Fazil Mustafa bu məmurları sərt şəkildə TƏNQİD ETDİ

Bir neçə gün bundan əvvəl paytaxtda müşahidə olunan yağışlı hava şəraiti şəhərdə infrastruktura ciddi ziyan vurub. Eyni zamanda, yağışlı hava şəraitindən sonra yağış sularının yol təsərrüfatına da vurduğu zərərlər aşkarlanıb. Belə ki, yağışlı havadan sonra paytaxt yollarında işıqforların fəaliyyətində yaranan problemlərin aradan qaldırılması üçün yalnız sonradan tədbir görülür. Bu gün də yağıntılar nəticəsində Bakının Səməd Vurğun küçəsində yol çöküb. Belə ki, həmin ərazidə 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb.

Müvafiq qurumlar tərəfindən təbiət hadisələrinin infrastruktura zərərsiz ötüşməsi üçün profilaktik tədbirlərin həyata keçirildiyi bildirilsə də, hələ ki, nəticəsiz qalıb.

Turkustan.info bildirir ki, bu barədə A24.az-a öz fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Azərbaycanda heç bir sahədə profilaktik tədbirlər yoxdur. Ona görə də yağış yağan kimi şəhərdə problemlər yaranmağa başlayır: “Profilaktika bizdə hansı sahədə var ki? Heç bir sahədə olmadığı kimi bu sahədə də yoxdur. Ona görə də bu məsələdə baş verən hallar gözələniləndir. Başqa cür də gözləmirəm. Keçən dəfə yağış yağanda hamımız gördük ki, şəhər iflic vəziyyətə düşdü. Eyni hadisələr Bakıda qış fəslində də davam edəcək. Bu kimi hallar təkrarlanacaq. Ona görə də, bu kimi məsələlərdə təəccüblü heçnə yoxdur”.

F.Mustafa qeyd edib ki, bununla bağlı ölkə başçısı dəfələrlə tapşırıqlar, göstərişlər versə də, məsələ həllini tapmayır: “Çünki bu istiqamətdə nəzarət mexanizmi kifayət qədər yetərli deyil. Ona görə də bəzi məmurlar öz bildiyini edir. Bildiyi kimi – yarıtmaz formada yerinə yetirirlər. Biz təbiət hadisələrinin qarşısının alınması üçün hazırlaşmırıq. Və qəza baş verəndə fəlakətin aradan qaldırılması barədə düşünürük”.  /A24.az/