Çində “uçan boşqab”a bənzər obyekt müşahidə edildi – VİDEO

Pekin səmasında ağ işıq saçan naməlum uçan obyekt müşahidə olunub.

Turkustan.info CGTN-ə istinadla xəbər verir ki, analoji müşahidələr Çinin digər əyalətlərində də qeydə alınıb.

Eyni zamanda, alimlərin fikrincə, söhbət Günəş şüalarını əks etdirmək üçün kifayət qədər yüksəklikdə uçan təyyarənin mühərrik qazlarından gedir.

/oxu.az/