ADAU-da “Bir damla su kardeşlik layihəsi”nin təqdimatı olub

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi ( MVQSYİB ) müharibə veteranları, şəhid ailələri və əlillər, eləcə də, imkansız ailələrə kömək məqsədilə yaradılıb. Təşkilatı 2015-ci ildən Türkiyədə fəaliyyət göstərən “Engelsiz Dünya Birliyinin” Azərbaycan təmsilçisidir. Bu gün-17 0ktyabrda isə təşkilat Türkiyədə fəaliyyət göstərən Türkiyə AzərbaycanDərnəklər Dostluğu Federasiyası (TADDF) rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində birgə layihəsinin təqdimatını keçirib.  

Layihənin əsas məqsədi Türkiyə Azərbaycan münasibətlərinin dahada yaxınlaşmasına dəstək olmaqdır. 18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpa edilməsi ərəfəsində keçirilən təqdimat Türkiyədə və Azərbaycanda olan şəhid ailələrinin, müharibə adamlarının bir-biri ilə sıx münasibətlərinin yaradılmasına, Ulu öndər Heydər Əliyevin bir millət iki dövlət tövsüyyəsinə, onun istəyinə uyğun ən yüksək səviyədə davam etdirilməsinə böyük təkan verəcək.

Türkiyədən gələn və əksəriyyəti  medya nümayəndəsi olan qonaqlar əvvəlcə Xalq Cumhuriyyəti muzeyi ilə tanış olub və tarixi dəyələr barədə zəngin bilgi əldə ediblər. Lahyinəni təqdimatı isə ADAU-nun 2 saylı yataqxanasının konfrans zalında baş tutub. Təqdimatda Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib, Azərbaycan Cumhuriyyətinin 100 illik tarixi ərəfəsində  təqdimatın xüsusi önəm daşıdığını bildirib.

Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas tədbirin keçirilməsinə yaradılan şəraitlə bağlı rektora minnətdarlıq edib. Türkiyə mediasının nümayəndələri isə muzey və universitetlə bağlı təəssüratlarını paylaşıblar.