Be. İyl 22nd, 2019

“Atamın ailəsinə məktub yazmaqdan öz istəyi ilə imtina etməsi heç cür inandırıcı deyil”

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayının sonu oktyabrın əvvəllərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkdiyini bildirib: 
“Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Turkustan.info Moderator.az istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi rəsmisinin açıqlamasına Dilqəm Əsgərovun oğlundan münasibət öyrənib. Kürdoğlu əsgərov bildirib ki, bir neçə gün öncə doğrudanda çoxsaylı müraciətlərindən sonra onu adıçəkilən qurumun Bakı nümayəndəliyində qəbul ediblər və atası ilə görüş barədə ona məlumat veriblər:
“Noyabrın 1-də 1 ili tamam olur ki, atamdan xəbər-ətər yoxdur və bütün cəhdlərimizə rəğmən ötən 1 ildə girovlarımızla bağlı heç bir məlumat əldə edə bilməmişik. Amma indi həmin qurumda bizə deyirlər ki, atanızın saxlanma şəraiti və səhhəti normaldır. Bizə deyirlər ki, Dilqəm Əsgərov evlərinə məktub yazmaq istəmir. Amma biz komitənin bu açıqlamasına inanmırıq və atamın ailəsinə məktub yazmaqdan öz istəyi ilə imtina etməsi heç cür inandırıcı deyil. Əlimizdənsə başqa bir şey gəlmir və komitə əməkdaşlarının gətirdikləri xəbərlə kifayətlənmək zorundayıq”.