Azərbaycanlı xanəndə Qazaxıstanda “Dombıra” oxudu – VİDEO

Qazaxıstanın Almatı şəhərində V Beynəlxalq  Türk dünyası Araşdırmaları Ssimpoziumu keçirilib.

Turkustan.info xəbər verir ki, simpoziumun bədii hissəsində Azərbaycandan getmiş musiqi heyəti milli musiqi nümunələrini təqdim edib.

Xanəndə Murad Kəngərli Türk dünyasında sevilən məşhur “Dombıra” mahnısını ifa edib. Onu, tarda Ramin Rzayev, kamançada Rauf Məsimov müşayiət edib.

Azərbaycan musiqiçilərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Musiqiçilərimiz Fəxri fərmanla təltib olunublar.