004-cü ilin 1 may tarixindən 2018-ci ilin sentyabr […]

Prezidentin nəvəsi yerli kanallara müsahibə verdi – VİDEO

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov məktəb yoldaşları ilə yerli kanallara müsahibə verib. Turkustan.info xəbər verir ki, Mikayıl Ağalarov AZTV və İTV telekanallarına verdiyi müsahibədə təbiət və heyvanların qorunmasının vacibliyindən söhbət edib. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. M.Ağalarovun görüntüləri sosial mediada böyük maraqla qarşılanıb. /Publika.az/

“Oğru dünyası”nda istifadə olunan sözlərin İNANILMAZ MƏNALARI – FOTO

Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı […]

İlahiyyat İnstitutu bu vəzifələr üzrə işçi AXTARIR

Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib. Turkustan.info xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək. Vakant yerlər aşağıdakılardır: “İlahiyyat” fakültəsinə dekan; “İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir; Ərəb dili müəllimi – 0,5 yer; Ərəb […]

Kadırov hövsələdən çıxdı: Təcili Qroznıya gəl, yoxsa… – Video

Sosial şəbəkələrdə Çeçenistanın “Əhməd” idman klubu adından video yayan şəxsin görüntüsü məşhurlaşmağa başlayıb. Turkustan.info xəbər verir ki, idman klubunun adından danışan şəxs enerji içkisi qəbul etdikdən sonra metrodakı iki gənci “Axmat – sila” (Əhməd–gücdü) deməyə məcbur edir. Yayılan görüntü ölkədə kəskin reaksiyalara səbəb olub. Ən sərt reaksiyanı isə öz Teleqram səhifəsində […]

Bakını bu günə kim salır? – Prezidentin məmurlara son xəbərdarlığı

Neçə illərdir Bakının əksər rayonlarında yaşayış binalarının balkonlarının artırılması prosesi gedir. Özəl binalarda da bu hallara rast gəlinir.  Turkustan.info xəbər verir ki, bunu “Yeni Müsavat” qəzeti yazıb. Qəzet bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsi bu cür hallara göz yumur. İdarənin rəisi  Şəmsi Şahvələdovun bu […]

Makron Ermənistana getdi – SƏBƏB

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Brijit Makronla birlikdə İrəvana səfərə gedib. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Makronu Ermənistan XİN-in rəhbəri Zohrab Mnatsakanyan qarşılayıb. Qeyd edək ki, Makronun Ermənistana səfərinin məqsədi 11-12 oktyabrda keçiriləcək Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etməkdir.  /BakuPost/

Paşinyan istefa tarixini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 16-dək istefaya gedəcək. Turkustan.info xəbər verir ki, bunu o, France24 telekanalına müsahibəsində bildirib. “Növbədənkənar seçkilər güman ki, dekabrın 9-10-da keçiriləcək, üstəgəl bir-iki gün. Bunun üçün istefaya oktyabrın 16-dək getməliyəm”, – deyə o vurğulayıb. Bundan öncə Paşinyan bildirib ki, istefasından sonra parlament iki dəfə baş naziri […]

Orta məktəbdəki zəhərlənməyə görə şagird və atası saxlanıldı – VİDEO

Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı İTV-nin əməkdaşları hadisə yerində olub. Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb. “Həmin gözyaşardıcı qaz balonunu uşağa atası […]

Azərbaycanda hansı məhsullar bahalaşıb?

Bu ilin on ayında Azərbaycanda ən çox bahalaşma xidmət sektorunu əhatə edib.  Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən […]

Aİİ-də “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda növbəti seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda növbəti seminarını keçirib. Tədbirdə institutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seminarı Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov aparıb. İnstitutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini bildirən İ.Əlimuradov mövzunun […]

Bakıda kanalizasiya quyusundan neft çıxdı – VİDEO

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb. Neft kanalizasiya xətti ilə evlərə dolub.  Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, sakinlər yaranmış vəziyyətdən narahatdırlar.  Onlar evdə oturmağın mümkün olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar […]