Be. İyl 22nd, 2019

Bakı metrosunda sərnişin öldü

Ötən gün səhər saat 06:30 radələrində Bakı metrosunda sərnişinin halı pisləşib. 

Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 

Qurum rəsmisi qeyd edib ki, təcili yardım maşını gələnə qədər vətəndaş dünyasını dəyişib:

“Onun 1954-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Təhməz Qurbanov olduğu məlum olub”.

Faktla bağlı araşdırma aparılır.