Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı

Gəncə şəhər Səhiyyə idarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

Bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışırdı.  /Cebhe.info/