Nüsrət Kəsəmənlinin nadir görüntüləri: “Mən istəmirəm xalqımız bu şərəfsizliyə vərdiş eləsin” – VİDEO

Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin maraqlı görüntüləri yayılıb.

Turkustan.info xəbər verir ki, görüntülər 1997-ci ildə şairin tələbə yoldaşının oğlunun toyunda lentə alınıb. Nüsrət Kəsəmənli dostunun oğlunu təbrik edəndən sonra Azərbaycan, Qarabağ haqqında fikirlərini deyir. Çıxışda ən çox yaddaqalan məqamlardan biri onun Azərbaycan xalqının Qarabağın işğalına göstərdiyi münasibətlə bağlı səsləndirdiyi fikirlərdir. N. Kəsəmənli toyda bildirib ki, Qarabağın işğalından zaman keçdikcə, insanlar elə bilir ki, Laçınsız, Qubadlısız yaşamaq olar. Şair belə yaşamağı şərəfiz, qeyrətsiz ömür adlandırıb və qeyd edib ki, xalqımızın belə qeyrətsiz ömürə vərdiş eləməyini istəmədiyini deyib.

Həmin görüntüləri təqdim edirik: