
Vergilər Nazirliyi balansında olan istifadəsiz avtomobilləri özəlləşdirməyə təqdim edib.
Turkustan.info xəbər verir ki, 23 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi nazirliyin avtomobillərini satmaq məqsədilə hərrac təşkil edəcək.
Nazirlik hərraca ümumilikdə 8 avtomobil təqdim edib.
Onlardan beşi “KİA Optima”, üçü isə “Daevoo Neksia”dır.
Hərraca təqdim edilən ən yüksək start qiymətinə malik avtomobil “KİA Optima”lardır ki, onların da qiyməti 4000-4200 manat arasında dəyişir.
“Daevoo Neksia”ların qiyməti isə 3000-3200 manat civarındadır. /Axar.az/
11 Baxılıb