Gün: Oktyabr 16, 2018

Gürcülər azərbaycanlı qıza görə ayağa qalxdı – Foto

Tiflisdə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” şüarı altında aksiya keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib. Hərəkat üzvləri əllərində “Səbrimiz tükənib!”, “Qadın […]

Azərbaycanda 41 yaşlı kişi arvadını 70 yaşlı qonşusu ilə tutdu və …

Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərov həbs edilib. Turkustan.İnfo Teleqraf.com-a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb. O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac […]

Azərbaycanlıların etnik təmizlənməsinin ilk mərhələsi

Ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazda 200-dən artıq yaşayış məntəqəsində kütləvi qırğınlar törətmişlər Soyqirim baki XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə […]

Həbs olunan Lənkəranskinin “qardaşı” belə sərbəst buraxıldı – VİDEO

Çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirov azadlığa çıxıb. Turkustan.info-nun Yenicag.az-a istinadən əldə etdiyi özəl məlumata görə, o, bu gün Berlin məhkəməsinin qərarı ilə sərbəst buraxılıb. Alman polisinin həyata keçirdiyi “Rus mafiya atası” kod adlı əməliyyat zamanı saxlanılan Qastəmirovun sərbəst buraxılması ona təxminən 300 […]

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 mln. manat, xərcləri 15666,0 mln. manat olmuş, 423,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15887,5 mln. manat proqnoza qarşı 16089,7 mln. manat və ya 1,3 faiz çox icra olmuşdur […]

Azərbaycan “cəbhə”sində sükut: “Oktarçılar” haradadır?

Türkiyədə həbs edilmiş təriqət lideri, ilahiyyatçı, teleaparıcı, “Harun Yəhya” adı ilə tanınan Adnan Oktarla bağlı yeni faktlar üzə çıxıb. Bir müddət əvvəl onun insanları təşkilata necə üzv qəbul etməsi, qeyri-qanuni gəlir mənbələri gündəmə gəlmişdi. Qeyd edək ki, Adnan Oktarın üzərində hazırda 30 çox cinayət işi var ki, onların da artıq […]

Koçaryandan Paşinyanın istefasına münasibət

Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirib. Turkustan.info-nun Qafqazinfo.az-a istinadən xəbər verir ki, Koçaryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə yeni siyasi monopoliyanın yaranacağına gətirib çıxaracağını deyib: “Taktiki olaraq bu gediş başadüşüləndir – populyarlığın zirvəsində uğura hesablanmış addımdır. Strateji planda isə problemlər görürəm. Sən siyasətçi kimi, yoxsa […]

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır: Adı nə olacaq?

“Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”. Turkustan.info report.az-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib. MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: “Əslində, kanal yayım […]

Aqil Abbasın sərt tənqidinə nazirlikdən CAVAB

Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib. Turkustan.info xəbər verir ki, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov Report-a açıqlamasında millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlərin heç bir məktəb dərsliyində yer almadığını bildirib: “Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə […]

Qalmaqallı video-görüntü inanılmaz faktları üzə çıxardı – Ölüsoyanların izi ilə

Qəbiristanlığın nəzarətçisi oğrunun köhnə yaşıl “Moskviç”də qəbiristanlığa gələrək onlarla metal xaçları ora necə yüklədiyini kamera ilə çəkib Bakının Sabunçu rayonunun polisləri qəbirləri soyan şəxsləri saxlayıblar. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları məlumat veriblər. Bu cinayət nəticəsində zərərçəkmiş Anton Kuznetsovun vəkili Mürvət Əliyev […]

Ermənistana keçən daha bir şəxs SAXLANILDI – İkinci “Azərbaycan casusu” QALMAQALI?

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib. Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb. “Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, – xəbərdə qeyd edilir. Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil […]

DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb. Bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da […]

Paşinyan istefa verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib. Turkustan.info xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasının canlı efirində məlumat verilib. Qeyd edək ki, bu il dekabrın 9-10-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyana müxalif olanlar onun istefası qarşılığında dekabrda seçkilərin keçiriləcəyinə razılıq verəcəklərini bildiriblər.   /BakuPost/

“Səni deyirlər”in ifaçısı Bakıda – MÜSAHİBƏ+VİDEO

Bakıda səfərdə olan “Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadənin “Report”a müsahibəsi – İlk dəfədir Bakıdayam. Qonaq olaraq gəlmişəm. Dostum Məhəmməd Çalğının kitab təqdimatı üçün qonağam. – Bakıda necə qarşılandınız? – Yaxşı qarşılandım. Bir qardaşıq. – Oxuduğunuz “Səni deyirlər” mahnısı Azərbaycanda olduqca məşhur oldu. Bunu gözləyirdinizmi? – Hər bir mahnı populyar ola […]

DTX, DİN və DMX-dən birgə əməliyyat: Üç ölkənin vərəndaşları saxlanıldı – FOTO+VİDEO

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb. Turkustan.info xəbər verir ki, onlardan 8 nəfəri Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb. Saxlanılmış […]

Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?

Bu gün Azərbaycanda idmanın əksər növləri inkişaf etməkdədir. Ölkəmiz bölgədə beynəlxalq idman yarışlarının əsas mərkəzinə çevrilməkdədir. İdmançılarımızın müxtəlif beynəlxalq arenalarda səsləri gəlir. Qürurvericidir ki, beynəlxalq idman arenalarında Azərbaycan bayrağı himnizimin sədaları altında ucalır. Hər bir idmançı istəyir ki, bu anı yaşasın. Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də kikboksinqdir. […]

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? – RUSİYADAN BAXIŞ

Azərbaycan torpaqlarının qaytarılması (birinci mərhələdə söhbət Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir – red.) bu məqsədlə müvafiq komissiya formalaşdıran beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş verməlidir. Ehtimal olunur ki, məhz həmin komissiyanın tərkibinə Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndələri daxil olmalıdır. Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi […]

“TÜRKSOY-un Borçalı elinə, mədəniyyətinə, elm adamlarınına diqqəti alqışlanmalıdır”

Türküstan.info saytının suallarını “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır. Yaxınlarda Türkiyədə Prof.Dr Camal Mustafayevin 90 illik yubileyi münasibəti ilə onun xatirəsinə həsr olunmuş tədbirlər silsiləsi oldu. Bu tədbirin təşkilatı haqqında məlumat verə bilərsinizmi? Borçalı Cəmiyyətinin fəaliyyətində 2009-cu ildən başlanmış yeni dönəmin əsas vəzifələrindən biri də Borçalı elini həm Azərbaycana, həm […]

“Bəzi ailələrdə uşaqlara xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır” – Əflatun Amaşov

Millət vəkili Əflatun Amaşov bu gün Milli Məclisin iclasında «Uşaqların zərərli informasiyalardan qorunması haqqında» Qanun layihəsinin müzakirəsi zamanı çışıxında layihənin müasir tələblərə cavab verdiyini bildirib. Turkustan.info xəbər verir ki, millət vəkili layihənin hazırlanmasında beynəlxalq təcrübədən səmərəli istifadə edilməsinə görə işçi qrupuna təşəkkürünü çatdırıb: “Mən burada iki məsələyə toxunmaq istərdim. Birincisi, təklif […]

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”

Sosial şəbəkə istifadəçiləri Bakıda yumurta qıtlığının olduğunu və 1 yumurtanın qiymətin 20-30 qəpiyədək bahalaşdığını bildirirlər. Turkustan.info bildirir ki, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a deyib ki, payız ayları olduğundan yumurtaya tələbat artıb: “Heç bir bahalaşma və qıtlıqdan söhbət gedə bilməz. Sadəcə tələbat artıb. Məsələ burasındadır ki, istədiyin vaxt yumurtanı çoxalda […]

Fərasət Qurbanov: “Şuranın yaradılması QHT-lərin xarici donor asılılığından qurtarılmasının başlanğıcı idi”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəki şəhərində ictimai müzakirə keçirib. Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qorunması və ictimai maarifləndirmə istiqamətində gördüyü […]

“Azərbaycanda qeyri-rusların rus dilində təhsili pullu olmalıdır” (TƏKLİF)

“Əgər bir millətin uşağı körpə yaşlarından hansısa yabançı dildə (rus dili də onlardan biridir) təhsil alarsa, artıq onun sabahından əlimizi üzə bilərik. Bu uşaq böyüyəndə bizim millətdən olmayacaq!” Turkustan.info xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Azər Həsrətə məxsusdur. O, millət vəkili Gövhər Baxşəliyevin müzakirələrələ səbəb olmuş uşaqların rus məktəblərində oxudulmasının zərəri […]

Berlində səfərdə olan Azay Quliyev Almaniya Bundestaqının vitse-spikeri ilə görüşüb – FOTO

Berlində səfərdə olan ATƏT PA-nın vitse-prezidenti və Milli Məclisin deputatı Azay Quliyev oktyabrın 15-də Almaniya Bundestaqının vitse-spikeri Tomas Opermanla görüş keçirib. Turkustan.info-nun məlumatına görə, ilk öncə Azay Quliyev bu ilin 5-9 iyulunda ATƏT PA-nın illik sessiyasının Berlində yüksək səviyyədə təşkil etdiyinə görə Almaniya Bundestaqına təşəkkür edib. Görüş zamanı Almaniya və […]

Eks-prezidentin qardaşı oğluna qarşı haqsızlıq

Turkustan.info bildirir ki, Kana32.info-ya Xırdalanda tikinti işləri ilə məşğul olan şirkət barəsində redaksiyamıza şikayət daxil olub. Müraciət edən eks- prezdent Əbülfəz Elçibəyin qardaşı oğlu Ayturan Əliyev tikinti şirkəti tərəfindən aldanıldığını dilə gətirib. Onun sözlərinə görə, Xırdalanda fəaliyyət göstərən “FAM-88” adlı tikinti şirkəti tikilməkdə olan evləri birdən çox şəxsə satmaqla insanları […]

Erməni fahişələrdən turizmə “dəstək”

Yerli polis mətbuatın köməyi ilə onların toplaşdığı yerlərin ünvanlarını yayır Ermənistanın “sevgi quşları” ölkədə turizmin inkişafına dəstək verəcək. Ölkədəki siyasi vəziyyət, mitinqlər, etiraz aksiyaları, yolların bağlanması, parlamentə olan hücumlar turist sayını önəmli dərəcədə azaldıb. Görünür onların sayını artırmaq məqsədi ilə bəzi mətbuat vasitələri polislə birgə fahişələri işə salmağa başlayıblar. Belə ki, polis […]

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara müraciət edir

Qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx hazırlanıb 16 oktyabr “Ümumdünya Qida Günü” kimi qeyd edilir. Belə ki, 1945-ci ilin həmin günü Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” […]

Türkiyə – Ermənistan sərhədində daha bir insident baş verib

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib  Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan daha bir şəxsi saxlayıb. Sputnik Ermənistan xəbər verir ki, hadisə oktyabrın 15-də baş verib.  Fakt Gümrü rayonu ərazisində qeydə alınıb. Belə ki, sərhəd pozucusu ərazini müşahidə etdikdən sonra sərhədi keçməyə […]

Deputatdan Müdafiə Nazirliyinə sərt tənqid – “Məhkəmə qərarlarını tanımır”

Bu gün keçirilən Milli Məclisin plenar iclasında deputat Çingiz Qənizadə Müdafiə Nazirliyini sərt tənqid edib. Turkustan.info-nun məlumatına görə, Çingiz Qənizadə bildirib ki, veteran statusunun alınması ilə bağlı məhkəmə qərarları Müdafiə Nazirliyi tərəfindən icra olunmur: “Bir neçə gün öncə Xocavənd rayonunda 3 əsgər Qarabağ müharibəsində iştirak etdikləri ilə bağlı məhkəməyə müraciət […]

Xoşqədəmin verilişində tapılan qızı biabır etdilər – VİDEO

Xoşqədəm Hidayətqızının verilişində vəkil studiyaya gələn qıza qarşı aqressiv münasibət bəsləyib.  Turkustan.info xəbər verir ki, proqrama çıxan qadın 4 nəvəsini tərk edən qızının tapılması üçün elan verib. Onun övladı Rövşanə adlı qız anasının istəyinə görə, studiyaya gəlib. Ana ağlayaraq qızından hansı səbəbdən bu addımı atdığını soruşub. Rövşanə xanım isə həyat yoldaşının […]

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr olunmuş filmin təqdimatı keçirildi – FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında 2016-cı il Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir və xatirəsinə həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, əməkdar artist […]

Parlamentdə “erotika” söhbəti

Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir. Turkustan.info xəbər verir ki, bu barədə deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib: “Məmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi […]

Badamdarda YENİ TƏHLÜKƏ: Sürüşmə evlərə tərəf “gedir” – VİDEO

Badamdarda sürüşmə ərazisindən yeni xəbər var.  Turkustan.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son məlumatı yayıb.  Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.  Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.  /Cebhe.info/

Bakıda özəl klinikada xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

Jurnalist Məmməd Həmidovun qohumu “Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub. Turkustan.info-nun Unikal.org-a istinadla məlumatına görə, şikayətçi bildirib ki, avqustun 18-də “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib: “Şəki […]

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ

“Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və […]

Rəşid Mahmudovun vəziyyəti ağırlaşdı – Reanimasiyaya yerləşdirildi

Tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Klinikadan verilən məlumata görə, R.Mahmudov ötən gün qarın boşluğunda yaranan ağrılar səbəbindən Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib. “Dünən qarın boşluğunda kəskin ağrılar yaranıb və dərhal bizim klinikaya gətirdilər. Hazırda reanimasiyadadır. […]

Bakı metrosunda sərnişin öldü

Ötən gün səhər saat 06:30 radələrində Bakı metrosunda sərnişinin halı pisləşib.  Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.  Qurum rəsmisi qeyd edib ki, təcili yardım maşını gələnə qədər vətəndaş dünyasını dəyişib: “Onun 1954-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Təhməz Qurbanov olduğu məlum olub”. Faktla […]

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

Milli Məclisin sədri Oqtay Əsədov 11 min manatlıq birdəfəlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.  Turkustan.info-nun məlumatına görə, O.Əsədov bu gün parlamenmtdə bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərində düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub.  Spiker bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından […]

“Səfər Əbiyev bizi vecinə də almadı” – Aqil Abbas

“Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. O […]

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa…” – EKSKLÜZİV

Baş nazirin müavini: “Elə yazın ki, məni Lev Tolstoyun vəziyyətinə salmayasınız” Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a özəl olaraq Baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib. “Sürüşmə səbəbi sudur” O qeyd edib ki, ilkin […]

Bir oğul doğuldu 85 il öncə…

Ədəbiyyatımızın Xan şairi  Məmməd Araz                                         Soruşdum birindən:-Şairəmmi mən?                                          Özüm ki, özümü öyə bilmərəm.                                          Cavabı asanca qopdu dilindən:                                          Hələ ölməmisən deyə bilmərəm…       Bir oğul doğuldu-85 il öncə. Ağlı […]

Ehtimad Əsədov vəfat etdi

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib. Turkustan.info xəbər verir ki, bu barədə QAZİLER.AZ saytına onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi. Əsədov Ehtimad Savalan oğlu 1963 – cü […]