Ermənistanda zəlzələ baş verdi

Ermənistanın cənubunda zəlzələ baş verib.

Turkustan.info xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər 08:00 radələrində qeydə alınıb.

Zəlzələnin episentri Qacaran şəhərinin 9 kilometrliyində, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Episentrdə zəlzələnin gücü 3 bala bərabər olub. 3 bal gücündə təkanlar həmçinin Sünik əyalətinin Lernadzor kəndində də hiss olunub.