Be. İyl 22nd, 2019

Rəşid Mahmudovun vəziyyəti ağırlaşdı – Reanimasiyaya yerləşdirildi

Tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Klinikadan verilən məlumata görə, R.Mahmudov ötən gün qarın boşluğunda yaranan ağrılar səbəbindən Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib.

“Dünən qarın boşluğunda kəskin ağrılar yaranıb və dərhal bizim klinikaya gətirdilər. Hazırda reanimasiyadadır. Yaxınları da burdadır” – deyə,  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından bildirilib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir.   /A24.az/